Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2170/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X4 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı iilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)-3009/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx xxxxxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin və əvvəlki 3 illik dövr üçün birdəfəlik alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 3009/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri məktubla müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyini, bu səbəbdən də mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinin yoxlanılması üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 362-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən: Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2170/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2170/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver