Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3429/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-148/2022 saylı, 15 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi, mənzilin girovdan azad edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin Y-705 nömrəli, 10.12.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun Protokolun və hərracın nəticələrinin ləğv edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış 20.05.2014-cü il tarixli ipoteka müqaviləsinə 31.03.2020-ci il tarixdən xitam verilmiş hesab edilməsi və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi, İddiaçı tərəfindən qətnamə çıxdıqdan sonra 12.10.2018ci il tarixdən başlayaraq 31.03.2020-ci il tarixədək artıq ödənilmiş 5.520 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh2 ASC-dən alınaraq İddiaçı ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh2 ASC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi (Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru) Tural Piriyev məhkəməyə ərizə göndərərək şikayətdən imtina etdiklərini bildirib apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi ərizəni müdafiə edərək, şikayətdən imtina etdiklərini bildirib apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3429/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3429/2022
27.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver