Məhkəmə qərarları › İş №2(103)-3282/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3282/2021

19.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3282/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, hazırkı işdə cavabdehlərdən biri Şərur rayonunda, digəri isə Binəqədi rayonunda qeydiyyatdadır. Mülki-Prosessual Məcəllənin 35.1 və 36.2-ci maddələrinə görə cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə baxıla bilər. Ona görə də iddiaçı iddia ərizəsini Şərur Rayon Məhkəməsinə və ya Binəqədi Rayon Məhkəməsinə verə bilərdi, lakin iddiaçı iddia ərizəsini daşınmaz əşyanın olduğu yer üzrə Sabunçu Rayon Məhkəməsinə vermişdir. İddia ərizəsində daşınmaz əşyaya dair müqavilənin etibarsız hesab edilməsi tələb olunsa da bu iddiaya daşınmaz əşyanın olduğu yer üzrə baxıla bilməz, çünki iddia MPM-in “müstəsna aidiyyət” adlı 39-cu maddəsində müəyyən edilmiş iddia növlərinin heç birinə aid deyil. Sabunçu Rayon Məhkəməsi işi aidiyyət qaydaları pozmaqla icraata qəbul etmişdir. MPM-in 44.2.2-cü maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Ona görə də Sabunçu Rayon Məhkəməsi düzgün olaraq işin aid olduğu məhkəmələrdən birinə - Binəqədi Rayon Məhkəməsinə göndərilməsini qərara alıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar