Məhkəmə qərarları › İş №2(103)-4606/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4606/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4606/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Şıxıyeva Aynur Vaqif qızının, cavabdeh Bağırova Kamilla Vostok qızının nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının, cavabdeh Kərimov Namiq Ədalət oğlunun vəkili Cavadov İlqar Cəbir oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı “kredit borcu və sair tələbi” barədə iddiasına dair ilk, iddiaçı Səmədova Zəkiyə İsrafilovnanın cavabdehlər notarius Məmmədov İlham Abuzər oğluna və “xxxx” ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 26 fevral 2021-ci il tarixli qərardadından cavabdeh Kərimov Namiq Ədalət oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı kredit borcu və sair tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, iddiaçı Səmədova Zəkiyə İsrafilovnanın cavabdehlər notarius Məmmədov İlham Abuzər oğluna və “xxxx” ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi” barədə qarşılıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli, 2(004)-281/2015 saylı icra sənədinə izah verilməsi barədə Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bayramov Bəhruz Əli oğlunun ərizəsi təmin olunmuşdur Həmin qərardaddan cavabdeh Kərimov Namiq Ədalət oğlunun verdiyi şikayət birinci instansiya məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilmiş və iş üzrə məhkəmə iclasları keçirilmişdir. Məhkəmə iclasında iştirak edən edən cavabdeh Namiq Kərimovun vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bağırova Kamilla Vostok qızının nümayəndəsi və vəkili Nigar Mirbabayeva sözügedən qərardaddan şikayət verdiklərini bildirmiş və şikayətə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “xxxx” ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi” tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 26 fevral 2021-ci il tarixli qərardadından cavabdeh Kərimov Namiq Ədalət oğlu tərəfindən verilmiş şikayət üzrə iş apellyasiya baxışından çıxarılmalı və həmin qərardaddan cavabdeh Bağırova Kamilla Vostok qızının verdiyi şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 26 fevral 2021ci il tarixli qərardadından cavabdeh Kərimov Namiq Ədalət oğlu tərəfindən verilmiş şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və hazırki mübahisələndirilən qərardaddan cavabdeh Bağırova Kamilla Vostok qızının verdiyi şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar