Məhkəmə qərarları › İş №2(103)-4516/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4516/2023

10.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4516/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: aidiyyat qaydalarına riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X20 (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü ildən başlayaraq 99 illiyə 695 nömrəli icarə müqaviləsinin və həmin müqavilənin qeydiyyat tarixi 13 fevral 2014cü il qeydiyyata alınmış icarə müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, Cavabdeh hüquqi ünvanı “Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7” ünvanındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunması, işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 nömrəli iş üzrə qəbul etdiyi 08 may 2023-cü il tarixli qərardadı ilə şikayətin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır.

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə (şikayət ilə birlikdə) məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin vaxtında verildiyini, ancaq texniki səhv olaraq onun formasına əməl edilmədiyini, hazırda bu nöqsanın aradan qaldırıldığını, bu ərəfədə müddətin ötürülməsinin üzrlü olmasını nəzərə almağı, tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, 01 dekabr 1992-ci il tarixdə valideynləri- atası, 1945-ci il təvəllüdlü X2 və anası, 1947-ci il təvəllüdlü X12 ilə birlikdə 7 nəfər bacı qardaşı, o cümləədən X8, X1 X4 Elza Mirbaba qızı, X13, X7 və o X10, 9 nəfərdən ibarət ailə üzvləri Xocavənd rayonu, Tuğ kəndindən qaçqın və məcburi köçkün olaraq Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində cadır quraraq əvvəl heyvanlarına tövlə və 1993-cü ilin yaz aylarında özünə Cavabdeh başçısı olan X18 razılığı ilə balaca bir ev inşa edərək orada yaşayıblar. Daha sonra ehtiyaclarını ödəmək üçün quyu qazmış və bir hektara qədər torpaq sahəsində ehtiyaclarını ödəmək üçün əkinbiçinlə məşğul olublar. Hətta Cavabdeh başçısı Qubad Qubadovun razılığı və onun köməyi ilə onlara elektrik xətti də çəkilib. 2014-cü il 13 fevral tarixində Maraqlı şəxs, hansı ki, Rusiya Federasiyasının Volqoqrad vilayətində yaşayır, Cavabdeh tərəfindən Bakı şəhəri Əzizbəyov rayonu, Donuz kökəltmə sovxozu ərazisində olan Kardon Zavodun arxa hissəsində 160 sot torpaq sahəsi icarəyə verilmişdir. Həmin sərəncam qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, 13 fevral 2014-cü il tarixdə Cavabdeh Bəsti Bağırovaya bu ərazidə torpaq sahəsi ayırmağa heç bir səlahiyyəti yox idi. Çünki Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyini atrırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti, İlham Əliyev cənablarının 13 iyun 2008-ci il tarixli 2866 saylı sərəncamı qüvvəyə minmişdi. Həmin sərəncama əsasən Cavabdeh istifadəsində olan 25983, 31 hektar torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Həmin torpaq sahəsindən 1376, 35 hektarı, o cümlədən Süleymanovların 1992-ci ildən məskunlaşdığı torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qaytarılmışdır. Ancaq, məhkəmə qeyd etmişdir ki, Cavabdeh hüquqi ünvanı “Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7” ünvanındadır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hazırki mübahisənin predmetini (hüquq haqqında mübahisə olduğunu) nəzərə alaraq məhkəmə hesab edib ki, işə Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Bu əsasla da məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi işə baxarkən bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 aprel 2023-cü il tarixli qərardadındən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddət ona münasibətdə bərpa edilməsi və şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

12. Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

13. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

14. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. (Maddə 152.2) İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (Maddə 152.4.)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia tələbi Cavabdehnə qarşı yönəlmişdir.

17. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən ona istinad etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia hüquqi şəxsin hüquqi ünvanın olduğu yerin məhkəməsinə verilir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh hüquqi ünvanı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7-dir.

19. İddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, daşınmaz əmlakın mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

20. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırkı iddiasında mübahisəli torpaq sahəsinə dair hüququnun tanınmasına dair iddia tələbi ilə bağlı deyil, mübahisəli torpaq sahəsinə dair olan icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, “...Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir....”

22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2090/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver