Məhkəmə qərarları › İş №2(103)-2047/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2047/2021

08.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2047/2021 08.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MTK, Cavabdeh1 Məhəmməd oğlu, Cavabdeh2 və Cavabdeh5 qarşı “müqavilənin etibarsız hesab olunması və qeydiyyatın ləğv edilməsi, müqavilə bağlamaq öhdəliyinin müəyyən edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə təmin edilsin, Bakı şəhəri, Ə.Cavad küçəsi, 3 saylı ünvanda (yeni ünvan: Səbail rayonu, H.Abdullayev küçəsi, giriş 20A, 2-ci mərtəbə, qapı 1) yerləşən, sahəsi 395 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə təmin olunmasın. Şikayət əsassızdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi mübahisə predmetidir, Cavabdeh5 mülkiyyətindədir. İddia ərizəsində qeyri-yaşayış sahəsi ilə bağlı əqdlər mübahisələndirilib və sahənin iddiaçıya təhvil verilməsi tələb olunub. Mübahisə həll edilənə qədər qeyriyaşayış sahəsinin mülki dövriyyədə iştirak etməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157 və 158.1.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasını qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar