Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2103/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X3 və cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6117/2019 saylı mülki ış üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından ləğv prosesində olan QSC “Bank Standart’ KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6117/20189 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi tərəflərə xx.xx.2019-cu il tarixində rəsmi qaydada göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006) 6117/2019 saylı qərardadı ilə Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondu tərəfindən verilmış şikayət geri qaytarılmışdır. Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-6117/2019 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə vermiş və Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-6117/2019 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə hazırkı şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6117/2019 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 133.1-ci maddəsinə istinadən) Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 6117/2019 saylı qərardadından buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Ləğv prosesində olan QSC "Bank Standart” KB tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-6117/2019 saylı qərardadından cavabdeh Ləğv prosesində olan QSC "Bank Standart” KB tərəfindən verilmiş şikayətin geri gaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-6117/2019 saylı qərardadından buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas olmadığını görə, ərizə təmin edilməməlidir və cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB-nın şikayəti geri qaytarılmalıdır. Belə ki, qərardad xx.xx.2020-ci il tarixdə rəsmi qaydada tərəflərə göndərilmiş və cavabdeh Ləğv prosesində olan QSC “Bank Standart” KB xx.xx.2020-ci il tarixdə qətnaməni poçt vasitəsilə almışdır. Göründüyü kimi, cavabdeh Ləğv prosesində olan QSC "Bank Standart” KB qərardaddan şikayət verilməsi üçün Qanunla müəyyən edilmiş müddəti ötürmüş və bunun üzrlü səbəbdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)-6117/2019 saylı qərardadını ləğv edərək Bankın Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)- 6117/2019 saylı qərardadından şikayət müddətinin bərpasına dair ərizəsini təmin edilməsi əks halda şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə tələbkar şikayət vermiş və qeyd edilmişdir ki, cavabdeh pandemiya ilə bağlı bütün aktlara istinad etmişdir bə onları ərizəsində göstərmişdir.Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar-epidimioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına əsasən məhkəmə işləri qeyri-müəyyən vaxta təxirə salınmış, xüsusi karantin rejimi ilə əlaqədar bir sıra sahələr üzrə işlərə məhdudiyyətlər tədbiq edilmişdir. Bildirək ki, QSC «Bank Standard» KB ləğv prosesindədir. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarına yalnız təşkilatların vəzifəli şəxslərinin işləmək icazəsi olan təşkilatların siyahısı qeyd edilmişdir. Bildirək ki, həmin siyahılarda Ləğvetmədə olan bankların adları qeyd olunmamışdır.Bundan başqa Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 saylı və x xxx 2020-ci il tarixli 163 saylı qərarlarına əsasən Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Həmin siyahılarda Ləğvetmədə olan bankların adları qeyd olunmamışdır.Odur ki, qərardaddan şikayət üçün nəzərdə tutulmuş 10 günlük müddət (Fonda daxil olma tarixi xx.xx.2020) karantin dövrünə aid olduğundan həmin qərardaddan şikayət vermək üzürlü səbəbdən mümkün olmamışdır.Bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər çərçivəsində mübahisəli qərardaddan şikayət verməmiz üzürlü səbəblərdən mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6117/2019 saylı, 27.11..2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayət verilmə müddətini ötürmədiklərini, lakin qərar çıxarıldığı zaman pandemiya başladığından həmin müddət ərzində iş olmadığından şikayətin həmin vaxta verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X6 apellyasiya şikayətini müdafiə edərək, pandemiya vaxtı bankların 50 faiz işçi qüvvəsi ilə işlədiklərini, buna görə də şikayətin verilməsinin mümkün ola biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 262, 264,385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayyətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və sübuta yetirilmir, habelə epidemioloji vəziyyətin nəzərə alındığı təqdirdə belə ötürülən müddətin ağlabatan meyyarlarına əksmütənasib olaraq kifayət qədər uzun olması onun üzrlü hesab edilməsinə əsas verə bilməz.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,. q ə r a r a a l d ı: Cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6117/2019 saylı mülki ış üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2103/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2103/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver