Məhkəmə qərarları › İş №2(103)-27/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-27/2023

03.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-27/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı (Yasamal rayonu 42 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi Şərafət Feyzullayev mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahənin qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ona təhvil verilməsi və cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 (Yasamal rayonu 42 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi Şərafət Feyzullayev mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, 5 saylı kommunal mənzilin ümumi paylı mülkiyyət hüququ ilə otaq mülkiyyətçilərinə məxsus ümumi istifadəsində olan həyətində mənzilinin qarşısında Cavabdeh1 tərəfindən özbaşına tikilmiş evin (artırmanın) Cavabdeh1 tərəfindən sökülməsinə, mənzili ilə ona məxsus hamamın arasında hörülmüş divarın cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahəsi 9.8 kv.m olan hamamın və sahəsi 15 kv.m olan koridorun və digər sahənin, cəmi 50 kv.m sahənin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı üzərinə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20, mənzi 1-ə aid olan, sahəsi 8,12 kv.m. olan mətbəxini əvvəlki vəziyyətə gətirərək, koridor boyu tikdirdiyi daş divarı sökərək, ona təhvil vermək, faktiki istifadəsində olan 1,7 kv.m. və 1.9 kv.m. olan iki ədəd sanitar qovşaqdan istifadəsini mümkün etmək üçün öz evinin qarşısındakı koridora giriş divarını sökmək və oradan qapını çıxarmaq öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməməsi, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanına aid olan sahəsi 8.12 kv.m olan mətbəxdə hörülmüş arakəsmənin İddiaçı hesabına sökülməsi və mətbəxin əvvəlki vəziyyətə gətirilərək Cavabdeh1 Güimurad qızına təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X7) Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6565/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı (Yasamal rayonu 42 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi Şərafət Feyzullayev mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahənin qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ona təhvil verilməsi və cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə icraat, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə “mənzilə dair texniki pasportun və çıxarışın ləğv olunması” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək, qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1346/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmişdir. Həmin qərardan üçüncü şəxslər Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-442/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1346/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 624/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar qanuni qüvvəyə mindiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-108/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etmişdir.. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-108/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Cavabdeh1 və X9 cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 20 saylı evin üçüncü şəxslər Cavabdeh1 və X8 məxsus mənzilinə dair aparılmış qeydiyyat və tərtib edilmiş texniki pasportun 8.2 kv.m ölçüdə yardımçı sahə hissəsində ləğv edilməsi və reyestrdə müvafiq düzəlişlər edilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək yenidən dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7651/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Lakin xx.xx.2023-cü il tarixdə İddiaçı vəfat etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-820/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə nəzərədən keçirib, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə “Elektron məhkəmə” informasiya sistemində aidiyyəti məlumat öz əksini tapmış, hazırki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş inzibati iş üzrə icraata da Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhz bu səbəbdən xitam verilmişdir. Qeyd edilən şəxs ailə vəziyyətinə görə subaydır, övladının, habelə valideyinin olması müəyyən edilmir. İddiaçı iddiası üzrə cavabdeh olan X6 isə onun bacısı olsa da, bu şəxsin ötən dövr ərzində İddiaçı miras qalmış əmlakı onun vərəsəsi olaraq qəbul etməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həm İddiaçı iddiası üzrə cavabdeh olması, həm də onun əvəzindən mübahisəni davam etdirmək niyyətini təsdiq edən hər hansı müraciətin olmaması onun İddiaçı hüquqi varisi kimi tanınmaqla əvəz edilməsini hüquqi baxımdan qeyri-mümkün edir. Mövcud vəziyyətdə belə əvəz etmə ümumiyyətlə əhəmiyyətsizdir. Bu da öz növbəsində hazırki iş üzrə icraata İddiaçı ölməsi və bundan sonra barəsində mübahisə edilən hazırki hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi əsası ilə xitam verilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər; 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər; 261.0.7-cimaddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə ölməsini, habelə mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsini nəzərə alıb, beləq qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261-ci, 263-264, 384-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı (Yasamal rayonu 42 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi Şərafət Feyzullayev mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “özbaşına tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və sahənin qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ona təhvil verilməsi və cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar