Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1574/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpası üçün cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, qətnamədən şikayət verilməsi müddəti 1 aydır, bu müddətin axımı qətnamənin surətinin cavabdehə verildiyi tarixdən başlayır. Qətnamənin surəti xx.xx.2020ci il tarixdə cavabdehə verilib, bu barədə qəbz var (iş v. 64). Cavabdehin qətnamədən verdiyi apelyasiya şikayəti həmin tarixdən 1 ay 12 gün keçdikdən sonra – xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə daxil olub. Eyni zamanda cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayəti verilməsi müddətinin bərpasını xahiş edib. Poçt zərfinin üzərində poçtun xx.xx.2020-ci il tarixli ştampı var, bu tarix 1 aylıq müddətdən sonraya aiddir. Cavabdeh müddətin bərpası məsələsi ilə bağlı birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, apelyasiya şikayətini 1 aylıq müddətin daxilində poçt rabitəsinə təqdim etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Beləliklə, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyinə görə müddət bərpa edilə bilməz. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1574/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1574/2021
29.01.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver