Məhkəmə qərarları › İş №2(103)-4748/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4748/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4748/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və həmin fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)-335/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən azyaşlı övladları ilə birlikdə çıxarılaraq mənzilin boşaldılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)- 335/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(103)-4748/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Cavabdeh vəkili X2 vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən apelyasiya şikayəti vermə müddətinin buraxıldığını, müddətin bərpası barədə ərizə verilmədiyi halda, şikayətin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərildiyini bildirmiş və şikayətin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)-335/2021 saylı qətnaməsini 10 mart 2021-ci il tarixdə əldə etmiş, həmin qətnamədən apellyasiya şikayətini isə qanunla nəzərdə tutulmuş müddəti 1 gün ötürməklə 13 aprel 2021-ci il tarixdə vermişdir. Apellyasiya şikayəti vermə müddətinin axımı 11 mart 2021-ci il tarixdən başlanmış (MPM 128.3), 11 aprel 2021-ci il tarixi, yəni müddətin son günü bazar gününə düşdüyündən, 12 aprel 2021-ci il tarixi apelyasiya şikayəti vermək üçün son gün olmuşdur. İddiaçı apelyasiya şikayətini qanunla nəzərdə tutulmuş müddəti ötürməklə verdiyini öz apellyasiya şikayətində də qeyd etmiş, buna baxmayaraq müddətin bərpası barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)-335/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılmalı, mülki iş İddiaçı apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)- 335/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(002)- 335/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar