Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-471/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı «xxxx» BOKT MMC-nin nümayəndələri X1 və Sultanov Röal Ayaz oğlunun Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı «xxxx» BOKT MMC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada «xxxx» BOKT MMCnin xeyrinə 6028.79 ABŞ dolları əsas, 1597 ABŞ dolları hesablanmış faiz, 7290 ABŞ dolları cərimə məbləği, cəmi 14915.79 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada xx.xx.2015-ci il tarixli 08/409 nömrəli kredit müqaviləsi üzrə 6028.79 ABŞ dolları əsas, 1597 ABŞ dolları faiz, 300 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 7925.79 (yeddi min doqquz yüz iyirmi beş ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun «xxxx» BOKT MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti əsasında məhkəmə iclasları keçirilmiş, iş üzrə ekspertiza tədqiqatı aparılmış, bununla belə xx.xx.2021-ci il tarixli məhkəmə prosesində Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, onun apellyasiya şikayətindən imtina etdiyini bildirməklə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 495/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilməli, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tətqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tətqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-471/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-471/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver