Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3252/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyə Tofiq qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(008)-2619/20 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Valeryevna, X3 və X2 qarşı qəzalı vəziyyətdə olan binanın sakininin kompensasiya verilməklə köçürülməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi 26 Bakı Komissarı küçəsi 18 saylı binanın 36 saylı mənzilinin sakini Cavabdeh1 və X1 verilməklə ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Valeryevna, X3 ilə birlikdə yaşadığı mənzildən köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 Valeryevna İddiaçınə qarşı « dəymiş zərərin və kompensasiyanın lazımınca ödənilməsi» qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən binanın yaşayış evinin hissəsinin qanunsuz söküntüsünə görə 250.000 manat və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edəlməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(008)-2619/20 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmişdir.Həmçinin, həmin tarixli, həmin saylı qərardadla qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(008)-2619/20 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(008)-2619/20 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Valeryevna, X3 və X2 qarşı, Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Bakı şəhəri MKT 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsəsrrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmaqla qəzalı vəziyyətdə olan binanın sakininin kompensasiya verilməklə köçürülməsi tələbinə dair ilk iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli 2(008)-2619/20 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3252/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3252/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver