Məhkəmə qərarları › İş №2(103)-1663/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1663/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1663/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPOİddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2144,32 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 ABŞ dolları faiz, 776,14 ABŞ dolları faiz borcu, 994,55 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4239,31 ABŞ dolları borcun, xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2769,02 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 ABŞ dolları faiz, 1135,75 ABŞ dolları faiz, 1284,48 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 5600,03 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın girov predmeti olan Cavabdeh məxsus “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldərək avtomaşının açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh LPOİddiaçı ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 2144,32 (iki min yüz qırx dörd ABŞ dolları otuz iki sent) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 (üç yüz iyirmi dörd ABŞ dolları otuz sent) ABŞ dolları faiz, 776,14 (yeddi yüz yetmiş altı ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 214 (iki yüz on dörd) ABŞ dolları cərimə borcu, ümumilikdə 3458,76 (üç min dörd yüz əlli səkkiz ABŞ dolları yetmiş altı sent) ABŞ dolları borc, xx xxxx 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsi üzrə 2769,02 (iki min yeddi yüz altmış doqquz ABŞ dolları iki sent) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 (dörd yüz on ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları faiz, 1135,75 (min yüz otuz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz, 277 (iki yüz yetmiş yeddi) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4592,55 (dörd min beş yüz doxsan iki ABŞ dolları əlli beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) kredit borcu, 24,60 (iyirmi dörd manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması, xx xxxx 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə cəmi 3458,76 (üç min dörd yüz əlli səkkiz ABŞ dolları yetmiş altı sent) ABŞ dolları borcun tutulması Cavabdeh tərəfindən xx xxxx 2015-ci il tarixli, 2034 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev xx xxxxxx 2020-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar