Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3062/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5395/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bank "BTB” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "BTB” ASC-nin "Promo” filialı ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli XDEN- 00050-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 02.06.2021-ci il tarixinə olan 36900 manat əsas borc, 10629,63 manat faiz borcu, 9098,01 manat dəbbə borcu, ümumilikdə 56627,64 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanmış 19.12.2019-cu il tarixli XDENG-00050-1-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34, mənzil 161 saylı yeni qaydalarla AZ 1129, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 12, M 4, m 4 mənzilə, Cavabdeh ilə bağlanan 19.12.2019-cu il tarixli, XDENG-00050-2-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34, mənzil 162 saylı yeni qaydalarla AZ 1129, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 12, M 4, m 5 mənzilə tutmanın yönəldilməsi, mənzillərin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh arasında XDEN-00050-05/19A saylı 19.12.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 23% faiz hesablanmaqla 40000 manat məbləğində kredit verilmişdir.Borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan Bank "xxxx" ASC-nin “Promo” filialı ilə ipoteka qoyan Cavabdeh arasında 19.12.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34, mənzil 162 (Yeni qaydalarla: AZ1129, ünvan 1 fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan Bank "xxxx" ASC-nin “Promo” filialı ilə ipoteka qoyan Cavabdeh arasında 19.12.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34, mənzil 161 (Yeni qaydalarla: AZ1129, ünvan 1 fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır (səh.10-15); Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34, mənzil 162 (Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 12, M4, m5) saylı fərdi yaşayış mənzili Bank "xxxx" ASC-nin “Promo” filialının xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir(səh.17-20); İpoteka predmetinə yönəldilməsinə dair bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır(səh.21-22); 03.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.06.2021-ci il tarixinə 36900 manat məbləğində əsas, 10629,63 manat məbləğində faiz, 9098,01 manat dəbbə borcu, cəmi 56627,64 manat borcu vardır(səh.7); Bank "xxxx" ASC tərəfindən 05.04.2021-ci il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, o borcun ödənilməsi barədə xəbərdar edilmişdir(səh.47-48); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli 9/6354 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Bank "xxxx" ASC-nə 02.06.2021-ci il tarixinə 36900 manat məbləğində əsas və 10629,73 manat məbləğində faiz borcu vardır(səh.94- 97); "AB Consulting” MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34 (Yeni qaydalarla: AZ1129, ünvan 1 ünvanında 16 mərtəbəli binanın 3cü mərtəbəsində yerləşən 161-162 nömrəli mənzillərin likvid dəyərinin müəyyənləşdirilməsi üzrə 346/BTB/21 saylı, 05.10.2021-ci il tarixli hesabatla qeyd edilən mənzillərin likvid dəyərinin 225000 manat olması müəyyən olunmuşdur (səh.80-93). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5395/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Bank "BTB” ASC-nin "Promo” filialı ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli XDEN-00050-05/19A saylı kredit müqaviləsi ləğv edilmiş,36900 manat məbləğində əsas borc, 10629,63 manat məbləğində faiz borcu, 900 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 48429,63 manat məbləğində kredit borcu, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı Cavabdeh alınaraq Bank "BTB” ASC-nə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34 (Yeni qaydalarla: AZ1129, ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli 3-cü mərtəbəsində yerləşən 161-162 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34 (Yeni qaydalarla: AZ1129, ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli 3-cü mərtəbəsində yerləşən 161-162 nömrəli mənzilin likvid qiyməti 225000 manat məbləğində olmaqla, mənzillərin açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 48429,63 manat məbləğində kredit borcu, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi Bank "BTB” ASC-yə ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin Cavabdeh qaytarılması, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A,34 (Yeni qaydalarla: AZ1129, ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli 3-cü mərtəbəsində yerləşən 161-162 nömrəli mənzillərə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzil boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi, 150 manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, 500 manat məbləğində qiymətləndirmənin aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq "AB Consulting” MMC-nə ödənilməsi qət edilmişdir. Qətnamədə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3, 59.4; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 421.1, 421.2, 442, 443.1, 462.1, 467, 739.1, 739.2 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 9098,01 manat məbləğində dəbbə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir; Məhkəmə həmçinin iddianın 30 manat iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün dövlət rüsumu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir; Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir; İpoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, 34 (Yeni qaydalarla: AZ1129, ünvan 2 ünvanında 16 mərtəbəli 3-cü mərtəbəsində yerləşən 161-162 nömrəli mənzillərin (mənzillər birləşdirilmişdir) likvid qiyməti 225000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir; Məhkəmə iddianın "ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir; Məhkəmə eyni zamanda, iddia tələbinin "ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir; Məhkəmə eyni zamanda iddia tələbinin Bank "BTB” ASC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli XDEN-00050-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən və götürdüyü borcu qaytarmadığından, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir; İddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərcinə daxil olan 150 manat cavabdehdən alınaraq dövlət büdcəsinə, mənzilin qiymətləndirilməsi xərclərinin dəyəri olan 500 manat pul vəsaiti isə cavabdehdən alınaraq "AB Consulting” MMC-nə ödənilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə tam ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445, 448.2, 449.4; Mülki Prosessual Məcəlləsinin 88, 101.3-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Mərkəzi X6 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVİD-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”-na istinadən qeyd edilmişdir ki, iş üzrə ekspertiza keçirilməsinə baxmayaraq həddən artıq faizlər hesblanmış, əmlakın likvid qiyməti əsas göürülməklə hazırkı bazar qiyməti müəyyən edilməmiş, mülkiyyətçinin mülkiyyət hüququnun pozuması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Bundan başqa Mərkəzi Bank tərəfindən koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər barədə qərarlar qəbul etmişdir. Faizlər hesablanarkən bu qaydalar da hazırkı tətbiq edilməmiş, nəticə etibarı ilə yüksək dərəcədə fazilərin hesablanaması ilə nəticəlnən qətnamə qəbul edilmişdir. Azərbaycan Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Mərkəzi X6 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVİD-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur. Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarım tövsiyələri nəzərə alımaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir. İqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Azərbaycan Respublikası Mərkəzi X6 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektainin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda, kredit və sığorta təşkilatlarım kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaiferinm kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılmışdır. Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyasət qərarları qəbul edir. İqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması lonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Azərbaycan Respublikası Mərkəzi X6 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə laizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına venlmiş tövsiyələrin müddəti 01 oktyabr 2021-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılmışdır. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Qətnamə məhkəməyə müraciətdən sonra əldə edilmişdir. Faizllər və dəbbə pulu məbləği əsas borca münasibətdə düzgün hesablanmamışdır. Məhkəmə tərəfindən hesablanmış fazilərə 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın müvafiq şərtlərinin tətbiq edilməklə hesablanmalı olması nəzərə alınmamışdır. Halbuki qeyd edilən Qərar və Həmin Qərar əsasında qəbul edilmiş Azərbaycan Respublikası Mərkəzi X6 30 iyun 2021-ci il tarixli 19 nömrəli Qərarı nəzərə alınmış olsa idi yüksək məbləğdə faiz hesablanmamalı idi. Borca görə hesablanmış faiz məbləği ekspertin verdiyi rəyə əsasən hesablanmışdır. Lakin qeyd edilən faiz məbləği hesablanarkən Azərbaycan Respublikası Mərkəzi X6 30 iyun 2021-ci il tarixli 19 nömrəli Qərarnəzərə alınmadığından bu hissədə ekspet rəyi sübut kimi qəbul edilməməlidir. İştirakı olmadan işə baxılması barədə ərizə təqdim edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İddiaçı müraciətində şikayətin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Babayeva Ruhəngiz Əbülfət qızının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən mübahisənin olmadığı və hər hansı ödənişlərin edilməsinə dair sübutlar təqdim edilməmişdir.Şikayətdə normativ (xarakterli) aktlara istinad edilsədə onun (aidiyyəti üzrə) faiz borcun azaldılmasına dair tətbiqini istisna edən əsaslar, habelə ekspert rəyllərinin mötəbər sübut kimi təkzib edən sübutlar və yadigər hallar müəyyən edilməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5395/2021 saylı işi üzrə, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3062/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3062/2022
18.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver