Məhkəmə qərarları › İş №2(103)-1673/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1673/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1673/2021 18.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli məktub göndərərək Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması məqsədilə mülki işin geri qaytarılmasını xahiş edir. QƏRARA ALDİ: İddiaçının şikayətinin mümkünlüyünə baxılmadan, Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması məqsədilə mülki iş icraatdan çıxarılaraq Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Ziya Şirinov Hakimlər Fuad Talışinski Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar