Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1329/2020 10.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi x1, Maraqlı şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri x6 Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2(006)-5134/2019 saylı qətnaməsindən maraqlı şəxsin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri x6 Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, “Savalan” x9 tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4.291,81 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix – xx xxxx 1979-cu il, doğulduğu yer - Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə görə, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 19.11.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan hüquqi şəxs “Savalan” Mədəni-İdman Mərkəzinin (VÖEN: **********) 4.291,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 31.08.2009-cu il tarixli **********159000 saylı bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu “Savalan” Mədəni-İdman Mərkəzinin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli 2(006)- 5134/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 yanvar 2014-cü il tarixli, 2iqt(81)-311/2014 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhəri Vergilər Departamentinin cavabdeh Savalan x4rşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası təmin edilmişdir. Yəni, məhkəmə qətnaməsi siyahıya alınmış əmlakların açıq hərracda satılması ilə icra olunmalıdır. Digər tərəfdən 01.10.2013-cü il tarixli protokolla borc məbləği dəyərində əmlaklar vergi işçilərinin iştirakı ilə siyahıya alınmış, 01.10.2013-cü il tarixli aktla vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında Aktla vergi orqanın vəzifəli şəxsinə təhvil verilmişdir. 03 oktyabr 2013-cü il tarixdə əmlaklar obyektdən götürülmüşdür. Həmin əmlakların açıq hərracdan satılması qət edilmiş, tərəfindən hərracın keçirilməsinə hər hansı maneə yaradılmamışdır, belə olan halda onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, borcun olduğunu inkar etmirlər, lakin həmin borcun ödənilməsini təmin etmək məqsədilə vergilər departamentinin təmin edilmiş iddiasına əsasən hüquqi şəxsin əmlakı siyahıya alınmış və satılması üçün hərraca çıxarılmışdır. Əmlaklar 01.10.2013-cü ildə siyahıya alınmış və vergi orqanına təhvil verilmişdir.Vergilər Nazirliyinin Bakı şəhəri x6 üzrə Baş İdarəsinə ünvanlanmış müraciətin cavabını təqdim edərək, qeyd etdi ki, mallar hal-hazırda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus olan Nizami rayonu, H.Əliyev prospekti 104, Bakı Şərab ATSC ünvanda yerləşən anbara aktla vergi orqanı tərəfindən təhvil verilmişdir. Hərracın keçirildiyi müəyyən olunmur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi əmlakların vergi orqanın əməkdaşı tərəfindən götürülməsi və hara təhvil verilməsi barədə araşdırma aparmaq üçün əvvəlki məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, hər hansı bir məlumat əldə etmədiyini və heç bir sənəd təqdim edə bilmədiyini bildirdi. Maraqlı şəxsin təqdim etdiklərindən isə görünür ki, əmlaklar hərrac mərkəzinə təhvil verilib, lakin hərracın keçirilməsi barədə məlumatları yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4 və 77.4.1-ci maddələrinə əsasən verginin ödənilməsi vergi öhdəliyinə xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə isə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək vətəndaşların konstitusiya hüququdur (Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi). Bu hüquq ayrılmaz insan hüquqlarından biri olmaqla, yalnız qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri hallarda məhdudlaşdırıla bilər. Qeyd olunan hüququn məhdudlaşdırılması şəxsin bir sıra digər hüquqları ilə sıx bağlıdır. Bununla yanaşı, Konstitusiyanın 72-ci maddəsinə müvafiq olaraq dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri x6 Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahişinə rəhbəri olduğu “Savalan” x5 4.291,81 manat məbləğində vergi borcunu ödəmədiyi iddiası əsas təşkil etmiş, məhkəmə də həmin iddia ilə bağlı müvafiq sübutların təqdim olunduğunu əsas gətirməklə ərizəni təmin etmişdir. 31.08.2009-cu il tarixli **********159000 qeydiyyat nömrəli vergi borcunun ödənilməsinə dair **********8 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, “Savalan” Mədəni-İdman Mərkəzi dövlət büdcəsinə olan vergi borcunun 5 gün müddətində ödənilməsi və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilmişdir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Savalan” Mədəni-İdman Mərkəzinə 22.09.2004-cü il tarixdə VÖEN verilmiş, əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı olmaqla, rəhbəri Maraqlı şəxsdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan kollegiya hesab edir ki, vergi borcunun ödənilməməsi əsası ilə ərizənin təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə yalnışdır. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 09 yanvar 2014-cü il tarixli, 2iqt(81)-311/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin cavabdeh “Savalan” x4rşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh “Savalan” x5 (VÖEN **********) siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması və əldə olunmuş vəsaitdən 4793.01 manat vergi borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş 04.03.2014-cü il tarixdə icra vərəqəsi verilmişdir. İş materiallarından müəyyən edilir ki, “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 01.10.2013-cü il tarixli **********4 nömrəli Protokola əsasən “Savalan” Mədəni- İdman Mərkəzində 6.055 manat dəyərində əmlak siyahıya alınaraq, 01.10.2013-cü il tarixli Akt əsasında məsul saxlamaya verilmişdir. Malların obyektdən götürülməsi haqqında 03.10.2013-cü il tarixli **********4 nömrəli Protokola əsasən Vergi orqanının vəzifəli şəxsi x2 tərəfindən siyahıya alınmış mallar obyektdən götürülmüşdür. Apellyasiya baxışı zamanı təqdim edilmiş “Savalan” Mədəni-İdman Mərkəzinin müraciətə baxılması haqqında məktubdan görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri x6 üzrə Baş İdarəsində baxılmış və bildirilmişdir ki, siyahıya alınmış əmlaklar 03.10.2013-cü il tarixdə Malların obyektdən götürülməsi haqqında **********4 nömrəli Protokolla götürülmüş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus olan Nizami rayonu, H.Əliyev prospekti 104, Bakı Şərab-1 ATSC ünvanda yerləşən anbara aktla təhvil verilmişdir. Göründüyü kimi, işin hallarından müəyyən edilir ki, “Savalan” Mədəni-İdman Mərkəzinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsi məqsədi ilə müəssisəyə məxsus siyahıya alınmış əmlaklar protokolla götürülmüş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. Belə olan halda ərizəçinin vergi borcunun ödənilməsi üçün icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi əsassızdır. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. AzərbaycanMülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməli, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5134/2019 saylı iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri x6 Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1329/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1329/2020
10.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver