Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2893/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının hüquqi varisi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh3 Baladdı̇ n qızına, Yildiz Kəmalə Baladdı̇ n qızına, Cavabdeh4 Baladdı̇ n qızına, Cavabdeh2 Baladdı̇ n qızına qarşı "vərəsəlik hüququ üzrə sair mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(004)-4599/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 Baladdin qızına, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 29 oktyabr 2018-ci il tarixdə, Bakı 3 saylı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzilə və "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 6/10 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(004)-4599/2020 nömrəli qətnaməsi iddia tələbi qismən təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(004)-4599/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə prosesi gedişində İddiaçı vəfat etdiyindən onun qızı X4 iddiaçının prosessual hüquq varisi qismində calb edilmişdir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 14 aprel 2021-ci ildə ölmüşdür. Apellyasiya instansiyasında iddiaçının hüquqi varisi X4 məhkəməyə ərizə təqdim edərək mərhum anası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsini göstərmiş və apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Günel Həsənovaya apellyasiya şikayətindən imtina edilməsinin hüquqi nəticələri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(004)-4599/2020 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X1 verdiyi apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(004)-4599/2020 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2893/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2893/2021
27.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver