Məhkəmə qərarları › İş №2(103)-171/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-171/2024

17.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-171/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla, cavabdeh Abdullayev Rəşid Əlinağı oğluna qarşı iş üzrə (Açar sözlər: istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-512/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 573/2018 saylı 26 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, 06 iyun 2011 -ci il tarixli KT 009 saylı kredit müqaviləsi üzrə 192946 manat əsas borc, 22647,7 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 215623,7 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş cavabdeh Abdullayev Rəşid Əlinağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, 114 nömrəli evin 16 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 215.623,7 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin Abdullayev Rəşid Əlinağı oğluna verilməsi, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının tədqiqat dəyəri olan 416 manatın Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Baki şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 573/2018 saylı 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8034/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. 23.09.2020-ci il tarixli 32/03 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün” hərracın yekunları barədə Protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-573/2018 saylı 26 noyabr 2018-ci il tarixli icra sənədinə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı 89250 manata almışdır.

5. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində LPO İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedivisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla, cavabdeh Abdullayev Rəşid Əlinağı oğluna qarşı «istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedivisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, KT 009 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 7% (yeddi) faiz ödənilmək şərtilə 200000 (iki yüz min) AZN məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Abdullayev Rəşid Əlinağı oğlu ilə bağlanmış xx.xx.2011-ci il tarixli KT 017 ipoteka müqaviləsinə əsasən Abdullayev Rəşid Əlinağı oğlu tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində istifadədə olan 0.05985 ha torpaq sahəsində yerləşən 114 nömrəli, 5 mərtəbəli binada 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 16 nömrəli mənzili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar Ləqv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 573/2018 saylı 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun xeyrinə 192 946 manat məbləğində əsas borc, 22 647,70 manat faiz borcu və 30 manat dövlət rüsumunun cəmi 215 623 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş cavabdeh Abdullayev Rəşid Əlinağı oğlunun mülkiyyətində Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 16 saylı mənzilinə yönəldilməsi, həmin mənilin ilkin satış qiyməti 140000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılmasının, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 215 623.70 manat məbləğində pulun Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qalan məbləğin Abdullayev Rəşid Əlinağı oğluna verilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri 416 manatın Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdehlərin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi 2(103)- 8294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Baki şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 573/2018 saylı 26 noyabr 2018-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)- 8034/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh və Abdullayev Rəşid Əlinağı oğlunun kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8294/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi kassatorlara münasibətdə dəyişdirmədən saxlanılmışdır. 23 sentyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqaviləyə əsasən qətnamə icra olunaraq ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi 114 nömrəli evin 16 saylı mənzil Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun adına rəsmiləşdirilmiş və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən bankın adına mülkiyyət hüquqlarını təsdiq edən (reyestr nömrəsi: **********0-05101- 093008; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2021) çıxarış verilmişdir. 31 oktyabr 2022-ci il tarixdə cavabdeh Abdullayev Rəşid Əlinağı oğluna ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak sahəsini könüllü surətdə ailə üzvləri ilə birlikdə tərk etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh Abdullayev Rəşid Əlinağı oğlu və onun ailə üzvləri mənzili boşaltmaqdan imtina edir və hal-hazırda da mənzil onların qeyri-qanuni istifadəsindədir. Bu hal isə mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olaraq, adı çəkilən əmlakdan istədiyi kimi istifadəsini mümkünsüz edir. Hüquqlarının pozulmasının aradan qaldırılması məqsədi ilə ünvan 2 ünvanında yerləşən və Bankın mülkiyyətində olan daşınmaz əmlaka qanunsuz istifadəsinə hüquqlarına xitam verilməli və həmin mənzil boşaldılmalıdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-512/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddianın təmin edilməsi, Abdullayev Rəşid Əlinağı oğlunun LPO İddiaçı ASC-nin Ləğvedivisi Əmanətlərin Sığortalanması Fondunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin əmlakın boşaldılaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43cü maddəsinə, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə istinad edilən hərracın yekunları barədə protokoldan və keçirilən hərracdan cavabdeh tərəf xəbərsiz olmuş, bu sonradan iş materiallarına əlavə edilmiş sənədlər nəticəsində məlum oldu. Mənzil real dəyərindən dəfələrlə aşağı qiymətinə banka təqdim edilmişdir. Qeyd edilən hərrac protokollarını məhkəmə qaydasında mübahisələndirmək məqsədilə həmin protokolların rəsmi əldə edilməsi üçün müraciət edirəm. İddiaçı ƏSF tərəfindən mülkiyyəti kimi istinad edilən çıxarış qanunsuz keçirilmiş hərrac nəticəsində verilmişdir. Məhkəmənin istinad etdiyi mülkiyyət hüquqları ilə bağlı normalar cavabdehə münasibətdə düzgün araşdırma aparılmadığı üçün düzgün tətbiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəf və üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

15. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.

17. 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz

18. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

22. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən ləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-512/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil cavabdehə məxsus olsa da, məhkəmə qətnamələrinə əsasən hərrac qaydasında satılmış, iddiaçı həmin əmlakı alaraq əmlak sonuncunun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir.

36. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili hərracın nəticələrinin etibarsızlığı ilə bağlı olmuşdur. Qeyd olunan mülki mübahisə ilə əlaqəli Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Abdullayev Rəşid Əlinağı oğlunun cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunları üzrə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair e-2(005)-1853/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunmuşdur. Məhkəmə qərarına əsasən hərracın keçirilməsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir.

37. Odur ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-512/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver