Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3341/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Orucov Rasim Ömər oğlunun iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “qəzalı vəziyyətdə olan binanın sakininin köçürülməsi” barədə ilkin, Cavabdeh1 Sabunçu rayon İcra Hakimiyətinə qarşı “yeni mənzillə təmin edilmək ilə mənzilin sökülməsi” barədə qarşılıqlı iddia tələblərinə dair (X1, Orucova Zəminə Ömər qızı, Orucov Rasim Ömər oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Orucov Rasim Ömər oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı qəzalı vəziyyətdə olan binanın sakininin köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 27 saylı binanın sakini Cavabdeh1 yeni mənzil verilməklə, ailə üzvləri X1, Orucova Zəminə Ömər qızı və Orucov Rasim Ömər oğlu ilə birlikdə yaşadığı mənzildən köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1198/2020 saylı xx xxxxxx 2020-ci il qərardadından şikayətin təmin edilməsi qərara alınmış, iddia təmin tədbiri barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-1198/2020 saylı qərardadı ləğv edilmşdir. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Orucov Rasim Ömər oğlu şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1198/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, həmçinin onun müstıqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Orucov Rasim Ömər oğlunun verdiyi şikayət Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunsa da, o mübahisəli mənzildə qeydiyyatdadır və onun həmin mənzil üzrə tələbləri vardır. Həmçinin onun tələbi qarşılıqlı iddia tələbinə uyğundur. Buna görə də o müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rasim Orucov izahatında bildirmişdir ki, o, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini istəmir, bununla belə işə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş edir. Buna görə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və o, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş müəyyən edilmiş hallarına əsasən, iş üzrə Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 Veyis qızı, Orucova Zəminə Ömər qızı və Orucov Rasim Ömər oğlunun iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmasını xahiş etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli protokolu ilə X1, Orucova Zəminə Ömər qızı və Orucov Rasim Ömər oğlu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmışlar. X4 Ömər oğlu hazırki şikayətində özünü iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində göstərərək, 2(008)-1198/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Göstərilən müddəanın mənasına görə, iş üzrə məhkəmə tərəfindən qətnamə qaəbul edildikdən sonra tərəflərə qarşı müstəqil tələb irəli sürülə bilməz. İş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilmiş, qətnamə ilə ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsi 27 saylı binanın sakini Cavabdeh1 hər kv.m üçün 1000 AZN olmaqla 143.0 kv.m mənzil üçün 143.000 AZN kompensasiya ödənilməklə, ailə üzvləri – X2, Orucova Zəminə Ömər qızı və Orucov Rasim Ömər oğlu ilə birlikdə yaşadığı mənzildən köçürülmələri qət edilmişdir. Kollegiya iş üzrə qətnamə qəbul edildiyini nəzərə alaraq hesab edir ki, Orucov Rasim Ömər oğlunun müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəməyə müraciət etməsi üçün hazırki iş üzrə heç bir hüquqi əsas mövcud olmadığından hazırki qərardaddan verdiyi şikayət üzrə də apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bununla belə kollegiya Rasim Orucova izah edir ki, onun müvafiq tələblə ayrıca iddia tələbi tələbi irəli sürməklə məhkəməyə müracəit etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏ RARA ALDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan Orucov Rasim Ömər oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3341/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3341/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver