Məhkəmə qərarları › İş №2(103)-2964/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2964/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2964/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı "xxxx” ASC-nin Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında pul tələbinə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3978 manat məbləğində pul vəsaiti, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidmət haqqının X2 alınaraq "xxxx” ASC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaitinin X2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, cavabdeh X4 qətnamədən apellyasiya şikayəti vermişdir (iş səh.203). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş təyinatda və məbləğdə dövlət rüsumu ödənilməmişdir (səh.202). Belə ki, ödənilmiş dövlət rüsumunun 10,40 manat pul vəsaiti ödənilmişdir. Diqqətə çatdırılmalıdır ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 8.4.1-ci maddələrinə uyğun olaraq iddia qiyməti 500 manatdan çox olduqda apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun məbləği 15 manat ödənilməlidir. Eyni zamanda xx.xx.2020-ci il tarixli qətnamənin surəti Cavabdeh2 iddia ərizəsində göstərilən ünvana xx.xx.2020-ci il tarixdə göndərilmiş, zərf geri qayıtmış (səh.185,186,188), məhkəmə qətnamənin çatdırılması üzrə zəruri tədbirləri həyata keçirmiş və qətnamə icraya yönəldilmişdir (səh.190-191),Cavabdeh2 xx.xx.2020-ci il tarixdə qətnaməni qəbzə imza etməklə almış (səh.194), prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş və qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir (məhkəmə aktı icraya yönəldilirsə - deməli qanuni qüvvəsini almışdır). Qeyd edilən xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, “Dövlət rüsumu haqqında” Qanunun 8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 133-137, 361-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2/2020 saylı mülki iş üzrə xx.xx.2020ci il tarixli il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar