Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-300/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X14 və X10 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçı, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xxxx(004)-5319/xxxx018 saylı 14 sentyabr xxxx018-ci il tarixli qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə 17 iyun xxxx0xxxx0-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddianın həcminin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 96,3 kv.m. olan, 3 otaqlı, 74 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) dair sahiblik və istifadə hüquqlarının tanınması, habelə mənzilin ona (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdı ki, xxxx01xxxx-ci ilin aprel ayının axırlarında iddiaçı Bakı şəhərində övladına mənzil almaq qərarına gəlmiş, bu məqsədlə o, ünvan 1 ünvanlara müraciət etmiş, sonda isə Yasamal rayonu ərazisində bir elana rast gəlmişdir. Elanda göstərilmişdir ki, Yeni Yasamal yaşayış massivində cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış evində olan mənzillərin satışı həyata keçirilir. İddiaçı həmin ünvana kürəkəni Namiq Məmmədov ilə getmiş və onlara mübahisəli mənzil göstərilmişdir. İddiaçı və kürəkəni mənzilə baxıb mənzili bəyənmişlər. Səhəri gün iddiaçı kürəkəni ilə birlikdə həmin tikinti şirkətinin elanda göstərilən "xxxx" metrosunun yaxınlığında verləşən ofislərinə getmişlər. Həmin ünvanda onları Şirkətin sahibi kimi özünü təqdim edən, adını sonradan öyrəndikləri, hazırda, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan X18 adlı bir nəfərin yanına gətirmişlər. Aqil iddiaçıya satışda olan mənzillər haqqında məlumat vermişdir. Bir gün əvvəl mübahisəli mənzilin onların xoşuna gəldiyini və həmin mənzili almaq istədiklərini bildirmişlər. Aqillə mənzilin 1 kv.m. sahəsinin qiymətini 450 manata, ilkin ödəyəcəkləri pulun məbləğini xxxx3.000 manata razılaşmışlar. Razılaşandan sonra Aqil dedi ki, köməkçisi Günay adlı xanımın yanına gedib ilkin odəniş məbləği olan xxxx3.000 manatı versinlər və o vaxta kimi müqaviləni hazırlasınlar. İddiaçı Aqilin və kürəkəni Namiqin yanında mənzilin xxxx3.000 manat ilkin ödəniş məbləğini sayıb Günay adlı xanıma vermişdir. Günay müqaviləni yazıb hazırlamışdır. Sonra Aqil və Günayla başqa bir kabinetə özünü şirkətin direktoru kimi təqdim edən Elnurun yanına getmişlər. İddiaçıya sonradan məlum olmuşdur ki, Elnurun soyadı Məmmədov, atasının adı Adildir. Elnur iddiaçının da imzaladığı 30 aprel xxxx01xxxx-ci il tarixli mənzilin alqı-satqısına dair müqaviləni imzalayıb direktoru olduğu MMC-nin möhürünü vurmuşdur. Orada iddiaçı və Elnur 30 aprel xxxx01xxxx-ci il tarixli müqaviləyə 1 saylı əlavəni imzalamışlar. Əlavəyə görə iddiaçı xxxx4 ay ərzində hər ay 848 manat olmaqla mənzilin ödənilməmiş qalan pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Cədvəli hər ikisi imzalamış və Elnur həmin sənədə də möhür vurmuşdur. Şirkətin əməkdaşları iddiaçıya izah etmişlər ki, İddiaçı hər ay ofisə gəlib mənzilin qalan pulunu aylıq 848 manat olmaqla ödəməlidir. İddiaçı bundan sonra xxxx4 ay ərzində vaxtını gecikdirmədən hər ay MMC-yə 848 manat ödəməklə mənzilin qalan ödəniş pulunu da tam ödəmişdir. MMC tərəfindən İddiaçı mənzilin pulunun tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Hətta Aqil maliyyə arayışının yuxarı sol küncündə mənzilin nömrəsini "74№" qələmlə yazıb imza etmiş və iddiaçıya bildirmişdir ki, gedib mənzilə qapı qoyub təmirə başlasın. Həmin arayış da MMC-nin direktoru Elnur Məmmədov tərəfindən imzalanıb, möhür vurulmuşdur. Arayış iddiaçıya verilərkən sonuncunun etdiyi ilkin ödəniş və hər ay 848 manat ödənilməsinə dair çeklər iddiaçıdan alınmışdır. MMC-nin əməkdaşları bunu həmin sənədlərin şirkətdə qalmalı olması ilə izah etmişlər. Bundan bir neçə vaxt keçdikdən sonra, təxminən xxxx015-ci ilin aprel-may aylarında MMC-nin ofisindən iddiaçıya məlumat verilmişdir ki, MMC tərəfindən İddiaçı satılmış mübahisəli mənzil iddiaçıdan başqa bir nəfər şəxsə də satılmışdır. İddiaçı şirkətin ofisinə getmiş və orada Gülnarə adlı qadın iddiaçıya bildirmişdir ki, iddiaçının mənzili başqa şəxsə də satılıb. İddiaçı məsələyə aydınlıq gəirilməsi üçün Aqili axtarmış, lakin tapa bilməmişdir. Aqilin yerinə şirkətə sahiblik edən Maksim adlı bir şəxs iddiaçıya özünü MMC-nin sahibi kimi təqdim etmiş və bildirmişdir ki, mübahisəli mənzil iki şəxsə satılıb və təklif etmişdir ki, iddiaçı ona 5.000 manat əlavə pul verdiyi halda mübahisəli mənzili 78 saylı mənzil ilə dəyişdirə bilər. Lakin iddiaçı Maksimin bu təklifi ilə razılaşmamışdır. Bu minvalla məsələ uzanmışdır. İddiaçı Aqil və Elnuru axtarsa da, yenə də tapa bilməmişdir. İddiaçı mənzilə görə ödənişləri təsdiq edən və sonradan ondan alınan çekləri Maksimdən tələb etmiş, sonuncu çeklərin tapıb ona qaytarılacağına söz vermişdir. Lakin çeklərin qaytarılması müxtəlif bəhanələr gətirilməklə uzanmış, sonda isə Maksim iddiaçıya bildirmişdir ki, çeklər yanaraq məhv olmuşdur. Elə həmin ərəfədə iddiaçı şirkətdən öyrənmişdir ki, mübahisəli mənzilin satıldığı xxxx-ci şəxs X3 MMC-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. MMC-nin nümayəndəsi məhkəməyə gəlmədiyi üçün C.Hüseynovun iddiası baxılmamış saxlanmışdır. Məhkəmədə bəlli olmuşdur ki, iddiaçıya satılmış mübahisəli mənzil, həm də C.Hüseynova satılmışdır. Müqaviləyə görə C.Hüseynov həmin mənzilin 1 kv.m 875 ABŞ dolları olmaqla, cəmi 84.xxxx63 ABŞ dollarına almışdır. İddiaçının və C.Hüseynovun mənzilin alınmasına dair məhkəməyə təqdim etdiyi müqavilələrdə MMC-nin direktoru kimi X16 göstərilsə də, sənədlərdəki imzalar müxtəlifdir, bir-birinə bənzəmir. İddiaçıya verilmiş maliyyə arayışlarında da imzalar fərqlidir. MMC-də mənzillərin bir neçə şəxsə satılması halı tək iddiaçının başına gəlməyib. Hazırda iddiaçı çıxılmaz vəziyyətdə qalmışdır. Rayondan Bakı şəhərinə gəlib gedərkən hər dəfə maddi zərərə düşmüşdür. İddiaçı nə mənzilini təmir etdirə bilir, nə də artıq ailə qurmuş övladını mənzilə yerləşdirə bilir. İddiaçı əmin olmuşdur ki, MMC-nin işçiləri tərəfindən aldadılmışdır. MMC-yə gedərkən iddiaçıya məlum olmuşdur ki, mübahisəli mənzili C.Hüseynova həmin tikintinin başqa korpusunun sahibi olan Fariz adlı şəxs satmış və onu iddiaçının mənzilinə yönləndirən də Farizdir. O, öz ətrafında olan adamlarla iddiaçıya hədə-qorxu gəlməkdən də çəkinməmişdir. Göründüyü kimi, MMC-nin məsul və cavabdeh səxsləri tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi barədə üzərlərinə öhdəlik götürsələr də, iddiaçının pulunu tam ödədiyi andan sahiblik və istifadə hüququ əldə etdiyi mübahisəli mənzil qanunsuz olaraq başqa bir şəxsə satılmışdır. Hazırda isə iddiaçı MMC-nin sahibinin və MMC-nin idarə edən və ya ona rəhbərlik edən şəxsin tapılıb mənzilin ona təhvil verilməsinə nail ola bilmir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 14.09.xxxx018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs C.Hüseynov həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin ilkin olaraq İddiaçı, sonradan isə C.Hüseynova satılması tam əsassız haldır. Belə ki, İddiaçı ilə MMC arasında bağlanmış müqavilədə mənzilin nömrəsi ilə bağlı hər hansı qeyd yoxdur. C.Hüseynova satılmış 74 saylı mənzil tam fərqli mənzildir və həmin mənzilin iddiaçıya hər hansı aidiyyəti yoxdur. MMC tərəfindən C.Hüseynova 74 saylı mənzil daha əvvəl, yəni xxxxxxxx.10.xxxx009-cu il tarixdə satılmışdır. İddiaçı ilə olan müqavilənin tarixi isə sonrakı dövrə təsadüf edir. İddiaçı tərəfindən mənzilə dair ödənişlərin edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin əvvəlki direktoru Elnur Məmmədov bildirmişdir ki, iddiaçıya verilmiş maliyyə arayışında olan imza onun tərəfindən icra edilməmişdir. Lakin məhkəmə tərəfindən bu halın aydınlaşdırılması məqsədilə ekpertiza təyin edilməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ancaq iddiaçı tərəfindən verilmiş sübutlar əsasında çıxarılmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs C.Hüseynovun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla MMC arasında bağlanmış xxxxxxxx.10.xxxx009-cu il tarixli müqaviləyə əsasən Yeni Yasamal yasayış massivində inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət 3 otaqlı, 74 saylı mənzil ona satılmışdır. O, həmin mənzilin dəyərini tam ödəmiş və mənzil həmin vaxtdan halhazıra kimi onun sahibliyində və istifadəsindədir. İddiaçının iddia etdiyi mənzil ona məxsus 74 saylı mənzil ilə üst-üstə düşmür. Yəni, onun mənzilinin iddiaçının iddia etdiyi mənzilə aidiyyəti yoxdur. Çünki MMC-nin ona satmış olduğu mənzilin nömrəsi 74 kimi qeyd olunsa da, onunla bağlanmış müqavilədə mənzilin sıra nömrəsi ilə bağlı hər hansı qeyd yoxdur. O, məhkəmə tərəfindən əsassız olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Onun iddiaçının iddia tələbinə aidiyyəti yoxdur. Məhkəmə heç bir araşdırma aparmadan, yalnız iddiaçının təqdim etdiyi sənədlərə və izahata əsaslanaraq belə qənaətə gəlmişdir ki, MMCnin ona satmış olduğu mənzillə iddiaçının mənzili eynidir. MMC tərəfindən mübahisəli mənzil ona daha əvvəl, yəni xxxxxxxx.10.xxxx009-cu il tarixdə satılmışdır. İddiaçı ilə müqavilə isə 30.04.xxxx01xxxx-ci il tarixdə bağlanılmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh MMC-nin direktoru X7 ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xxxx0.11.xxxx019-cu il tarixli qərardadı ilə cavabdeh MMC-nin apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 37xxxx.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bu səbəbdən hazırki mülki işə üçüncü şəxs C.Hüseynovun apellyasiya şikayəti əsasında baxılır və qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə tam yoxlanılır. Apellyasiya baxışı zamanı 3-cü şəxs Cavanşir Hüseynov apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Əjdər Sarıyev apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin vəkili Nurlan Kərimli 3-cü şəxsin apellyasiya şikayəti ilə razılaşdığını bildirmiş və qeyd etmişdir ki, MTK tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m. olan 3 otaqlı yalnız bir mənzil vardır və həmin mənzilin də nömrəsi 74-dür. Hazırki işdə iddiaçı və 3-cü şəxsə satılmış mənzil eyni mənzildir, hər iki şəxs cinayət işində zərərçəkmiş şəxslər qismində tanınmışdır. “Xxxxx6” MMC-nin işi ilə əlaqədar Korrupsiya İdarəsində ekspertiza keçirilmiş və müəyyən edilmişdi ki, Aqil Nəcəfov tərəfindən xxxx01xxxx-ci ilin axırlarında saxta möhür hazırlanmış, İddiaçı da mənzilin satılması saxta möhürlə olmuşdur. İttiham aktında göstərilmişdir ki, Aqil Nəcəfovda olan möhürlə “Xxxxx6” MMC-nin nizamnaməsində olan möhür eynilik təşkil edir. Möhürlərdən biri müstəntiq tərəfindən protokollaşdırılaraq maddi sübut kimi saxlanılmış, digəri, yəni saxta möhür isə maddi sübut kimi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı tərəf Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m.-dən ibarət olan 3 otaqlı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını, habelə mənzilin ona (iddiaçıya) təhvil verilməsini tələb edir və tələbinin əsası kimi ona istinad edir ki, mübahisəli mənzilə dair onunla cavabdeh MMC arasında 30.04.xxxx01xxxx-ci il tarixdə müqavilə bağlanmasına, həmin müqavilə üzrə onun tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə öhdəliyin yerinə yetirilməsinə baxmayaraq, MMC üzərinə götürdüyü öhdəliyi icra etməmiş, mənzili ona təhvil verməmişdir. İddiaçı dəlillərinin əsası kimi məhkəməyə 30.04.xxxx01xxxx-ci il tarixli müqaviləni və 11.11.xxxx014-cü il tarixli maliyyə arayışını təqdim etmişdir. İddiaçının təqdim etdiyi 30.04.xxxx01xxxx-ci il tarixli müqavilədən görünür ki, cavabdeh MMC ümumi dəyəri 43.335 manat müəyyən edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili İddiaçı satmağı, İddiaçı isə mənzilin dəyərinin xxxx3.000 manatını əvvəlcədən, qalan məbləğini isə xxxx4 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə alıcı olan İddiaçı tərəfindən və satıcı olan MMC-nin adından E.Məmmədov tərəfindən imzalanmışdır. Müqavilə MMC-nin rekvizitləri olan möhürlə də təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xxxxxxxx oktyabr xxxx009-cu il tarixli maliyyə arayışından görünür ki, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı binanın 11 mərtəbəsində yerləşən 74 nömrəli, 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyəri X3 tərəfindən tam olaraq ödənilmişdir. İşdə olan MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş MMC-yə məxsus 1 saylı binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 kv.m-dən ibarət 3 otaqlı mənzil satılmış, həmin mənzilə görə iddiaçının borcu qalmamışdır. Kollegiya iddia tələbi üzrə qiymətləndirməyə keçməzdən öncə hazırki iş üzrə üçüncü şəxsin apelyasiya şikayətində qeyd etdiyi “iddiaçının iddia etdiyi mənzillin üçüncü şəxslə bağlılığının olmaması” məsələsinə aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, iş üzrə üçüncü şəxs apelyasiya şikayətində iddiaçının iddia etdiyi mənzilin onun istifadəsində olan mənzilə aidiyyatının olmamasını, bu baxımdan məhkəmə tərəfindən əsassız olaraq 3cü şəxs qismində icraata cəlb edildiyini bildirmişdir. Bu məsələ ilə bağlı Kollegiya tərəfindən araşdırma aparılarkən müəyyən olundu ki, işdə olan 47 nömrəli xxxxxxxx.10.xxxx009-cu il tarixli müqaviləyə əsasən MMC, ümumi dəyəri 84.xxxx63 ABŞ dolları müəyyən edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 kv.m-dən ibarət 3 otaqlı 74 nömrəli mənzilin C.Hüseynova satılmasını öhdəsinə götürmüşdür. Həmçinin xxxxxxxx.10.xxxx009-cu il tarixli maliyyə arayışından görünür ki, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı binanın 11 mərtəbəsində yerləşən 74 nömrəli, 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin dəyəri üçüncü şəxs C.Hüseynov tərəfindən tam ödənilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi 30.04.xxxx01xxxx-ci il tarixli müqavilədə müqavilənin predmeti kimi Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 96,3 kv.m olan, 3 otaqlı mənzil göstərilsə də, müqavilədə mənzilin nömrəsi barədə hər hansı qeyd aparılmamışdır. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatlarından və iş üzrə təqdim edilmiş sübutlardan müəyyən olundu ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m. olan 3 otaqlı yalnız bir mənzil vardır və həmin mənzilin də nömrəsi 74-dür. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmələrə verdiyi izahatlarında bildirmişdir ki, alqı-satqı müqaviləsini bağlamazdan öncə həmin ünvana gedib baxmış və ona məhz mübahisəli 74 nömrəli mənzil göstərilmişdir. Beləliklə, qeyd olunan məsələ ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən olundu ki, iddiaçının ona təhvil verilməsini tələb etdiyi Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.3 kv.m-dən ibarət 3 otaqlı mənzil məhz C.Hüseynovla MMC arasında bağlanmış müqavilənin predmeti olan 74 saylı mənzildir, yəni mübahisənin eyni mənzillə bağlı olduğu müəyyən olunur ki, bunu da iş üzrə tərəflər sonradan məhkəmə baxışı zamanı mübahisələndirməmişlər. Odur ki, sözügedən mənzillə bağlı iddiaya dair iş üzrə C.Hüseynovun məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi əsaslı olmuşdur. İddia tələbinin əsaslı olub-olmamasına dair qiymətləndirməyə gəlincə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, iş üzrə mübahisə predmeti olan mənzilə dair cavabdeh MMC ilə iddiaçı və üçüncü şəxs arasında ayrı-ayrılıqda bağlanmış xxxx müstəqil müqavilə və mənzilin dəyərinin ödənilməsi ilə bağlı hər iki tərəfə verilmiş xxxx maliyyə arayışı mövcuddur. Hazırki işdə iddiaçı onunla MMC arasında bağlanmış müqaviləyə istinad edərək mübahisəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, habelə mənzilin ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş və gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mənzilin dəyərini tam ödəməklə, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzili almışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə cəmiyyətin qanuni təmsilçisi Elnur Məmmədov tərəfindən imzalanmışdır. Həmçinin, müəyyən edilmişdi ki, Cavabdeh MMC ilə X3 arasında da həmin mənzilə dair müqavilə bağlanmış, lakin müqavilə cəmiyyətin qanuni təmsilçisi Elnur Məmmədov tərəfindən imzalanmamışdır. C.Hüseynov özü də etiraf etmişdir ki, mənzili Fariz adlı şəxsdən almış, müqaviləni həmin şəxslə bağlamış və mənzilin dəyərini tam olaraq ona ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.xxxx-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən ödənildiyindən, lakin sonradan o, mənzil üzərində sahiblikdən qanunsuz məhrum edildiyindən mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin ona təhvil verilməsi ilə bağlı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157-ci maddəsi çıxış edir. Həmin maddənin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.xxxx). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Bundan əlavə Mülki Məcəllənin 14.xxxx.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 75xxxx.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 75xxxx.xxxx-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrin məzmununa müvafiq olaraq podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdu ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, hazırki halda iddiaçının mübahisəli mənzilə dair əşya hüququnun yaranması və MM-nin 157-ci maddəsi ilə tələb etmə hüququnun əsasında Mülki Məcəllənin tələblərinə zidd olmayan müqavilə çıxış etməlidir. İş üzrə iddiaçının tələbinin əsası kimi mübahisəli mənzilə dair cavabdeh MMC ilə bağladığını iddia etdiyi 30.04.xxxx01xxxx-ci il tarixli alqı-satqı müqaviləsi çıxış edir. Müqavilənin məzmunundan və işin hallarından da müəyyən olunur ki, həmin müqavilə bağlanarkən sözügedən mənzilin inşası başa çatmışdır. MMC inşa edilmiş sözügedən mənzili sonuncunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən olunmuşdur ki, iddia olunan mənzillə bağlı 30.04.xxxx01xxxx-ci il tarixli müqavilə ilə yanaşı, həmin mənzilin C.Hüseynova satılması barədə xxxxxxxx oktyabr xxxx009-cu il tarixli müqavilə də mövcuddur. İşin qeyd edilən hallarını nəzərə alan kollegiya ilkin olaraq iddiaçının mübahisəli mənzillə bağlı hüququnun yaranması əsası kimi çıxış edən 30.04.xxxx01xxxx-ci il tarixli alqı-satqı müqaviləsinin tələb hüququnun qanuni əsası kimi qəbul edilib-edilməməsi baxımından dəyərləndirilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Məhkəməyə təqdim edilən ittiham aktından görünur ki, cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə İdarədə Azərbaycan Respublikasının CM-nin 178.3.xxxx, xxxx9, 178.3.xxxx, 308.xxxx, 313, 3xxxx0.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanaraq istintaq olunmuşdur. Qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət əməllərini törətmələri təsdiq olunduğuna görə A.Qədirova və E.Məmmədova Azərbaycan Respublikası CM-nin 178.3.xxxx, xxxx9, 178.3.xxxx, 308.xxxx, 313, 3xxxx0.1-ci maddələri ilə ittiham elan edilmiş və aprel xxxx019-cu il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq olunaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işindən xxxx8.03.xxxx019-cu il tarixdə X8, X4 barələrində, həmçinin digər xüsusatlar və epizodlar üzrə AR CM-nin 178.3.xxxx, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılaraq istintaqı aparılmışdır. A.Qədirov və E.Məmmədov barəsində aparılan cinayət işinin ibtidai istintaqı zamanı X16 xxxxxxxx.1xxxx.xxxx017-ci il tarixdə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, "Xxxxx6” MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə şirkətin möhürü ona təhvil verilməmiş, direktor kimi şirkətin təsisçilərinin göstərişlərini yerinə yetirmişdir. Təsisçilər arasındakı narazılığa görə şirkətin bütün sənədləri, o cümlədən möhürü təsisçi X11 verilmiş, digər təsisçi X18 isə özü üçün, ikinci - saxta möhür düzəltdirmişdir. Təsisçilər Xxxxx0 Nuriyev şirkət tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan binalarda mənzilləri satıb, müqavilələri ona imzalatmış və ya özləri onun əvəzindən imzalamış, yaxud da, başqasına imzalatmış, bəzən eyni mənzili bir neçə nəfərə qanunsuz satmışlar. O, mənzil alan şəxsləri görməmiş, onlarla birbaşa ünsiyyətdə olmamış, mənzil satıldığını sonradan bilmişdir. X16 01.03.xxxx019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı adına mənzil rəsmiləşdirilməsi barədə 30.04.xxxx01xxxx-ci il tarixli müqavilədəki imzanı X1xxxx tapşırığı ilə icra etmişdir. "Cavabdeh" MМC-nin direktoru olduğu dövrdə MMC-nin əvvəlcə cəmi bir ədəd möhürü olmuş, sonradan şirkətin təsisçisi Fariz Nuriyev digər təsisçi Aqil Qədirova möhürü vermədiyinə görə sonuncu haradasa əlavə möhür düzəltdirmişdir. İlkin möhürdə şirkətin adı bütünlüklə böyük hərflərlə yazılmış, Aqil Qədirovun sonradan düzəltdirdiyi möhürdə isə şirkətin adındakı sözlərin baş hərfləri böyük, digər hərfləri kiçik yazılmışdır. Şirkətin möhürü ona təhvil verilməmiş və heç vaxt da onda olmamışdır. Həmin cinayət işi üzrə istintaq dövründə mübahisəli mənzillə bağlı İddiaçı adına verilmiş 30.04.xxxx01xxxx-ci il tarixli müqavilə və 11.11.xxxx014-cü il tarixli maliyyə arayışı təqdim olunmaqla iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları təyin edilmişdir. İstintaq zamanı əldə edilmiş 15.03.xxxx019-cu il tarixli 6434 saylı rəylə müəyyən olunmuşdu ki, İddiaçı adına mənzil rəsmiləşdirilməsi barədə tərtib olunmuş 30.04.xxxx01xxxx-ci il tarixli müqavilədə “Satıcı” qrafasından aşağı hissədə yerləşən “Direktor” qrafasındakı imza - X16 tərəfindən icra olunmuşdur. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.03.xxxx019-cu il tarixli 6435 saylı rəy ilə müəyyən edilmişdir ki, İddiaçı adına verilmiş 11.11.xxxx014-cü il tarixli maliyyə arayışında olan möhür əksi ekspertizaya təqdim edilmiş və “xxxx” rəqəmi ilə işarə edilmiş möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil edir. İddiaçının adına mənzil rəsmiləşdirilməsi barədə 30.04.xxxx01xxxx-ci il tarixli müqavilədə olan möhür əksi ekspertizaya təqdim edilmiş "İ'", "xxxx" rəqəmi ilə işarə edilmiş möhürün eksperimental əks nümunələri və MMC-nin nizamnaməsindəki möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə İddiaçı adına verilmiş 30.04.xxxx01xxxxci il tarixli müqavilədə və 11.11.xxxx014-cü il tarixli maliyyə arayışında, habelə üçüncü şəxs C.Hüseynovun adına verilmiş xxxxxxxx.10.xxxx009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhürün əkslərinin MMC-yə həmin ərəfədə məxsus möhür ilə eynilik təşkil edib-etməməsinin, habelə qeyd edilən sənədlərdə əks olunmuş imzaların MMC-nin qanuni təmsilçisi olan E.Məmmədovun imzası ilə eynilik təşkil edib-etməməsinin araşdırılmasının tərəflər arasındakı mübahisənin həlli üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, xxxx3.07.xxxx019-cu il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası və məhkəmə-xəttşünaslıq ekspertizasını təyin etmişdir. Buna müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzindən iş üzrə xxxx9.1xxxx.xxxx019-cu il tarixli 31xxxx15 saylı, habelə xxxx9.03.xxxx0xxxx0-ci il tarixli 4/31 saylı rəylər alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xxxx9.03.xxxx0xxxx0-ci il tarixli 4/31 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 30.04.xxxx01xxxx-ci il tarixli müqavilənin kserosurətində “Direktor: Məmmədov E.A.” sözlərinin qarşısındakı imza - X16 tərəfindən icra olunmuşdur. Həmçinin ekspertizaya təqdim olunmuş İddiaçı adına olan 11.11.xxxx014-cü il tarixli maliyyə arayışının kserosurətində “xxxx” sözlərinin önündəki imza; MMC ilə X3 arasında bağlanmış xxxxxxxx.10.xxxx009-cu il tarixli 47 nömrəli müqavilədə “Direktor: E.Məmmədov” sözlərinin qarşısındakı imza; X1 adına olan xxxxxxxx.10.xxxx009-cu il tarixli maliyyə arayışında “E.Məmmədov” sözlərinin önündəki imza; X1 adına 01.0xxxx.xxxx017-ci il tarixli 01/17 saylı arayışın kserosurətində “E.Məmmədov” sözlərinin önündəki imza – X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xxxx9.1xxxx.xxxx019-cu il tarixli 31xxxx15 saylı rəyə görə tədqiqata təqdim edilmiş 11.11.xxxx014-cü il tarixli maliyyə arayışındakı və 30.04.xxxx01xxxx-ci il tarixli müqavilədəki möhür əksi kserosurət olub, surətçıxaran aparat vasitəsilə çıxarılmışdır. Tədqiqata təqdim edilmiş xxxxxxxx.10.xxxx009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında, 07.03.xxxx019-cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xxxx9.04.xxxx019-cü il tarixli apellyasiya şikayətində və 13.07.xxxx018-ci il tarixli protokolda olan möhür əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Həmçinin xxxxxxxx.10.xxxx009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksi öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 07.03.xxxx019-cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xxxx9.04.xxxx019-cu il tarixli apellyasiya şikayətində və 13.07.xxxx018-ci il tarixli protokolda olan möhür əksi öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş xxxxxxxx.10.xxxx009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksi təqdim edilmiş 07.03.xxxx019-cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xxxx9.04.xxxx019-cu il tarixli apellyasiya şikayətində və 13.07.xxxx018-ci il tarixli protokolda olan möhür əksi aralarında eynilik təşkil etmir. Beləliklə, göstərilənləri nəzərə alaraq Kollegiya mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.3.). Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (maddə 406). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (maddə 407.xxxx). Apelyasiya baxışı zamanı AR VN Yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən alınmış 19.07.xxxx019-cu il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, idarədə olan reyestrə əsasən “Xxxxx6” MMC-nin (VÖEN **********) qanuni təmsilçilik funksiyasına malik direktoru xxxx3.10.xxxx007-ci il tarixdən hal-hazıradək X13r. Hazırki məhkəmə baxışı zamanı keçirilmiş ekspertizalar nəticəsində müəyyən edilmişdi ki, iddiaçının təqdim etdiyi 30.04.xxxx01xxxx-ci il tarixli müqavilə MMC-nin adından X16 tərəfindən imzalansa da, 11.11.xxxx014-cü il tarixli maliyyə arayışındakı imza X16 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda həm müqavilə, həm də maliyyə arayışındakı möhür əksləri kserosurət olub, surətçıxaran aparat vasitəsilə çıxarılmışdır. Beləliklə, mübahisəli mənzilə dair iddiaçı ilə bağlanması iddia edilən müqavilə MMCnin həmin vaxt direktoru olan E.Məmmədov tərəfindən imzalansa da, müqavilə MMC-nin nizamnamədəki həqiqi möhürü ilə təsdiqlənməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, sözügedən müqavilənin yalnız müəssisənin direktoru tərəfindən imzalanması onun mötəbər sənəd kimi qəbul edilməsi üçün kifayət etmir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınan möhürü ilə təsdiqlənməyən sözügedən müqavilə MMC-nin öz iradəsini ifadə edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Müqavilə tərəflərindən birinin iradə ifadəsinin mövcud olmaması halı isə həmin əqdin etibarlılıq şərtinə cavab vermədiyinin göstəricisidir. Eyni zamanda mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənəd kimi İddiaçı təqdim etdiyi 11.11.xxxx014-cü il tarixli maliyyə arayışı da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, maliyyə arayışında imza yerində MMC-nin direktoru E.Məmmədovun adı qeyd olunsa da, arayış onun tərəfindən imzalanmamış, habelə arayışdakı möhür əksinin mötəbərliyi öz təsdiqini tapmamışdır. Beləliklə, mübahisəli mənzilin təqdim edilməsi ilə bağlı MMC-nin İddiaçı qarşısında icra edilməli olan müqavilə öhdəliyi yoxdur. İddiaçı mübahisəli mənzilə münasibətdə əmlak hüquqları, o cümlədən sahiblik və istifadə hüququ əldə etməmiş, bununla da iddia tələbi üzrə Mülki Məcəllənin 157.xxxx-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Qeyd olunmalıdır ki, tərəflər arasında mövcüd mübahisənin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xxxx5.10.xxxx010-cu il tarixli qərarında göstərilmişdi ki, Mülki Məcəllənin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.xxxx-ci, 178.1-ci və 178.xxxx-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Hazırki işdə isə iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin (pay haqqının) ödənilməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. MPM-nin 77.1 və 14.xxxx-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı iddia tələbinin əsasını sübut etmək vəzifəsi üzərinə düşən İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də İddiaçı cavabdeh MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, habelə mənzilin təhvil verilməsi tələbi barədə” iddiası əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı mübahisəli mənzilə dair məhkəməyə təqdim edilmiş üçüncü şəxs C.Hüseynovun adına verilmiş xxxxxxxx.10.xxxx009-cu il tarixli müqavilə və maliyyə arayışı da iddiaçının adına tərtib edilmiş sənədlərlə birlikdə ekspertiza tədqiqatına təqdim edilmişdir. İş üzrə verilmiş ekspert rəyləri ilə MMC ilə üçüncü şəxs C.Hüseynov arasında bağlanmış xxxxxxxx.10.xxxx009-cu il tarixli 47 nömrəli müqavilə, üçüncü şəxs C.Hüseynovun adına verilmiş xxxxxxxx.10.xxxx009-cu il tarixli maliyyə arayışı və 01.0xxxx.xxxx017-ci il tarixli 01/17 saylı arayışdakı imzaların X16 tərəfindən icra olunmadığı, xxxxxxxx.10.xxxx009-cu il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksinin relyef klişedən sənəd üzərinə birbaşa vurulduğu, hər iki sənəddəki möhür əkslərinin öz aralarında eynilik təşkil etdiyi, lakin tədqiqata təqdim edilmiş 07.03.xxxx019cu il tarixli ərizədə və eyni tarixli etibarnamədə, xxxx9.04.xxxx019-cu il tarixli apellyasiya şikayətində və 13.07.xxxx018-ci il tarixli protokolda olan möhür əksi aralarında eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, mübahisəli mənzilə dair üçüncü şəxs C.Hüseynovun adına rəsmilləşdirilmiş sənədlərin etibarlılığı mübahisə doğursa da, bununla bağlı C.Hüseynova qarşı hazırki işdə hər hansı tələb irəli sürülmədiyindən, eləcə də sonuncu hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmədiyindən məhkəmə kollegiyası bu məsələyə hüquqi qiymət verə bilmir. Belə ki, MPM-nin xxxx18.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki işdə isə qeyd olunan müstəsna halın mövcudluğu müəyyən olunmur. Hazırki işdə mübahisələndirilən mənzilin ayrı-ayrı müqavilə ilə iki şəxsə satılması, cavabdeh MMC-nin təsisçiləri arasında daim narazılıqların mövcudluğu səbəbindən müəssisənin direktoru Elnur Məmmədovun adından bağlanmış, lakin onun tərəfindən imzalanmamış müqavilələrin olması, cavabdeh MMC tərəfindən bir mənzilin bir neçə şəxsə satılması halı ilə bağlı çoxsaylı məhkəmə mübahisələrinin olması, müəssisənin iki möhürünün olması, bu faktın ekspert rəyləri ilə təsdiqini tapdığı, hazırki işdə cavabdeh MMC-nin apellyasiya şikayətində iddiaçı tərəfindən ona təhvil verilməsi tələb olunan mübahisəli mənzilin 3-cü şəxs C.Hüseynova satılmış mənzil olmaması ilə bağlı dəlilləri, sonradan MMC tərəfindən apellyasiya şikayətindən imtina olunması və iddiaçının tələb etdiyi mənzilin məhz 3-cü şəxs C.Hüseynova satılmış mənzil olmasının mübahisələndirilməməsi onu deməyə əsas verir ki, cavabdeh MMC iddiaçı və 3-cü şəxs C.Hüseynovla məhkəməyəqədər münasibətlərində qeyri-səmimilik göstərməklə yanaşı həmin münasibəti məhkəmə proseslərində də sərgiləmiş, hər iki tərəfə qarşı sənədlərin rəsmiləşdirilməsində yol verdiyi nöqsanlarla bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində hər hansı addımı atmaq iqtidarında olmadığını bir daha təsdiqləmiş, buna görə də şikayətində irəli sürdüyü dəlillərə şübhə ilə yanaşmaq üçün kifayət qədər əsas vardır. Beləliklə, məhkəmə araşdırmalarının nəticələri bu qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki və hüquqi hallarına uyğun deyil, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xxxx(004)-5319/xxxx018 saylı 14 sentyabr xxxx018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qətnamə qəbul edilməli, ekspertiza xərcləri olaraq 180,65 manat İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 39xxxx, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xxxx(004)-5319/xxxx018 saylı 14 sentyabr xxxx018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı tutularaq üçüncü şəxs Xxxxx verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 180,65 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədiiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE ********************, VÖEN **********, X5, KOD xxxx10005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CREAZxxxxxxxx) keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, xxxx ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-300/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-300/2020
17.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver