Məhkəmə qərarları › İş №2(103)-2406/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2406/2021

22.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2406/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(008)-190/2019 nömrəli qətnaməsindən cavabdehlər X4 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 016CARL104038 saylı 27 may 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14022.21 ABŞ dolları məbləğində əsas kredit borcu, 2392.36 ABŞ dolları faiz borcu, 1383.05 ABŞ dolları cərimə, cəm 17797.62 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan «MAZDA CX-9» minik markalı (buraxılış ili 2012, Ban JMZTB89A800300913, rəngi göy metal, tip universal) 99- EL-066 dövlət qeyydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27 may 2013-cü il tarixli 016CARL104038 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12111.08 ABŞ dolları məbləğində əsas kredit borcunun, 2647.54 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 500 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 15258.62 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus olan və banka girov qoyulmuş “MAZDA CX-9” markalı (buraxılış ili:- 2012, ban:- JMZTB89A800300913, mühərrik:- CA10423501, rəngi:- göy metal, tip:- universal) **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 016CARL104038 saylı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 15 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 33.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə 016FİZAM10403801 saylı 27 may 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan «MAZDA CX-9» minik markalı (buraxılış ili 2012, Ban JMZTB89A800300913, rəngi göy metal, tip universal) **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 016AVTOM10403801 saylı 27 may 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 banka 12111.08 ABŞ dolları məbləğində əsas kredit borcu, 2647.54 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 15258.62 ABŞ dolları məbləğində borcu vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(008)- 190/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27 may 2013-cü il tarixli 016CARL104038 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12111.08 ABŞ dolları əsas borc, 2647.54 ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları dəbbə pulu, cəmi 14808.62 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş "Mazda CX-9" minik markalı (**-EL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili - 2012, ban – JMZTB89A800300913, rəngi - goy,) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, avtomobilin satışından əldə olunacaq məbləğdən 14808.62 ABŞ dolları borc, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Taplıq qızından müştərək qaydad alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-190/2019 saylı iş üzrə 27 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhər Sabunçu rayon məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsini aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirlər. Belə ki, Cavabdeh1 27 may 2013-cü il tarixdə İddiaçı ASC ilə 016CARL104038 saylı kredit müqaviləsi bağlamış. Müqaviləyə əsasən kreditor ona illik 15% olmaqla 60 ay müddətinə 33700 ABŞ dolları məbləğində kredit vermişdir. Aralarında imzalanmış 27 may 2013-cü il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri qeyd olunmuşdur. Cədvəl üzrə o, hər ay banka kredit aldığı vaxtın məzənnəsinə uyğun olaraq ödəmiş və banka olan borcunu manatla 2018-ci ilin may ayında tam ödəyib qurtarmışdır. Lakin bank devalvasiyadan sonrakı məzənnə ilə ondan əlavə borc tələb edir. Onun isə bankın tələb etdiyi bu məbləği ödəməyə maddi imkanı yoxdur. Kreditor tərəfindən ona kredit verilməmişdən öncə onun biznes failiyyətinin ətraflı öyrənilməsini və "xxxx" ASC-nin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kreditin vaxtında qaytaracağı imkanın olduğunun müəyyən edildiyini bildirmişdir. Bu müddət ərzində onun biznes fəaliyyətində gözləmədiyi geriləmələr olmuş və o bu barədə kreditoru məlumatlandırmışdır. Buna baxmayaraq, o, 2019-cu ilin sentyabr ayınadək ödənişlər etmiş və kredit borcunu manatla tam ödəmişdir. Lakın bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmişdir. Məhkəmə prosesində kreditora bu günə olan qrafik üzrə bütün borclarının və gecikdirmələrə görə kreditorun müəyyən etdiyi faizləri ödədiyinin nəzərə alınmadığını bildirmişdir. Bu gün o, kreditor qarşısında qrafik üzrə borclu olmadığı halda məhkəmə tərəfindən ona faiz və dəbbə pulu hesablanır və kredit borcu tələbi girov predmetinə yönəldilir ki, bu da onun yuxanda göstərdiyi Mülki Məcəllənin 445.5-ci maddəsi ilə təsbit olunan hüquqlarının pozulması deməkdir. Qeyd edir kı, banka etdiyi ödənişlər məhkəmə tərəfindən araşdırılıb qətnamə qəbul edilsəydi məlum olardı ki, onun banka heç bir borcu qalmayıb. Hesab edir ki, bank tərəfindən kredit müqaviləsi üzrə faizlər əsas borca qeyri-mütənasib hesablanmışdır və birinci instansiya məhkəməsi işə baxarkən bu hala düzgün qiymət verməmişdir. Cavabdeh2 da qətnaməni əsassız hesab edir. Ona görə ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 27 may 2013-cü il tarixli 016CARL104038 nömrəli kredit müqaviləsi üzrə kredit borcunu manatla tam ödədiyinə görə, həmçinin kredit öhdəliyinin təminatı kimi Cavabdeh1 məxsus "Mazda CX-9” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edildiyindən, ondan pul tutulması əsassızdır. Bu səbəbdən onun zaminliyinə xitam verilməli olduğu halda, məhkəmə tərəfindən bu hala da lazımınca qiymət verilməmiş və ondan da əsassız olaraq pulun tutulması qət edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə faiz borcun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş 27.05.2013-cü il tarixli 016CARL104038 saylı kredit müqaviləsindən görünür ki, avtomobil satın alınması məqsədilə istifadə etmək üçün illik 15 %-lə 60 aylıq müddətinə iddiaçı bank tərəfindən borc alan Cavabdeh1 33.700 ABŞ dolları kredit vəsaiti verilmişdir. İş materiallarında olan 27.05.2013-cü il tarixli 016AVTOM10403801 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən "Mazda CX-9" minik markalı (99-EL066 dövlət qeydiyyat nişanlı, buraxılış ili - 2012, ban – JMZTB89A800300913, rəngi - goy,) avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş 27.05.2013-cü il tarixli 016FİZAM1040801 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə bank arasında bağlanmış 27.05.2013-cü il tarixli 016CARL104038 saylı kredit müqaviləsi üzrə alınmış kreditlə bağlı öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilməsi ilə əlaqədar borcalanla birlikdə məsuliyyəti tam üzərinə götürmüşdür. İş materiallarında olan 20.06.2017-ci il tarixli bildirişdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Taplıq qızına borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4494 saylı 22.05.2019-cu il tprixli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 016CARL104038 saylı 27 may 2013-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə 27 may 2018-ci il tarixə və ekspertiza keçirilən tarixə olan əsas borcu 14022.21 ABŞ dolları məbləğində müəyyən olunur. İş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 22 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 03 iyun 2021-ci il tarixli 9/1521 saylı Ekspertiza Rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27.05.2013-cü il tarixli, 016CARL104038 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 27.05.2018-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 16.513,99 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, 27.05.2018-ci il tarixə əsas borc üzrə 16.167, 90 ABŞ dolları, faiz borcu üzrə 346, 09 ABŞ dolları, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27.05.2013-cü il tarixli, 016CARL104038 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 27.06.2019-cu il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 18.682,85 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, 27.06.2019-cu il tarixə əsas borc üzrə 16.167, 90 ABŞ dolları, faiz borcu üzrə 2514,95 ABŞ dolları müəəyn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməüçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-dən alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfindən əsas borc və faizlə birlikdə, 500 ABŞ dolları dəbbə pulu tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası tələb olunan məbləği tənasübsüz surətdə yüksək məbləğ hesab edir və onun azaldılması qənaətinə gəlir. Buna görə də, məhkəmə kollegiyası 27.05.2013-cü il tarixli 016CARL104038 saylı kredit müqaviləsi üzrə ödənilməli olan cərimə məbləğini 500 ABŞ dolları məbləğindən 50 (əlli) ABŞ dolları məbləğinədək azaldılmasını mümkün hesab edir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər İddiaçı ASC-dən alınmış kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdehlər müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də İddiaçı ASC-nin iddia tələbləri bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmın hissəsi də təmin edilməlidir. İş materiallarında olan, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 087209 nömrəli, 29 may 2013-cü il tarixli çıxarışdan aydın olur ki, "Mazda CX-9" minik markalı (**-EL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili - 2012, ban – JMZTB89A800300913, rəngi - goy,) avtomobilin bank qarşısında yüklü edilməsini nəzərdə tutan 27.05.2013-cü il tarixli ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində qeydə alınmışdır. İşdə olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASCdən 33700 ABŞ dolları pul vəsaiti almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilərək, tələb ipoteka ilə yüklü edılmiş avtomobilə yönəldilməli, Cavabdeh1 kredit borcu həmin nəqliyyat vasitəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyır. Göstərilən qanunun normalarının tətbiqi baxımından zaminlik müqaviləsi nəzərdən keçirildikdə müəyyən edildi ki, müqavilələrin şərtlərinə görə zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri ilə bağlı düzgün qənatə gəlsə də, qətnamə faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 22 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 03 iyun 2021-ci il tarixli 9/1521 saylı Ekspertiza Rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27.05.2013-cü il tarixli, 016CARL104038 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 27.05.2018-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 16.513,99 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, 27.05.2018-ci il tarixə əsas borc üzrə 16.167, 90 ABŞ dolları, faiz borcu üzrə 346, 09 ABŞ dolları müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(008)-190/2019 nömrəli qətnaməsi Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27 may 2013-cü il tarixli 016CARL104038 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən tutulan faiz borcunun məbləği hissədə dəyişdirilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 346, 09 ABŞ dolları faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) İddiaçı ASC-nin xeyrinə tutulmalı, 1-ci instansiya məhkəməsinin qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Taplıq qızından müştərək qaydad alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(008)-190/2019 nömrəli qətnaməsi Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 27 may 2013-cü il tarixli 016CARL104038 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən tutulan faiz borcunun məbləği hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 346, 09 ABŞ dolları faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) İddiaçı ASC-nin xeyrinə tutulsun. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Taplıq qızından müştərək qaydad alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ. MEM, VÖEN ********** AZ41NABZ******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3 hesabına keçirilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver