Məhkəmə qərarları › İş №2(103)-2245/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2245/2021

22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2245/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 37 saylı evin, 28 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh 4800 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 988 (doqquz yüz səksən səkkiz) manat alınaraq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat da Cavabdeh Dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sübut əlavə edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh yenidən mövcud qətnamədən xx.xx.2020-ci il tarixdə apelyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, apelyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsi ilə bağlı vəsatət isə verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli, 2(006)-368/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi qaydada almış, xx xxxxxx 2020-ci ildə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsini təsdiq edən sübut əlavə edilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh yenidən mövcud qətnamədən xx.xx.2020-ci il tarixdə apelyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, apelyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsi ilə bağlı vəsatət isə verməmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-368/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar