Məhkəmə qərarları › İş №2(103)-1054/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1054/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1054/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Əmanətlərinin Sığortalanması Fondu, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC və Gəncə şəhəri üzrə İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1054/2023 Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(005)-1602/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3499/2015 saylı qətnaməsinin icrası üzrə ipoteka qoyulmuş İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi barəsində iki dəfədən artıq hərrac keçirilərək, ipoteka predmeti olan əmlak LPO "xxxx" ASC-yə 242250 manata satılmışdır. 2.İddiaçı hərracın qanunsuz keçirilməsi əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2 Əmanətlərinin Sığortalanması Fondu, Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC və Gəncə şəhəri üzrə İcra Şöbəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Xammal və X17 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “Külək’' MMC tərəfindən xx.xx.2020-ci il tarixli, 52/01-01 nömrəli X11 edilməsi üçün hərracın yekunları barədə protokol və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin etibarsız hesab edilməsinə və Əmanətlərin Sığortalanması X5 "xxxx" ASC-nin adına qeydiyyata alınmış xx.xx.2021 -ci il tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-3499/2015 saylı qətnaməsi ilə iddiaçıdan əsas borc üzrə 229080 (iki yüz iyirmi doqquz min səksən manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx min dörd yüz qırx manat iyirmi səksən qəpik) manat, cərimə (dəbbə) 300 (üç yüz) manat, cəmi 274830,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz iki manat altmış iki qəpik) manat, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi “Bank Tecnique" ASC-nə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracda satılması, ilkin satış qiymətinin 380000 (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 274830,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat altmış iki qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı “Bank Tecnique" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “Külək" MMC-nin xx.xx.2020-ci il tarixli, 52/01- 01 nömrəli ipoteka saxlayana X11 edilməsi üçün Hərracın Yekunları barədə Protokoluna və xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 242250 manata Əmanətlərin Sığortalanması X5 “Texnikabank" ASC-yə satılmışdır. Bunun əsasında cavabdehin adına xx.xx.2021-ci il tarixli, **********81- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunverciliyin tələbləri pozularaq qanunsuz hərrac keçirilmişdir. Belə ki, hərracın keçirilməsi barədə iddiaçıya hər hansı məlumat verilməmiş, hərrac iki dəfə keçirilməli olduğu halda bir neçə dəfə keçirilmişdir. Hərracın iki dəfədən artıq keçirilməsində məqsəd ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakı ucuz qiymətə alsınlar. İpoteka predmeti olan Gəncə şəhəri, Cavadxan küçəsində 0.0328 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin olaraq hərracda qiyməti 380000 manat; İpoteka predmetinin təkrar satış qiyməti 323000 manat; Sonuncu satış qiyməti isə 242250 manat olmuşdur. İlkin satış qiyməti ilə sonrakı satış qiymətində arasında 137750 manat fərq vardır. Bu kimi hallar iddiaçının hərracın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsini tələb etmək üçün məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, xx.xx.2015-ci il tarixli 2(044)-3499/2015 saylı icra vərəqəsi üzrə aparılmış icra hərəkətləri nəticəsində 2016-cı il tarixdə keçirilmiş hərraclarda Gəncə şəhəri, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış sahəsi satılmamış və alınması üçün qanunvericiliyə uyğun olaraq tələbkar banka təklif edilmişdir. Tələbkar tərəfindən 2-14/2783- 16 saylı xx.xx.2016-cı il tarixli məktubla qeyd olunan əmlakın götürülməsinə razılığı bildirilmişdir. Bundan sonra həm hərrac təşkilatı həm də icra orqanı hər hansı hərəkətlər barədə tələbkara məlumat verilməmişdir. Daha sonra bank tərəfindən qeyd olunan xx.xx.2015-ci il tarixli,2(044)- 3499/2015 saylı icra vərəqəsinin icra edilməyən icra sənədi kimi məhkəməyə qaytarılması müəyyən edilmişdir. Tələbkar tərəfindən məhkəməyə müraciət edilərək icra sənədinin icra edilməsi üçün icra orqanına göndərilməsi xahiş olunmuşdur. Bundan sonra qeyd olunan icra sənədi icra edilməsi üçün icra orqanına göndərilmişdir. İcra orqanının müvafiq sifariş məktubu əsasında hərrac təşkilatı Gəncə şəhəri, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış evinin hərracını təşkil etmişdir. Keçirilmiş hərraclarda əmlak satılmadığından yenidən tələbkara təklif olunmuşdur. Qeyd olunan təklif əsasında tələbkar tərəfindən müvafiq razılıq verilmiş və bundan sonra bankla hərrac təşkilatı arasında hərracın yekunları və alğı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi tələbkar qanunvericiliklə qeyd olunan icra vərəqəsinin icra edilməsi üçün müəyyən edilmiş vəzifə və hüquqlardan düzgün istifadə etmişdir. Lakin 2016-cı il də hərrac təşkilatı tərəfindən keçirilən hərracın hərəkətlərinin hansı səbəbdən sonlandırılmadığında məlumatsızdırlar.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 sentyabr 2022-ci il tarixli, 2(005)-1602/2022 saylı qətnaməsi (sədrlik edən-Səbinə Nuriyeva) ilə iddia təmin edilməmişdir. 7.İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3499/2015 nömrəli xx.xx.2015- ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əsas borc üzrə 229080,74 (iki yüz iyirmi doqquz min səksən manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx min dörd yüz qırx manat iyirmi səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 300 (üç yüz) manat, cəmi 274830,62 (iki yüz yelmiş dörd min səkkiz, yüz otuz iki manat altmış iki qəpik) manat, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin yaşayış evi açıq hərracdan satılsın, ilkin satış qiyməti 380000 (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 274830,62 (iki yüz yetmiş dörd min səkkiz yüz. otuz manat altmış iki qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması və ünvan 2 fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra cavabdehlər X6, X2, X7, X4 həmin yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılması qət edilmişdir. 8.İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(044)-3499/2015 saylı icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı əsas borc üzrə 229080,74 (iki yüz iyirmi doqquz min səksən manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx min dörd yüz qırx manat iyirmi səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 300 (üç yüz) manat, cəmi 274830,62 (iki yüz yelmiş dörd min səkkiz, yüz otuz iki manat altmış iki qəpik) manat, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin yaşayış evi açıq hərracdan satılsın, ilkin satış qiyməti 380000 (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 274830,62 (iki yüz yetmiş dörd min səkkiz yüz. otuz manat altmış iki qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması və ünvan 2 fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra cavabdehlər X6, X2, X7, X12 həmin yaşayış evindən çıxarılsınlar və yaşayış evinin boşaldılması qeyd olunmuşdur. 9.İş materiallarına əlavə edilmiş 01/775 nömrəli, xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 4 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. 10.İş materiallarına əlavə edilmiş 01/775 nömrəli, xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016, xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeydlərdən görünür ki, ”Külək” MMC tərəfindən İddiaçı, X6, X2, X7, X4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına göndərilmiş 01/775 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (01 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 11.İş materiallarına əlavə edilmiş 01/980 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 4 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01/2 nömrəli bildiriş) göndərilmişdir. 12.İş materiallarına əlavə edilmiş 01/980 nömrəli, xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016, xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeydlərdən görünür ki, ”Külək” MMC tərəfindən İddiaçı, X6, X2, X7, X4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına göndərilmiş 01/980 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (01/2 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 13.İş materiallarına əlavə edilmiş 01/1462 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 4 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. 14.İş materiallarına əlavə edilmiş 01/1462 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli, F-20 nömrəli qeydlərdən görünür ki, ”Külək” MMC tərəfindən İddiaçı, X6, X2, X7, X4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına göndərilmiş 01/1462 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (02 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 15.İş materiallarına əlavə edilmiş 01/1722 nömrəli xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin xx.xx.2016-cı il tarixdə saat 12:00-da ünvan 4 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02/2 nömrəli bildiriş) göndərilmişdir. 16.İş materiallarına əlavə edilmiş 01/1722 nömrəli xx.xx.2016-cı il tarixli bildirişinin göndərilməsi barədə zərfin üzərində aparılmış xx.xx.2016-cı il tarixli F-20 nömrəli qeydlərdən görünür ki, ”Külək” MMC tərəfindən İddiaçı, X6, X2, X7, X4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına göndərilmiş 01/1722 nömrəli xx.xx.2016-cı il tarixli bildiriş (02/2 saylı), “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 17.İş materiallarına əlavə edilmiş 01/2022 saylı xx.xx.2016-cı il tarixli İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə göndərilmiş məlumatdan görünür ki, keçirilmiş hərracların baş tutmaması bildirilmiş və bu səbəbdən də ipoteka predmeti 25 faiz az olmayan qiymətlə 242250 manata ipoteka saxlayana təklif edilmişdir. 18.İş materiallarına əlavə edilmiş 2-14/2783-16 saylı, xx.xx.2016-cı il tarixli İəğv prosessində olan Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubundan görünür ki, 01/2022 saylı xx.xx.2016-cı il tarixli məktubunuza cavab olaraq ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evi açıq hərracda satılmadığı təqdirdə Bank göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq vermişdir. 19.İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 01/2635 saylı xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, 13605/15 AH saylı xx.xx.2016-cı il tarixli şifariş məktubuna əsasən İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evi mövcud qanunvericiliyə uyğun olaraq hərracın keçirilmiş və yekun haqqında verilmişdir. İcra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan geri qaytarılmışdır. 20.İş materiallarına əlavə edilmiş Cavabdeh1 İ/Q-20534/20 nömrəli xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3499/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı, X6, X2, X7, X8 təklif olunsun ki, 10 gün müddətinə icra sənədinin könüllü icra etməsi qərara alınmışdır. 21.İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İ/Q- 20534/20 nömrəli sifariş məktubundan görünür ki, ”Külək” MMC, "xxxx" ASC-yə və İddiaçı ünvan 5 ünvanlayaraq məhkəmə qətnaməsində yaşayış evinin ilkin satış qiyməti 380000 manat müəyyən edilmiş, icra sənədlərinin icrası ilə əlaqədar mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün icra vərəqəsinin sürəti ”Külək” MMC-yə göndərilmişdir. 22.İş materiallarına əlavə edilmiş 01/1608 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (01 nömrəli bildiriş) göndərilmişdir. 23.İş materiallarına əlavə edilmiş 01/1909 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında hərracın keçiriləcəyi barədə məlumat (02 nömrəli bildiriş) göndərilmişdir. 24.İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən İəğv prosessində olan Cavabdeh2 Əmanətlərin Sığortalanması Fonduna 01/2095 saylı, xx.xx.2020-ci il tarixli təklif məktubundan görünür ki, Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İ/Q-20534/20 nömrəli sifariş məktubuna əsasən borclu İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evinin təkrar hərraclarının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizdən az olmayan qiymətlə yəni 242250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 25.İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 52/01- 01 nömrəli protokolundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3499/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsi və Cavabdeh1 xx.xx.2020-ci il tarixli İ/Q- 20534/20 nömrəli sifariş məktubu əsasında, İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evi 242250 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-nin (etibarnamə əsasında nümayəndəsi X9) təqdim edilməsi hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır. 26.İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evi 242250 manata satılması alıcı isə Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 78-ci maddəsinə uyğun olaraq çəkilən xərclərin ödəməyi öz öhdəsinə götürmüşdür. 27.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 fərdi yaşayış evi Əmanətlərin Sığortalanması X5 "xxxx" ASC-nin xüsusi mülkiyyətidədir. 28.Məhkəmə müəyyən etmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3499/2015 nömrəli xx.xx.2015-ci il tarixli Qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı əsas borc üzrə 229080,74 (iki yüz iyirmi doqquz min səksən manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 45449,88 (qırx min dörd yüz qırx manat iyirmi səksən səkkiz qəpik) manat, cərimə (dəbbə) 300 (üç yüz) manat, cəmi 274830,62 (iki yüz yelmiş dörd min səkkiz, yüz otuz iki manat altmış iki qəpik) manat, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma öhdəliyin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin yaşayış evi açıq hərracdan satılsın, ilkin satış qiyməti 380000 (üç yüz səksən min) manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 274830,62 (iki yüz yetmiş dörd min səkkiz yüz otuz manat altmış iki qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması və ünvan 2 fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra cavabdehlər X6, X2, X7, X4 həmin yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılması qət edilmişdir. Daha sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3499/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilməsi üçün Cavabdeh1 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icra edilməsi ilə bağlı bildiriş tərəflərə göndərilmişdir. Borclu tərəfindən həmin bildirişdə göstərilən müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra şöbəsi tərəfindən ipoteka predmetinin hərracda satılması üçün hərrac təşkilatına müvafiq sifariş məktubu ünvanlanmışdır. Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə hərrac təşkil olunmuş lakin əmlak açıq hərracda satılmamışdır. Bundan sonra ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və onun razılığının alınması üçün Cavabdeh1nə məlumat verilmişdir. Bundan sonra tələbkar "xxxx" ASC məktubla ”Külək” MMC-yə müraciət edərək ipoteka predmeti olan əmlakı qəbul etməsinə dair razılığını bildirmişdir. Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 52/01-01 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 242250 manata satılmasını qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanaraq ünvan 2 fərdi yaşayış evinin 242250 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmışdır. Hazırda iddiaçı keçirilmiş hərracın nəticələrini etibarsız hesab edilməsini habelə hərracın nəticəsi olaraq daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 29.Məhkəmə qeyd etmişdir ki, iddiaçının hal-hazırda qeydiyyatda olduğu ünvanında dəyişiklik olmamışdır. Belə olan halda həm icra sənədinin icra edilməsi zamanı, həmdə ipoteka predmetinin açıq hərracda satılması zamanı borcluya ünvanlanmış məktublar onun hal-hazırda qeydiyyatda olduğu ünvan 6 ünvanına göndərilməsi öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirirşlərin göndərildiyi halda onun ünvanda olmaması halı, hərrac təşkilatı tərəfindən hər hansı pozuntu kimi qiymətləndirilməməlidir. 30.Bundan başqa iddiaçı hərracın keçirilməsi zamanı ”Külək” MMC tərəfindən pozuntulara yol verilməsini iddia edərək bu halı ipoteka predmeti üzrə üç dəfə hərracın keçirilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd olunan halla razılaşmayaraq məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktlara əsaslanaraq bildirmişdir ki, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin açıq hərracda satılması barədə iki dəfə hərrac təşkil edilmişdir. Həmin hərraclarda ipoteka predmetinin satılmaması səbəbindən qanunvericiliyə uyğun olaraq sonuncu hərrac zamanı müəyyən edilmiş əmlakın dəyərini 25 faiz azaltmaqla tələbkara təklif etmişdir. Qeyd olunanlara əsaasən məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanuni və əsaslı hesab etmişdir. 31.Bundan başqa məhkəmə araşdırması zamanı, 2016-cı il tarixdə keçirilmiş hərracda əmlakın tələbkara təklif edilməsi və tələbkar tərəfindən qeyd olunan əmlakın qəbul etməsinə razılıq verilməsi müəyyən edilmişdir. Daha sonra qanunvericliyə əsasən hərrac təşkilatı tərəfindən hərracın yekunları barədə protokolun tərtib edilməsi və daha sonra tələbkarla müvafiq əmlakın əldə edilməsi üçün alqı-satqı müqaviləsinin bağlamalı olduğu halda bunu etməmişdir.Əksinə sifariş verilmiş əmlak üzrə hərrac həkərtlərinin aparılması müddətinin bitməsi səbəbi ilə hərrac sənədlərini icra edilməmiş sənənd kimi icra orqanına geri qaytarmış, bu hal icra orqanı icra sənədinin icra edilməmiş sənəd kimi məhkəməyə geri qaytarması ilə nəticələnmişdir.Göründüyü kimi tələbkar bank tərəfindən asılı olmayan səbəblərdən, ipoteka predmeti olan əmlakın onun mülkiyyətinə keçirirlməmişdir.Əksinə onun razılığı olmasına baxmayaraq hərrac təşkilatı tamamilə qanunsuz hərəkət edərək hərrac hərəkətlərini sonlandırmamışdır. Bu səbəbdəndə tələbkar həmin icra sənədinin yenidən icra şöbəsinə qaytarılması və yenidən icra edilməsi məsələsini qaldırmışdır. Bundan sonra 2020-ci il tarixdə ipoteka predmeti olan əmlaka dair yeni hərrac sifarişi verilmiş hərrac təşkilatı tərəfindən sifariş üzrə əmlakın hərracda satılması barədə hərraclar təşkil edilmiş və sonda əmlak satılmadığından tələbkara təkilf edilmişdir. Göründüy kimi hazırda hərrac təşkilatının 2016-cı il tarixdə keçirdiyi hərrac yerinə yetirilməmişdir və bu halla tələbkarın hər hansı əlaqəsi müəyyən edilmir. 32.Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddia Cavabdeh2 Əmanətlərinin Sığortalanması Fondunun qanunvericliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəbdir. Hazırda mübahisə predmeti olan əmlak Cavabdeh2 Əmanətlərinin Sığortalanması Fondunun mülkiyyətindədir. Həmin əmlakın Cavabdeh2 Əmanətlərinin Sığortalanması Fondunun mülkiyyətinə keçməsinə əsas 2020-ci il tarixdə keçirilmiş hərracın nəticələri üzrə bağlanmış müqavilə alğı-satqı müqaviləsi olmuşdur. Odur ki, hazırda Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondu ona qarşı sürülmüş iddiada öz prosessual statusu üzrə qanunvericliklə müəyyən olunan hüquqlarda istifadə etdiyindən mübahisə predmetinin onun mülkiyyətinə keçməsində hərhansı qanun pozuntusu aşkar edilməmişdir. 33.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. 34.Məhkəmə hesab etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evi açıq hərracdan satılması ”Külək” MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. 35.Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondu”-na ”Külək” MMCyə (Gəncə şəhəri üzrə İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olaraq) qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. 36.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3, 269.1, 317.1, 319.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1, 42.5, 42.6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 37.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 38.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01/2022 saylı, xx.xx.2016-cı il tarixli İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına "xxxx" ASC-yə və Cavabdeh1nə göndərilmiş məlumatdan görünür ki, keçirilmiş həracların baş tutmaması bildirilmiş və bu səbəbdən də ipoteka predmeti 25 faiz az olmayan qiymətlə 242250 manata ipoteka saxlayana təklif edilmişdir. Bundan sonra "xxxx" MMC tətəfindən Cavabdeh1nə ünvanlanmış 01/2635 saylı, xx.xx.2016-ci il tarixli məktubunda 13605/15 AH saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 saylı fəri yaşayış evi mövcud qanunvericiliyə uyğun olaraq hərracı keçirilmiş və yekunu haqqında verilmiş lakin icra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan geri qaytarılmışdır. İcra sənədinin geri qaytarılması haqqında qərarı olduğu halda 4 il müddət keçdikdən sonra icra məmuru xx.xx.2020-ci il tarixdə yenidən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bundan sonra yenidən iki dəfə hərrac keçirilmiş və üçüncü dəfə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 saylı fərdi yaşayış evi 242250 manata "xxxx" ASC-yə təqdim edilmişdir. Göründüyü kimi ipoteka predmetinin hərracı iki dəfə eyni prosedurla altı dəfə keçirilmiş, bu isə qanunvericiliyin tələblərini pozmaqla qanuna ziddir. Bündan başqa məhkəmə, qətnaməsində hərrac təşkilatının tamamilə qanunsuz hərəkət edərək, hərrac hərəkətlərinin sonlandırmamağını göstərsə də, LPO "xxxx" ASCnin ləğvedicidi Əmsnətlərin Sığortalanması Fondu ona qarşı sürülmüş iddiada öz prosessual statusu üzrə qanunvericiliklə müəyyən olunan hüquqlardan istifadə etdiyindən mübahisə predmetinin onun mülkiyyətinə keçməsində hər hansı qanun pozuntusunun aşkar edilmədiyini qeyd etmişdir. Bundan başqa iş üzrə sübutlara obyektiv və qərəzsiz hüquqi qiymət verilməsi təmin edilməmiş, cavabdehlərin iştirakı təmin olunmadan iş üzrə qaranlıq qalan məsələlər araşdırılmadan birtərəfli qərar qəbul olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 39.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 40.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 41.Məhkəmə kollegiyasının iclasında LPO "xxxx" ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 42.Cavabdehlər Respublika Xammal və Əmtəə birjasının ”Külək” MMC və Gəncə şəhəri üzrə İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 44.Maddə 416.1.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 45.Maddə 416.2.Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 2016-cı ildə hərrac keçirilərkən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 46.Maddə 42.1.Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 47.Maddə 43.3.Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 48.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. 49.Maddə 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 50.Maddə 43.7.Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 51.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 52.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 2020-ci ildə hərrac keçirilərkən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 53.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 54.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 55.Maddə 43.7-1.Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 46.Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 56.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 58.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.. 59.Maddə 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 61.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(005)-1602/2022 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 63.Belə ki, mülki iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə hərrac təşkil olunmuş, təkrar hərrac baş tutmamış, ipoteka predmeti satılmamışdır. 64.Bundan sonra hərrac mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 61 ünvanına, "xxxx" ASC-yə və Cavabdeh1nə göndərilmiş məlumatdan görünür ki, keçirilmiş hərracların baş tutmaması bildirilmiş və bu səbəbdən də ipoteka predmeti 25 faiz az olmayan qiymətlə 242250 manata ipoteka saxlayana təklif edilmişdir. 65.LPO Cavabdeh2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2- 14/2783-16 saylı, xx.xx.2016-cı il tarixli məktubla ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evi açıq hərracda satılmadığı təqdirdə Bank göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq verdiyini bildirmişdir. 66.Daha sonra tələbkar olan LPO "xxxx" ASC tərəfindən həmin icra sənədinin yenidən icra şöbəsinə qaytarılması və yenidən icra edilməsi məsələsi qaldırılmış, nəticədə yenidən hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə hərraclar təşkil olunmuş, lakin əmlak açıq hərracda satılmamışdır. 67.Hərrac mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti tələbkar LPO "xxxx" ASC-yə təklif olunmuş, sonuncu əmlakın qəbul etməsinə dair razılığını bildirmişdir. 68.Bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmetinin tələbkara təklif edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 52/01-01 nömrəli protokol tərtib edilmiş və həmin iclasda ipoteka predmetinin tələbkara 242250 manata satılmasını qərara alınmışdır. Daha sonra hərrac təşkilatı ilə tələbkar arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanaraq ünvan 2 fərdi yaşayış evinin 242250 manata satılması və tələbkar tərəfindən icra sənədinin icra edilməsi üçün çəkilmiş xərclərin tələbkar tərəfindən ödənilməsi razılaşdırılmışdır. 69.Göründüyü kimi hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə iki dəfədən artıq hərrac keçirilməklə “İpoteka Haqqında” Qanunun 43-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə keçirilmiş iki hərracdan sonra əmlakın özgəninkiləşdirilməsi baş tutmadığından, ipoteka predmeti olan əmlak ipoteka saxlayan LPO "xxxx" ASC-yə təklif edilmiş, sonuncu da öz növbəsində hərrac təşkilatı "xxxx" MMC-yə ünvanlanmış 2- 14/2783-16 saylı, xx.xx.2016-cı il tarixli məktubla ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evinin açıq hərracda satılmadığı təqdirdə Bankın göstərilən əmlakı öz mülkiyyətinə götürülməsinə razılıq verdiyini bildirməklə kifayətlənmiş, təklif olunan əmlakın əldə edilməsi üzrə heç bir hərəkət edilməmişdir. 70.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014cü il tarixli Qərarıda qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. 71.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli birə qərardadında qeyd olunur ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən X11 edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. 72.Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi hazırkı iş üzrə xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə keçirilmiş ilk və təkrar hərracdan sonra ipoteka saxlayan tərəfindən X11 edilməsi üzrə hərrac təşkilatına ünvanlanmış razılıq məktubundan başqa, X11 edilməsi üçün hər hansı bir hərəkət olmamışdır. Yəni hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia ilə məhkəməyə müraciət etməmişdir. 73.Hərrac təşkilatı tərəfindən ipoteka predmeti üzrə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə yenidən hərrac təşkil olunmaqla, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələbləri pozulmuş, iki dəfədən artıq hərrac keçirilmişdir. 74.Məhkəmə kollegiyası qeyd olunan hallara hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 75.Beləliklə kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixdə təkrar hərrac baş tutmadıqdan sonra 2020-ci ildə olan hərrac iki dəfədən artıq keçirilmiş hərrac olduğundan, iddia tələbi təmin edilməli, “İpoteka Haqqında”Qanunun 44-cü və Mülki Məcəllənin 416-cı maddəsinə əsasən hərracın nəticələrinə dair xx.xx.2020-ci il tarixli 52/01-01 nömrəli protokol və xx.xx.2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə etibarsız hesab edilməli, həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən LPO "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli Çıxarış ləğv edilməlidir. 76.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(005)-1602/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Gəncə şəhəri, Cavadxan küçəsi, 61 saylı fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Xammal və X17 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi “Külək’' MMC tərəfindən xx.xx.2020-ci il tarixli, 52/01-01 nömrəli X11 edilməsi üçün hərracın yekunları barədə protokol və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Əmanətlərin Sığortalanması fondu LPO "xxxx" ASC-nin adına qeydiyyata alınmış xx.xx.2021 -ci il tarixli, **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver