Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2127/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər: X4 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/18 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/2018 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnamədən apelyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş və mülki iş apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)11486/2019 saylı Qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/18 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri D.Məmmədova və F.Qasımov şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh rayon məhkəməsinin 24.10.18-ci il tarixli qətnaməsindən xx.xx.2018-ci il tarixində apellyasiya şikayəti vermişdir. Şikayəti cavabdehin nümayəndəsi kimi Faiq Qasımov imzalamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin apelyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsasına görə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin həmin qərardadını mübahisələndirməmişdir. Bundan sonra, rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qəraradadı ilə cavabehin həmin şikayəti yuxarıda qeyd olunan əsasa görə geri qaytarılmışdır. Cavabdeh tərəfindən rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından xx.xx.2019-cu il tarixində şikayət verilmişdir. Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən xx.xx.2019cu il tarixli qərardaddan verilmiş şikayət, şikayət vermə müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh rayon məhkəməsinin bu qərardadını mübahisələndirməmişdir. Bundan sonra cavabdeh prosessual müddətin bərpasına dair ərizə verərək ötürülmüş müddətin bərpa ediməsini xahiş etmiş və həmin ərizəsinə yeni etibarnamə əlavə etmişdir. Rayon məhkəməsinin xx.xx.2019-cu il qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasına dair ərizə təmin edilmiş və cavabdehin nümayəndəsi F.Qasımov tərəfindən imzalanmış apelyasiya şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi F.Qasımov tərəfindən imzalanmış apelyasiya şikayəti ona verilmiş etibarnamənin birində (iş v.128) etibarnamənin verilmə tarixinin göstərilməməsi, digərinin isə (iş v.138) kserosurət olması əsası ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh apelyasiya instansiyasının həmin qərardadını da mübahisələndirməmişdir. Bundan sonra rayon məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehin həmin apelyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadında göstərilmiş əsaslara istinadən geri qaytarmışdır. Cavabdeh tərəfindən rayon məhkəməsinin həmin qərardadından şikayət verilmişdir. Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi sonuncu dəfə, yəni xx xxxxxxx 2019-cu il tarixdə cavabdehin nümayəndəsi F.Qasımov tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytararkən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsaslanmışdır ki, cavabdeh də həmin qərardad ilə razılaşmış və onu mübahisləndirməmişdir. Məhkəmə kolleiyası xüsusi olaraq qeyd edir ki, sonradan cavabdeh tərəfindən şikayətlərin səlahiyyətli şəxs tərəfindən imzalanması və ya şikayətə qanunvericiliyin tələblərinə cavab verən, yeni etibarnamənin qoşulması əvvəlki məhkəmə aktlarının əsaslılığına təsir göstərmir. Beləliklə də, müəyyən olunur ki, rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı qanuni və əsaslıdır, cavabdehin şikayəti isə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-364, 398, 400, 403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4928/18 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-2127/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2127/2020
31.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Pensiyanın hesablanması tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver