Məhkəmə qərarları › İş №2(103)-151/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-151/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-151/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı sökülmüş mənzilin əvəzinə kompensasiyanın verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı sökülmüş mənzilin əvəzinə pul kompensasiyasının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsinin ondan rəsmi razılıq almadan cavabdehlər “xxxx” MMC və Bakı şəhəri Cavabdeh2 tərəfindən sökülməsi ilə əlaqədar cavabdehlərin üzərinə sökülmüş mənzilinin əvəzinə onun müvafiq tam təmirli mənzillə təmin edilməsi və binanın tikintisi müddətində ona aylıq 300 manat kirayə haqqının verilməsi barədə müqavilə bağlanılması öhdəliyinin qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)- 3301/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X2, Əzizov Əzizağa Eldar oğlundan, X5 və X1 müştərək qaydada 180000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-504/2020 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnərək apellyasiya şikayəti məhkəmə baxışına təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 nümayəndəsi X4 tərəfindən apellyasiya şikayəti verilməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar