Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5765/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndə-vəkilləri X1 və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul təbəbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(004)-595/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 2(004)- 595/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul təbəbinə dair” iddia ərizəsi rədd edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli 2(103)-4475/2020 saylı qərardadı ilə İddiaçı Yasamal Rayon Məhkəməsinin 27.01.2020-ci il tarixli 2(004)-595/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün mülki iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 19.08.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7117/2020 saylı 16.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli 2(103)- 4475/2020 saylı qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-381/2021 saylı 10.02.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli 2(103)-4475/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.07.2020-ci il tarixli qərardadı ilə qətnamədən 19.06.2020-ci il tarixdə verilmiş apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-595/2020 saylı 21.04.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin 05.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə-vəkilləri şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və şikayət onları verən şəxsə qaytarılır. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ilk dəfə verdiyi apelyasiya şikayəti qeyrimümkün hesab edilmiş və geri qaytarılmışdır, iddiaçı 24.06.2020-ci il tarixdə yenidən apelyasiya şikayəti verdikdə, apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və müddətin bərpa edilməsinə dair əsaslandırılmış ərizə təqdim etməmişdir. Kollegiya apelyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, iddiaçının şikayətinin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(004)-595/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5765/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5765/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver