Məhkəmə qərarları › İş №2(103)-3203/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3203/2021

22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3203/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı notariat kontoruna və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 360, 363-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin yuxarıda adı çəkilən qətnaməsinin surəti iddiaçının ünvanına poçt vasitəsilə göndərilmiş və qətnamə xx.xx.2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı verdiyi apellyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti 1 ay 15 gün ötürmüşdür. Eyni zamanda iddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də verilməmişdir. İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə qərardada baxılmasını Bakı apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 267, 268, 269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə ona təqdim edildikdən sonra prosessual müddət (bi ay) ərzində tərəfindən apellyasiya şikayəti verilmişdir. Qərardadda qeyd edilən məhkəmə qətnaməsinin rəsmi olaraq poçt göndərişinin verilməsi xəbərnaməyə imza edilməklə iddiaçı tərəfindən qəbul edilməsi qeyd edilsə də o, heç bir xəbərnaməyə imza etməmiş və prosessual müddəti də buraxmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, MPM-nin 128, 130.3, 135, 363.1.3, 385.2, 387.2.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüşdür. Diqqətə çatdırılmalıdır ki, müddətin bərpasına dair vəsatətin olmaması müddətin ötürülməsinin üzrlülük səciyyələrinin müzakirəsi imkanlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1350/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar