Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3205/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müsətqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu) qarşı “tikilinin sökülməsi və bağ sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ona məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən, sənəd üzrə 0,12 ha torpaq sahəsi olan, faktiki isə 0,10 ha təşkil edən 38/3781 saylı bağ sahəsinin zəbt edilmiş 0,04 ha hissəsində, yəni 400 kv.m. hissəsində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin sökülməsi, cavabdehin həmin bağ sahəsinin qanunsuz zəbt etdiyi 0,04 ha hissəsinə, yəni 400 kv.m. hissəsinə daxil olmasının qadağan edilməsi, həmin hissə üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdeh tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayət verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Cavabdeh Cavabdeh apelyasiya şikayəti isə nə özü, nə də səlahiyyətli nümayəndəsi tərəfindən ümumiyyətlə imzalanmamışdır. Ona görə də, həmin apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(003)- 221/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3205/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3205/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver