Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5564/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-653/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – ona məxsus ünvan 1 ünvanında yerləşən 65 saylı mənzildə mülkiyyət və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. 2017-ci ilin may ayından sözügedən mənzili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 icarəyə vermişdir. Həmin taixdən cavabdehlər ona məxsus mənzildə kirayə yaşayır və indiyədək kirayə haqqını qismən ödəmişdirlər. Belə ki, hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayə haqqından 3000 manat iddiaçıya borcları qalmışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilinin boşaldılmasını tələb etsə də, cavadehlər mənzilini boşaltmaqdan imtina edir, onu mülkiyyətində olan mənzilinə buraxmırlar. Bununla yanaşı onu təhdid edərək, onu və həyat yoldaşı barəsində cinayət işi qaldırtdıracağını bildirirlər. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə daxil ola bilmir. Cavabdehlərin mülkiyyətində olan mənzili qanunsuz olaraq istifadə etdiklərindən, mənzil üzərində istifadə hüquqlarına maneələr yaratdıqlarından, bununla da qanunla qorunan mülkiyyət hüquqlarını pozduqlarından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-653/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi (keçmiş Q.Yəhya küçəsi), 15 saylı evin, 65 saylı mənzilinə mülkiyyət və istifadə hüquqları bərpa edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi (keçmiş Q.Yəhya küçəsi), 15 saylı evin, 65 saylı mənzilinin üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və mənzilin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə, yəni Cavabdeh2 aid hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-653/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdehlə onun arasında kirayə müqaviləsini notariat qaydasında təsdiq edilməsinə dəfələrlə xəbərdarlıq etsə də cavabdeh vergidən yayınmaq üçün belə bir müqaviləni bağlamamışdır. Bundan əlavə onun tərəfindən iddiaçıya məxsus mənzilə kifayət qədər pul vəsaiti xərclənmişdir. Kirayə pulları vaxtında ödənilmişdir. Son dəfə onun votsap vasiətilə ilə X1 xx.xx.2018-ci ildə 500 manat, xx.xx.2018-ci il tarixində 500 manat, xx.xx.2018-ci il tarixlərində 500 manat bank vasitəsilə pul göndərmişdir. Onun hazırda 1500 manat ödədiyi borcu və 100 mant əmlak pulu ödəmişdir. 1600 manat hazırda borcu var. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 112243 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Q.Yəhya küçəsi, 15 saylı evin, 65 saylı mənzilinə İddiaçı xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********94 saylı məktubundan və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Q.Yəhya küçəsi, 15 saylı evin, 65 saylı mənzil sonuncu dəfə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Q.Yəhya küçəsi, 15 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh1 mübahisəli mənzildə kirayə qalır, digər Cavabdeh2 isə cavabdehin tanışı kimi qonaq qismində mənzilə gəlsə də, daimi olaraq orada yaşamır. İddiaçı hazırda kirayə verdiyi mənzilin cavabdehlər tərəfindən boşaldılmasını və mənzilin ona təhvil verilməsini xahiş edir. Tələbini isə cavabdehlərin uzun müddət ərzində mənzilində kirayədə yaşamalarına və mənzili boşaltmalarını xahiş etməsinə baxmayaraq, mənzili mülkiyyətçiyə təhvil verməmələri ilə əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi haqlı tələbdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 1557.2-ci maddələrinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbi, yəni cavabdeh tərəfindən mənzilinin boşaldılmaması halı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə və verdiyi izahatlarla təsdiq olunur. Belə ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, o, 2017-ci ildın bu günə qədər, yəni hazırda da iddiaçıya məxsus mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan və mülkiyyətçi hüquqları qanunla toxunulmaz olmaqla qorunduğundan, onun mülkiyyətində olan mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən geri tələb etməsinə dair iddiası əsaslıdır. Lakin, birinci instansiya məhkəməsinin məhkəmə iclasında verilən izahatlarla müəyyən edilmişdir ki, digər Cavabdeh2 mübahisəli mənzildə yaşamır, buna görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 münasibətdə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının cavabdehə borcunun nədən ibarət olması, borcun nə məbləğdə olması barədə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-653/2020 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5564/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5564/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver