Məhkəmə qərarları › İş №2(103)-396/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-396/2021

17.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-396/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx”KB ASC-yə qarşı “bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-1607/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraatın təzələnməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası X1rşı «bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10856nkADJ/14 saylı kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1607/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4914/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatın iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddiası üzrə işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Sonradan məlum olmuşdur ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddiası üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)/3068/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmiş, həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin verdiyi apellyasiya şikayəti əsasında mülki iş Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə baxılmağa verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığı üçün işin icraatı təzələnməlidir. Məhkəmə kollegiyası qeyd oluanlara əsasən hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan hazırki mülki iş üzrə icraat təzələnməli və birləşdirilmiş mülki işlərə bir icraatda baxılması təyin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir (maddə 257). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 257, 263-26 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx”KB ASC-yə qarşı “bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-1607/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılan mülki işin icraatı təzələnsin. 2(103)-396/2021 və 2(103)-2160/2021 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən X.A.Cəmilova Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən X.A.Cəmilova Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Abiddin Hüseynov İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar