Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3249/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4321/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4321/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətini tərəflərə xx.xx.2020-ci il tarixində iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş (işə xəbərnamələr əlavə edilməmiş və korrespondensiyanın izlənilməsi həyata keçirilməmişdir), iş icraya yönəlmiş və qətnamədən şikayət məhkəməyə xx.xx.2021-ci il tarixində daxil olmuşdur (səh.49,50, 52, 53). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində forma və məzmuna riayyət edilməyərək cavabdehin ünvanı əks edilməmiş, bununlada çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui-istifadəyə şərait yaradılmışdır. Eyni zamanı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində iştirak edən X2 tərəfindən apellyasiya şikayəti imzalanmış, lakin sonuncunun məhkəmə aktlarından şikayət vermək səlahiyyətini nəzərdə tutan etibarnaməni imzalayan (əslini təsdiq edən) şəxsin müvafiq səlahiyyətə malik olmasına dair heç bir sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir (iş səh. 56). Şərh olunanlara və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73-74, 357,361-366,372,402-406-0cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4321/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3249/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3249/2021
05.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver