Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5367/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh X1 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 43 Saylı Dövlət Notariat Kontoruna və X3 qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(006)-836/2021 saylı qətnaməsindən cavabdeh P.İ.Mahmudovun apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər Bakı Şəhəri 43 Saylı Dövlət Notariat Kontoruna və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən verilmiş 8İ-3156 nömrəli, 10 may 2020-ci il tarixli və 8İ-3157 nömrəli, 10 may 2020-ci il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(006)-836/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən verilmiş 8İ-3156 nömrəli, 10 may 2020-ci il tarixli və 8İ- 3157 nömrəli, 10 may 2020-ci il tarixli icra qeydlərinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh P.İ.Mahmudov apelyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh P.İ.Mahmudovun nümayəndəsi-vəkili ərizə təqdim edərək, qarşı tərəflə barışıq sazişi bağladıqlarını və aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmək qərarına gəldiklərini bildirərək, qətnamədən verdikləri apelyasiya şikayətindən imtina etdiklərini bildirib, iş üzrə apelyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh P.İ.Mahmudovun nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və cavabdeh X3 münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh P.İ.Mahmudovun nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilməli və cavabdeh X3 münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(006)-836/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5367/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5367/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver