Məhkəmə qərarları › İş №2(103)-5672/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5672/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5672/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 18.02.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilərək məhkəmənin 12.04.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verən Cavabdeh apellyasiya şikayətini vermə müddətini ötürmədiyini irəli sürmüş, şikayət məhkəmənin 06.05.2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh “xxxx” MMC-nin 6 saylı Poçt Filialının 05 may 2021-ci il tarixli məktubunun surətini təqdim edərək qətnaməni 13 mart 2021-ci il tarixdə aldığını və müddəti ötürmədiyini, poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığını irəli sürmüş, “xxxx” MMC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş cavabdehin irəli sürdüyü dəlilin araşdırılması və apellyasiya şikayətinin müddətin ötürülməsi əsası ilə geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, qətnamə Cavabdeh 19.02.2021-ci il tarixdə göndərilmiş, işdə olan poçt xəbərnaməsinə görə o, qətnaməni 04 mart 2021-ci il tarixdə almış, onun apellyasiya şikayəti isə məhkəməyə 09.04.2021-ci il tarixdə daxil olmuşdur. Bununla belə, hazırkı şikayətə baxılarkən cavabdehin təqdim etdiyi “xxxx” MMC-nin 6 saylı Poçt Filialının 05 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsindən göndərilən korrespondensiya 04.03.2021-ci il tarixində poçt şöbəsinə daxil olmuş və 13.03.2021-ci il tarixdə Cavabdeh çatdırılmışdır. Kollegiya hesab edir ki, Cavabdeh irəli sürdüyü arqument araşdırılmalı, məhkəmə poçt qurumuna sorğu verərək onun qətnaməni nə vaxt aldığını və poçt xəbərnaməsindəki məlumatla “xxxx” MMC-nin 6 saylı Poçt Filialının 05 may 2021-ci il tarixli məktubunda göstərilən məlumat arasındakı ziddiyyətə aydınlıq gətirməklə şikayət müddətinin ötürülübötürülmədiyinə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1504/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla cavabdehin irəli sürdüyü dəlilin araşdırılması və apellyasiya şikayətinin müddətin ötürülməsi əsası ilə geri qaytarılmalı olub-olmadığı məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar