Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3985/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Əziz Şahtaxtinskinin, Cavabdeh, üçüncü şəxslər Minarə Tağıyeva, Təbriz Eyyubov, Qiymət Eyyubova və Sevinc Qurbanovanın iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası DNŞ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarılması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, Bibiheybət-Yasamal Dş- 300 mm-lik magistral heft kəmərinin 0,3 km-də kəmərdən 30 metr aralı məsafədə mühafizə zonasında cavabdeh tərəfindən aparılmış tikili cavabdehin hesabına sökülsün və cavabdeh həmin tikildən çıxarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Minarə Tağıyeva, Təbriz Eyyubov, Qiymət Eyyubova və Sevinc Qurbanova apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Əziz Şahtaxtinski isə apellyasiya şikayətinin əsassız olduğunu bildrdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Neft kəməri iddiaçının balansındadır, hal-hazırda istismar olunur, cavabdehə aid olan tikili (fərdi yaşayış evi) neft kəmərinin mühafizə zonasında yerləşir. Belə ki, mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrdir, ev isə boru kəmərindən 30 metr məsafədə yerləşir. Bu fakt iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə müəyyən olunub. Ev özbaşına tikinti obyektidir, müvafiq icazə alınmadan inşa olunub, evə və evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına hüquqmüəyyənedici sənəd yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin 18.12.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın və Mülki Məcəllənin 180.4-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. Lakin qətnamə ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, həmin evdə cavabdehlə yanaşı onun ailə üzvləri – arvadı Minarə Tağıyeva, oğlu Təbriz Eyyubov, qızı Qiymət Eyyubova və gəlini Sevinc Qurbanova yaşayırlar. Lakin birinci instansiya məhkəməsi həmin şəxsləri işə cəlb etmədən onların yaşadığı evin sökülməsini qət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin 0,3 km-də kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikili boşaldılsın və Cavabdeh hesabına sökülərək neft kəmərinin mühafizə zonasından çıxarılsın. Ekspertiza xərci kimi 100 manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3985/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3985/2021
04.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver