Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2048/2021 06.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Selahattin oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8194/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məktub ilə tərəflərin apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxılması üçün 2(103)-8194/20 saylı mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli qərardaddan kassasiya şikayəti vermişdir. Mülki iş Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-2048/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2048/2021
06.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver