Məhkəmə qərarları › İş №2(103)-4686/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4686/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4686/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-401/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-401/2021 saylı qətnaməsi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1543,78 manat əsas borc, 96,93 manat faiz borcu, cəmi 1640,71 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-401/2021 saylı qətnaməsi tərəflərə göndərilmiş və cavabdeh qətnaməni xx xxxxxx 2021-ci il tarixində almışdır. Qətnamənin cavabdeh tərəfindən xx xxxxxx 2021-ci il tarixdə alınması apellyasiya şikayətində də qeyd olunmuşdur. Apellyasiya şikayətinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, dövlət rüsumu xx xxxx 2021-ci il tarixində ödənilmiş, apellyasiya şikayəti xx xxxx 2021-ci il tarixdə poçta verilmiş və xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasını nəzərə almadan apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı idi. Beləliklə, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-401/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar