Məhkəmə qərarları › İş №2(103)-586/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-586/2025

04.02.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-586/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X4rşı mülki iş üzrə (açar sözlər: bonus-malus 3 tətbiqinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, Cavabdeh “İcbari Sığorta Bürosu” X8 nümayəndəsi X12 və X6 iştirakı ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X4rşı “bonus-malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3987/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı İddiaçı BMW 528i markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixinədək Paşa Sığorta ASC-də sığorta haqqı 75 manat, Bonus-Malus əmsalı 3 tətbiq edilməklə yekun sığorta haqqı 225 manat müəyyən edilməklə sığortalanmışdır. İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı İddiaçı BMW 525i markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Paşa Sığorta ASC-də, sığorta haqqı 100 manat, Bonus-Malus əmsalı 0,60 tətbiq edilməklə yekun sığorta haqqı 60 manat müəyyən edilməklə sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisə hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-da baş vermiş yol nəqliyyat hadisəsi zamanı X13 mülkiyyətində olan BMW 525i markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Kio Rio minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli İXP4685536 nömrəli protokol və TP ******* saylı elektron qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-da baş vermiş yol nəqliyyat hadisəsi zamanı X13 mülkiyyətində olan BMW 525i markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İcbari Sığorta Bürosunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, axtarış zamanı sığortalının PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanunun 51.3-cü maddəsinə əsasən həmin Qanuna uyğun olaraq bağlanmış AVSMMİS müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ vardır. Göründüyü kimi, qeyd etdiyi müqaviləyə xitam vermək hüququndan istifadə etmədiyinə, həmçinin onun və ya sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələbi irəli sürülmədiyinə görə yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətinin icbari sığortası üzrə müqavilə qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin yeni sahibi isə törətmiş olduğu hadisə üzrə (qanuni əsaslarla) öz mülki məsuliyyətini onun sığorta müqaviləsi üzərindən həyata keçirərək, onun bonus-malus əmsalına təsir göstərmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X4rşı “bonus-malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən sürücülük vəsiqəsi alaraq avtomobil idarə edir. On ildən artıqdır ki, avtomobillərini Paşa Sığorta şirkətində sığortalayır. 16 il ərzində məsuliyyətli, qaydalara riayət edən sürücü kimi heç bir qəza törətməmişdir. Heç vaxt sığorta vəsaitindən istifadə etməyərək İcbari sığorta fonduna heç bir zərər vurmamışdır. Ona daha öncə məxsus olan **-ET-*** dövlət qeydiyyat nişanlı BMW 525i markalı avtonəqliyyat vasitəsi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında PPA********** saylı sığorta şəhadətnaməsi ilə Paşa Sığorta şirkətində sığortalanmışdır. Sığorta zamanı hətta ona illər ərzində qəza törətmədiyi üçün 0,60 bonus malus əmsalı tətbiq edilərək endirim təqdim edilmişdir. Həmin avtomobil xx.xx.2021-ci ildə X1. Avtonəqliyyat vasitəsi tam olaraq onun adından qeydiyyatdan çıxarılaraq X7 adına rəsmiləşdirilmişdir. Avtomobil onun tərəfindən satıldıqdan 9 ay sonra həmin şəxs xx.xx.2022-ci il tarixində qəza törətmiş, xx.xx.2022-ci il tarixli İXP4685536 nömrəli protokola, TP ******* saylı elektron qərara əsasən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. Qəzanı o törətmədiyi halda, avtomobil bir ilə yaxın onun adında olmadığı halda Paşa Sığorta Şirkəti tərəfindən verilən məlumata görə İcbari Sığorta Bürosu tərəfindən sistemə daxil edilən məlumata əsaslanaraq avtomobil satılmadan öncə icbari sığortası onun tərəfindən edildiyi üçün qəza törədən sürücü yerinə ona, İddiaçı cəza bonus-malus 3 tətbiq edilmişdir. Ona məxsus olan növbəti avtomobili sığortaladığında hər dəfə İcbari Sığorta Sistemində bonus-malus əmsalı 3 tətbiq edildiyi üçün sığorta şirkətləri sığorta haqqı 75 manat olduğu halda 3 dəfə artıq hesablayaraq 225 manat ödəməyi ondan tələb edirlər. Bu halda qəzanı törədən şəxs cəmi 40 manat cəzalandığı halda, o illərnən hər avtomobil dəyişdiyində 3 qat sığorta haqqı ödəməli olacaqdır. Qəzanı törədənə tətbiq olunmalı cəza günahsız olduğu halda ona tətbiq edilir. İcbari Sığorta Sistemində bonus-malus sistemin tətbiqi Azərbaycan Respublikası Mərkəzi X15 29 iyun 2022-ci il tarixli, 25/1 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. O isə avtomobili xx.xx.2021-ci il tarixində satmışdır. Qəza xx.xx.2022-ci il tarixində baş vermişdir. Əgər sığorta hadisəsini o törətmədiyi halda cəza ona tətbiq edilirsə, niyə qəza barədə və qarşı tərəfə ödənmiş cərimə barədə onun xəbəri yoxdur, rəsmiləşdirmədə onun yerinə sənədlərə kim imza atmışdır. Kim qəzanı törətdiyini qəbul edərək qarşı tərəfə sığorta haqqının verilməsi üçün sənədlərə imza atmışdırsa, bonus-malus 3 cəzası da ona tətbiq edilməlidir. 2021-ci ildən bugünə qədər bu cərimə ona tətbiq edilməkdədir və artıq 2 dəfə 75 manat yerinə 225 manat İcbari sığorta haqqı ödəmək məcburiyyətində qalmışdır. Bütün şikayətlərinə baxmayaraq problem hələ də həll edilmədən qalmışdır. Cavabdeh “İcbari Sığorta Bürosu” X8 iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, bonus-malus sistemi sığorta sahəsində istifadə olunan bir anlayışdır. Bu sistem, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığortalıya, yəni sığorta müqaviləsinin tərəfinə münasibətdə sığorta haqqı artması və ya azalmasından ibarətddir. Bonus-malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. İSH Qanunun 51.3-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Yəni, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Əgər qanun sığortalının təşəbbüsü ilə qeyd edilmiş halda müqaviləyə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutursa, bu o deməkdir ki, sığortalı bu hüquqdan istifadə edə bilər, lakin bu hüquqdan istifadə ilə bağlı sığortalının hər hansı bir öhdəliyi yoxdur. Qanunla belə bir imkanın olmasına baxmayaraq, sığortalı müqaviləyə xitam verməmək qərarına gəlirsə, bu, sığortalının şüurlu iradə ifadəsidir ki, bu da digər tərəf və ya üçüncü şəxslər tərəfindən məcburi şəkildə dəyişdirilə bilməz. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə BMW 525i markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 baxmayaraq həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı tərəfi olduğu müqaviləyə xitam edilməsi üçün sığortaçıya hər hansı bir müraciət etməmişdir. Beləliklə, İddiaçı mülkiyyətində olmuş "BMW 525İ” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta haqqı ödəyərək və icbari sığorta müqaviləsinin tərəfi olaraq sığortalı qismində çıxış etmiş, bununla da həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini sığortalamışdır. X13 xx.xx.2022-ci il tarixdə (sığorta müqaviləsi qüvvədə olduğu müddətdə) həmin avtomaşını qanuni əsaslarla istismar edərək yol nəqliyyat hadisəsi törətmişdir və üçüncü şəxslər qarşısında onun (yəni sığorta olunan X7) mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi üzərindən sığortalanmışdır. Bonus və ya malus Qaydanın tələblərinə əsasən sığorta olunana yox, sığortalıya münasibətdə tətbiq edildiyindən, X7 törətdiyi sığorta hadisəsi nəticəsində hesablanmış malus əmsalı sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir. Sığorta müqaviləsi bağlanarkən bonusun və ya malusun hesablanmasının inzibati tənbehin ödənilib-ödənilməməsi ilə hər hansı bir əlaqəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Sığorta müqaviləsi və ondan irəli gələn münasibətlər mülki hüququn predmetinə, qəza törədənin təqsiri və məsuliyyəti isə inzibati xəta haqqında qanunvericiliyin predmetinə aiddir. Hər hansı bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan digər şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3987/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin olunaraq İddiaçı xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sığorta haqqı hesablanan zaman bonus-malus 3 əmsalının tətbiq olunması **-ET-*** dövlət qeydiyyat nişanlı BMW 525i markalı avtonəqliyyat vasitəsinin icbari sığorta olunduğu dövrdə, yəni xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə olmuşdur. İcbari sığorta müqaviləsinin İddiaçı adına olmasına baxmayaraq, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmamış və yol-nəqliyyat hadisəsinin baş verməsində onun heç bir təqsiri olmamışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin sürücüsü və mülkiyyətçisi X13 olmuş və xx.xx.2022-ci il tarixli İXP4685536 nömrəli protokola, TP ******* saylı elektron qərara əsasən X13 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Belə olduğu təqdirdə iddiaçının təqsiri olmayan sığorta hadisəsinə görə sığorta haqqı hesablanan zaman iddiaçıya bonus-malus 3 əmsalının tətbiq edilməsini məhkəmə ağlabatan hesab etmir. Qeyd olunan normaların məzmunundan belə bir nəticəyə gəlmək olur ki, bonus-malus sistemi, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığorta haqqı artması və ya azalmasından ibarətddir. Bonus-malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qeyd edilənlər baxımından şəxsin təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə şəxsin sığorta haqqının 3 dəfə artıq hesablanmasına gətirib çıxaran bonus-malus 3 əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Məhkəmə həmçinin cavabdeh tərəfin öz etirazında gətirdiyi dəlilə münasibət bildirərək qeyd etmişdir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 51.3-cü maddəsində nəzərdə tutulan sığortalıya tanınmış bir hüquqdur. Həmin hüquqdan istifadə edilib-edilməməsi isə sığortalının seçimidir və həmin hüquqdan istifadə edilməməsi sığortalının vəziyyətini pisləşdirən hal kimi təfsir edilə bilməz. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində qeyd edilmişdir ki, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda, bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qeyd edilən norma baxımından baş vermiş qəzanın mənfi hüquqi nəticəsi icbari sığorta müqaviləsinin tərəfi olan İddiaçı deyil, sığorta hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin sahibi və istifadəçisi olan X9 aid olmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.1, 897.1, 903.1, 903.2-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 6.1, 8.1, 8.3, 11.1, 13.2, 13.4, 50.1, 51.2, 51.3, 52.1, 52.2, 53.4, 57.1ci maddələrinə, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydalarının 1.2.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “İcbari Sığorta Bürosu” X14 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3987/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X4rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus – malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3987/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, icbari sığortalar haqqında qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməyərək iş üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktları tətbiq etməmiş, həmçinin qanunu səhv təfsir etmişdir. Aşağıda qeyd olunanlarlardan aydın olur ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli № e-2(004)-3987/2024 nömrəli əsassız və qanunsuz qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar mövcuddur. Hesab edilir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.1, 897.1, 903.1, 903.2 maddələri düzgün tətbiq etməmişdir. 1. Mülki Məcəllənin 883, 884, 897, 903-cü maddələri sığorta münasibətləri sahəsində ümumi məsələləri tənzimləyir. Birinci instansiya məhkəməsi həmin maddələrə istinad etmiş, lakin iş üzrə mübahisənin həllində bu müddəaların iddianın təmin edilməsi baxımından tətbiqini əsaslandırmamışdır. Hesab edilir ki, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin sığortası münasibətlərinə əsas olan icbari sığorta müqaviləsində sığorta haqqının müyyənləşdirilməsi zamanı tətbiq edilən “Bonus-Malus” sisteminin mahiyyəti və məqsədlərinin hazırki iş üzrə mübahisənin həllində qiymətləndirilməsi üçün yuxarıda sadalanan maddi hüquq normalarının tətbiqi əhəmiyyətli deyil. Belə ki, cavabdehin etirazları nəzərə alınmalı və həmin etirazlar araşdırılmalı idi. Bu cür əsaslandırmanın olmaması, qətnamənin hüquq və ədalət prinsiplərinə uyğunluğunu şübhə altına alır və apellyasiya qaydasında yenidən baxılmasını zəruri edir. Bu, məhkəmə qərarlarının şəffaf və ədalətli olmasını təmin etmək üçün vacibdir. 2. Hesab edilir ki, birinci instansiya məhkəməsi “Bonus-Malus” anlayışlarını və bu sistemin tətbiqi məqsədlərini düzgün təfsir etmədiyindən, həmin sistemi tətbiq edən qanunvericinin iradəsinə (İcbari sığorta qanunvericiliyi üzrə) zidd olan nəticəyə gəlmişdir. Bonus-Malus sistemi – öhdəlik deyil, sığorta haqqını (xidmət haqqını, malın qiymətini) formalaşdıran hesablama mexanizminin tərkib hissəsidir. İcbari Sığorta Müqaviləsi əsasında göstərilən xidmətin dəyərini əks etdirən xidmət haqqı (burada - sığorta xidməti) - nə cərimə, nə hüquq, nə də öhdəlik sayıla bilməz. Bu sistem sığortalının (müqavilə tərəfinin) risk profilinə və sığorta tarixçəsinə əsaslanaraq sığorta haqqının müəyyən edilməsi məqsədilə tətbiq olunan bir mexanizmdir. Onun məqsədi - sığorta müqaviləsi bağlanarkən, sığorta haqqının sığortalının keçmiş risk göstəricilərinə (özünün və sığortaladığı şəxslərin) uyğun şəkildə formalaşdırılmasıdır ki, müqavilə bağlanarkən sığortalıya ədalətli xidmət haqqı təklif edilsin. Ona görə də, müştərinin baş vermiş sığorta hadisəsindən sonra fakt əsasında post facto tətbiq edilmiş malusun silinməsi üçün mübahisəsini məlumat mübadiləsini təşkil edən qurum qarşısında (İcbari Sığorta Bürosu) deyil, qiymət təklifini formalaşdıran, hesablaşma qaydalarını təsdiq edən qurum qarşısında (Mərkəzi Bankda) həmin qaydaları mübahisələndirməsinin qanunamüvafiq olacağı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən, müvafiq əmlakla bağlı bu qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qanunun 8.5-ci maddəsinə əsasən, bu qanunun xüsusi bölməsində başqa cür nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-921-ci maddələrində nəzərdə tutulmuş müvafiq hallarda və qaydada xitam verilir. İcbari sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığortalı müvafiq sığorta növü üzrə yeni icbari sığorta müqaviləsi bağlamalıdır. Qanunun 51.2-ci maddəsinə əsasən, Bu qanunun ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. Qanunun 51.3-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Qanunun 53.3-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Yəni, a) müqavilənin qüvvədə olduğu müddət ərzində əmlak icarəyə, etibarnamə ilə digər şəxsə verildikdə, həmçinin özgəninkiləşdirildikdə yeni icbari sığorta müqaviləsinin bağlanmasına zərurət yoxdur. Buna səbəb, qanunun 53.4-cü maddəsidir. Belə ki, icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin (icbari sığorta qanunvericiliyinə görə sahib anlayışı 53.1-ci maddədə qeyd edilmişdir) mülki məsuliyyəti bu fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. b) Müqavilənin qüvvədə olduğu müddət ərzində əmlak yalnız özgəninkiləşdirildiyi halda, sığortalının müqaviləyə vaxtından əvvəl xitam vermək hüququ yaranır. Digər hallarda, misal, icarəyə verildikdə, müqaviləyə xitam vermək yalnız Mülki Məcəllənin 919-921-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada baş tuta bilər.

3. Sığortalı – əmlakı qanuni əsaslarla istismar edən və sığorta haqqı ödəyən müqavilənin tərəfidir. Şərt deyil ki, sığortalı əmlakın mülkiyyətçisi olsun, kifayətdir ki, qanuni əsaslarla istismar etsin. Qeyd olunan qanunvericilik normalarının mənası ondan ibarətdir ki, əmlaka dair mülkiyyət və ya istifadə hüququnun digər şəxsə verilməsi zamanı, zərərçəkənlər üçün sığorta təminatının fasiləsizliyi təmin edilsin. Eyni zamanda, nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda, sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya, ümumi xitam əsaslarından əlavə olaraq, müqaviləyə dərhal xitam vermək hüququ verilir. Əgər qanun sığortalının təşəbbüsü ilə qeyd edilmiş halda müqaviləyə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutursa, bu o deməkdir ki, sığortalı bu hüquqdan istifadə edə bilər, lakin, eyni zamanda, bu hüquqdan istifadə ilə bağlı sığortalının hər hansı bir məcburiyyəti və ya öhdəliyi yoxdur. Sığortalı müqaviləyə xitam verməmək qərarına gəlirsə, bu, sığortalının şüurlu iradə ifadəsidir ki, onun tərəfindən sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxsin üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış hesab edilsin. Qanunun 8.3-cü maddəsi əlavə olaraq onu da qeyd edir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Burada, 1. “yeni sahibinə və ya istifadəçisinə” ifadəsinə xüsusi diqqət yetirilməlidir. Yeni sahib həm etibarnamə ilə idarə edən, həm də yeni mülkiyyətçi ola bilər – əsas odur ki, şəxs nəqliyyat vasitəsini qanuni əsaslara istismar etsin. 2. Əmlakın yeni sahibinə və ya istifadəçisinə sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr şamil edilir. Sığortalının hüquq və vəzifələrinin siyahısı qanunun 22-ci maddəsində aydın və konkret şəkildə qeyd edilmişdir. Həmin maddə ilə sığortalının sığorta xidmətini hansı qiymətə əldə edəcəyinə dair birbaşa seçim hüququ və ya vəzifəsi qanunvericiliklə müəyyən edilməmişdir. Qanunun 22.2.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə, o cümlədən müvafiq icbari sığorta növü üzrə əvvəlki sığorta müqavilələri, bu müqavilələr üzrə baş vermiş sığorta hadisələri və həyata keçirilmiş sığorta ödənişləri barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək – sığortalının vəzifəsidir. Qanunun 22.2.12-ci maddəsinə əsasən, sığortalının vəzifəsi həmin qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 919-cu maddəsi sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi hallarını tənzimləyir. MM-nin 919.1.4-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir. Bəllidir ki, əmlakın yeni sahibi və ya istifadəçisi avtomatik olaraq müqavilənin tərəfinə - sığortalıya çevrilmir. Sığortalının hüquqlarının və vəzifələrinin ötürülməsi yeni sahibin və ya istifadəçinin müqavilənin tərəfi olması anlamına gəlmir, şəxsin yalnız artıq bağlanmış müqavilədən doğan hüquq və öhdəliklərinin sığortalı kimi icra etməsi anlamına gəlir. Müqavilənin tərəfinin əvəz edilməsi tərəflərin razılığı ilə baş tuta bilər. Əks halda bu mülki hüquqi münasibətlərin əsas prinsiplərinə zidd olacaqdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 325-ci maddəsi əqdlər ilə əlaqədar birtərəfli iradə ifadəsinin etibarlılığı ilə bağlı məsələləri müəyyən edir. MM-nin 325.1-ci maddəsinə görə, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Yəni, müqavilə və ya digər hüquqi münasibət çərçivəsində bir tərəfin qarşı tərəfə yönəltdiyi iradə ifadəsi (məsələn, təklif, rədd, bildiriş və s.) yalnız qarşı tərəfə çatdığı andan etibarlı hesab olunur. “İradə ifadəsinin çatması anı” ilə bağlı tələb tərəflərin hüquqi təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu prinsipin məqsədi ondan ibarətdir ki, qarşı tərəf iradə ifadəsi ilə tanış ola bilsin və uyğun hərəkətini və ya hərəkətsizliyini nümayiş etdirə bilsin. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə sığortaçıya məlumat verilmədikdə, sığortaçı bu dəyişiklikdən məlumatlı olmadığından, sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququndan məhrum olur, razı olacağı təqdirdə isə müqaviləyə birtərəfli dəyişikliyin edilməsi onun imkanı xaricində olur. Nəticədə, sığorta müqaviləsi üzrə sığortaçı əvvəlki şərtlərlə, yəni əvvəlki sığortalı ilə hüquqi münasibətləri davam etdirmiş sayılır. Sığortalı tərəfindən öhdəliyin yerinə yetirilməməsi halında sığortaçı müqaviləyə birtərəfli qaydada dəyişiklik edə bilmir və ya nəqliyyat vasitəsinin yeni mülkiyyətçisini – sahibini sığortalı kimi tanıya bilmir. Sığortaçının özgəninkiləşdirmənin baş verməsi barədə məlumat almaq üçün texniki imkanı və hüquqi vasitələri yoxdur ki, özgəninkiləşdirilmənin baş verib-vermədiyini müəyyən etsin. Bu halda, nəinki yeni mülkiyyətçini müqavilənin tərəfi kimi tanımaq, hətta yeni mülkiyyətçinin etibarnamə - icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək üçün təyin etdiyi digər şəxsi belə sığorta müqaviləsinə daxil etmək mümkün olmur. Bu vəziyyət sığorta təminatının hüquqi dayanıqlığına təsir göstərir, çünki sığortaçı yalnız sığortalının məlumat verməsi əsasında müqavilədəki tərəf dəyişikliklərini tənzimləyə bilir. Belə bir məlumatlandırma olmadan, sığortaçı nəqliyyat vasitəsinin faktiki sahibinin dəyişməsi və ya nəqliyyat vasitəsinin digər şəxslər tərəfindən idarə olunması kimi hüquqi əhəmiyyətli hallardan xəbərdar ola bilmir. “İcbari sığortalar haqqında” Qanunun 19.3-cü və 20.5-ci maddələrinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına və ya onun əmlakına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Beləliklə, Qanunun 19.3-cü və 20.5-ci maddələrinə əsasən, sığorta məbləğinin zərərçəkən şəxsə ödənilməsi üçün sığortalının iştirakına ehtiyac yoxdur. Qanun üçüncü şəxslərin hüquqlarının qorunmasını prioritet hesab edir və sığortaçıdan zərərçəkənə sığorta ödənişinin ödənilməsini tələb etmək üçün sığortalının iştirakı və ya onun hadisə ilə bağlı mövqeyi tələb olunmur. Hətta sığortalı hadisə yerindən yayınmış olsa belə, bu hal, sığorta məbləğinin zərərçəkənə ödənilməsinə mane olmur. Kifayətdir ki, zərərvuran nəqliyyat vasitəsinə münasibətdə qüvvədə olan sığorta şəhadətnaməsi olsun. Qeyd olunanlar ilə yanaşı, sığorta haqqı məbləğlərinin fərdi xarakter daşıdığını nəzərə almaq lazımdır: onun şərtləri müxtəlif sığortalılar üçün fərqli olan sığorta riskinin səviyyəsi nəzərə alınmaqla formalaşdırılır və nəqliyyat vasitəsinin texniki göstəriciləri və digər xüsusatlar nəzərə alınmaqla sığorta hadisələri tarixi ilə bağlıdır. Buna görə, sığortalının dəyişməsi sığorta riskinin dərəcəsinə təsir edərək onu həm artıra, həm də azalda bilər. Qanunun 57.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Məhz Qanunun 57.1-ci maddəsinin tələbindən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının 9 iyun 2022-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” qaydası qəbul etmişdir. Hüquqi aktların Dövlət reystrində qeydə alınmış sözügedən qayda – Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ xarakterli akt olmaqla icrası hüquqi və fiziki şəxslər üçün məcburidir. Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “qayda”nın tənzimlədiyi məsələ - mülkiyyətçi ilə sığortaçı arasında deyil, sığortalı ilə sığortaçı arasındakı sığorta haqqının formalaşması ilə bağlı məsələdir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” qaydasının aşağıdakı müddəalarına nəzərə salaq: qaydanın 1.2.1-ci maddəsinə əsasən bonus-malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qaydanın 2.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır. Bonus- Malus sistemi sığorta sahəsində istifadə olunan bir anlayışdır. Bu sistem, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığortalı növbəti dəfə sığorta haqqında endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalmış şəxs) qəza törədərsə, sığorta haqqı artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. ABŞ və Böyük Britaniya kimi ölkələrdə sığorta tarifləri sığortaçı tərəfindən tənzimlənir və sığortalının əvvəlki davranışları, sığorta hadisələri ilə bağlı məlumatlar əsasında müəyyənləşdirilir. Respublikamızda, sığorta haqqı sığortaçılar tərəfindən yox, vahid formada qaydaya əsasən formalaşır. Şəxs istənilən nəqliyyat vasitəsinə münasibətdə qanunla və ya mülki-hüquqi müqavilə ilə sığorta marağı yaradaraq (misal, etibarnamə və ya icarə müqaviləsi) və sığorta haqqı ödəyərək sığorta müqaviləsi bağlaya bilər. Qaydaların 8.1-ci maddəsinə əsasən BM sistemi İcbari Sığorta Bürosunun informasiya sisteminin tərkib hissəsidir və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə aşağıdakı funksiyaları yerinə yetirir: 8.1.1. BM siniflərinin vahid qaydada müəyyən olunmasını təmin edir; 8.1.2. hər bir BM subyektinin son 13 il üzrə sığortalanma tarixi barədə məlumatların uçotunu təmin edir; 8.1.3. hər bir BM subyekti üçün BM sinfinin müvafiq BM qrupu üzrə müəyyənləşdirilməsini təmin edir. Qaydaların 8.2-ci maddəsinə əsasən BM sinifləri aşağıdakı kimi təsnifləşdirilir: 8.2.1. sığorta riskinin yüksək olmasını əks etdirən Malus sinifləri (1-ci – 13-cü BM sinifləri); 8.2.2. sığorta riskinin aşağı olmasını əks etdirən Bonus sinifləri (15-ci – 22-ci BM sinifləri); 8.2.3. müvafiq BM qrupuna aid olan avtonəqliyyat vasitəsinə münasibətdə sığorta müqaviləsi ilk dəfə bağlanarkən təyin olunan və sığorta riskinin qeyri-müəyyən olmasını əks etdirən 14cü BM sinfi. Qaydaların 1.2.2-ci maddəsinə əsasən bonus-malus subyekti – barəsində bonus-malus sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxsdir. Göründüyü kimi, şəxsə (BM subyektinə) tətbiq ediləcək bonus-malus sinfi avtomobilin yox, şəxsin son 13 il üzrə risk tarixçəsinə əsasən müəyyən edilir. BM sisteminin tətbiq edilməsi üçün nəqliyyat vasitəsinin mülkiyyətdə olub-olmaması yox, nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta hadisəsinin olub-olmaması şərtdir ki, sığortalının risk dərəcəsinə əsasən ona – yəni sığortalıya güzəştlər və əlavələr tətbiq edilsin. Çünki, sığortalı müqavilə üzərindən nəinki özünün, həm də həmin nəqliyyat vasitəsini idarə etməyə hüququ olan istənilən şəxsin məsuliyyətini sığortalayır, həmin şəxsin yarada biləcək risklərini öz məsuliyyəti üzərinə götürür. Məhz buna görə nəqliyyat vasitəsi özgəninkiləşdirildiyi halda sığortalının sığorta marağı itdiyinə görə, ona seçim şəklində müqaviləni davam etdirmək və ya ümumi xitam əsaslarından əlavə olaraq müqaviləyə dərhal xitam vermək hüququ verilir. Avtomobili qanuni əsaslarla kimin idarə etməsindən asılı olmayaraq, baş vermiş sığorta hadisələri üzrə “məsuliyyət” məhz ”sığortalı”nın (icbari sığorta müqaviləsi bağlayan şəxsin) üzərindədir və hər bir hadisəyə görə sığorta riski məhz müqavilə tərəfi olan “sığortalı”nın hesabına, onun sığorta tarixçəsinə yazılır. “Bonus-Malus” sisteminin tətbiqində əsas məqsəd də sığorta risklərinin qiymətləndirilməsi və “riskli sığortalı”ya (müqavilə bağlayana) “malus” tətbiq edilməsilə daha yüksək sığorta haqqının hesablanması, əksinə “riskli olmayan sığortalı”ya isə “bonus” tətbiq edilməsilə sığorta haqqına güzəşt edilməsidir. Müqavilə sığortalı və sığortaçı arasında bağlanıldığından və müqavilənin predmetini mülki məsuliyyət təşkil etdiyindən bonus və ya malus əmsalının da sığortalı ilə bağlanan bütün müqavilələrə tətbiq olunması da ağlabatan və ədalətlidir. Əks təqdirdə, birinci instansiya məhkəməsinin formalaşdırdığı yanaşmasından belə nəticəyə gəlmək olar ki, misal qismində: nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs, yalnız mülkiyyət hüququ əsasında 20 nəqliyyat vasitəsinə sahib ola bilər. O, həmin nəqliyyat vasitələri üzrə idarə edən şəxslərin mülki məsuliyyətini sığortalaya bilər və etibarnamə əsasında digər şəxslərə istifadəyə verə bilər. Məhkəmənin təfsirinə əsasən, sığortalıya nəqliyyat vasitəsini birbaşa idarə etmədiyinə görə bonus, hadisə törədən şəxslərə isə malus tətbiq edilməlidir. Lakin, hadisə törədən şəxslər sığorta müqaviləsini şəxsən bağlamadıqlarına görə, sığorta haqqı hər il mülkiyyətçi tərəfindən ödənilir. Nəticədə, sığorta müqaviləsi mülkiyyətçi ilə bonus tətbiq edilməklə bağlanmalı, çünki faktiki olaraq hadisə törətmir, bu şərtlər altında isə sürücülər hadisə törətməkdə davam edə bilərlər, çünki müqavilə tərəfi kimi çıxış etmirlər. Cavabdeh qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində olmamaması, icbari sığorta müqaviləsinin İddiaçı adına olması və yol-nəqliyyat hadisəsinin baş verməsində sonuncunun təqsirinin olub-olmaması mövcud qanunvericiliyin tələbləri uyğun olmaqla, malusun silinməsi üçün əsas hesab edilə bilməz. İddiaçı ümumiyyətlə mülkiyyətçi olmaya bilərdi, kifayət idi ki, onun sığorta marağı olsun (nəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən istənilən şəxs müqavilə bağlaya bilər). Qeyd edilən norma baxımından baş vermiş qəzanın mənfi hüquqi nəticələrinin icbari sığorta müqaviləsinin tərəfi olan İddiaçı deyil, hadisə zamanı nəqliyyat vasitəsinin sahibi və istifadəçisi olan X9 aid edilməsi sığorta və bonus-malus sisteminin qaydalarına ziddir. Mövcud və qüvvədə olan sığorta müqaviləsinə əsasən (nə müqavilənin xitamı, nə də etibarsız hesab edilməsi ilə bağlı tərəflər iradə ifadəsini bildirməyib) sözügedən nəqliyyat vasitəsini idarə edən şəxsin mülki məsuliyyəti müqavilə tərəfi olan İddiaçı tərəfindən sığortalandığından baş vermiş hadisəyə görə məhz onun sığorta tarixçəsinə malus tətbiq edilməlidir. Mövcud və qüvvədə olan müqavilə üzrə məsuliyyəti sığortalanmış X9 malusun tətbiq edilməsi sığorta qanunvericiliyinin prinsiplərinə uyğun deyil və qanunla nəzərdə tutulmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının təfsirində və tətbiqində kobud səhvə yol vermiş və beləliklə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, İcbari Sığorta Bürosu yalnız informasiya sisteminin idarə olunması və məlumatların saxlanılması funksiyasını yerinə yetirir və özünün informasiya sisteminə məlumatları birbaşa daxil etmə səlahiyyəti yoxdur. “İcbari sığortalar haqqında” Qanunun 34-2-ci maddəsinə əsasən, bu məlumatların sistemə daxil edilməsi bilavasitə sığortaçının vəzifəsidir. Sığortaçı, müqavilənin qeydiyyatını aparmalı və müqavilə məlumatlarını vaxtında büronun informasiya sisteminə daxil etməlidir. Sığorta haqlarının hesablanma qaydasının qanunvericiliklə tənzimlənməsini və onların təsdiq edilməsinin Mərkəzi Bankın səlahiyyətində olmasını nəzərə alaraq, İcbari Sığorta Bürosu yalnız Mərkəzi Bankın müəyyən etdiyi qaydalar əsasında informasiya sisteminin fəaliyyətini təmin edir və sığorta haqlarının hesablanmasına müdaxilə etmir. Sözügüdən maddələr İcbari Sığorta Bürosunun yalnız texniki dəstək və məlumatların saxlanılmasını təmin edən qurum olduğunu göstərir. Nəticədə, müqavilə məlumatlarının düzgünlüyünün və aktuallığının təmin edilməsinin sığortaçının üzərində olmasını qeyd edərək, həmin müqaviləyə xitam vermək ilə əlaqədar sığortalının müraciətinin olmamasını əsas gətirərək, hesab edilir ki, birinci instansiya məhkəməsi cavabdehin etirazlarını nəzərə almadan və onları tam araşdırmadan, qüvvədə olan müqavilə üzrə sığortalı iddiaçıya tətbiq edilmiş malusun silinməsi barədə sığorta qanunvericiliyinin, mülki hüquqi münasibətlərin və əqdlərə dair əsas prinsiplərin tələblərinə zidd olaraq qətnamə qəbul etmişdir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3987/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunması xahiş edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

İddiaçı apellyasiya şikayətinə qarşı etirazının dəlillərini iddia ərizəsində istinad etdiyi hallarla əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında cavabdeh “İcbari Sığorta Bürosu” X8 nümayəndələri X16 və X11 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, etirazının məzmununa uyğun izahat verib şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Maddə 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu Maddə 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Maddə 8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir. Maddə 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 22.1. Sığortalının aşağıdakı hüquqları vardır: 22.1.1. sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq; 22.1.6. bu Qanunun 57.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada nəzərdə tutulmuş hallarda sığorta haqqı ilə bağlı güzəştlərdən istifadə etmək; 22.1.8. bu Qanunda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər hüquqlar. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 50.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Maddə 51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. Maddə 51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; Maddə 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs; Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası” Bənd 1.2.1. Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Bənd 2.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ... hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan **-ET- *** dövlət qeydiyyat nişanlı BMW 525i markalı avtonəqliyyat vasitəsini xx.xx.2021xx.xx.2022-ci il tarixləri aralığında PPA********** saylı sığorta şəhadətnaməsi ilə Paşa Sığorta şirkətində sığortalanmış, sığorta zamanı ona illər ərzində qəza törətmədiyi üçün 0,60 bonus-malus əmsalı tətbiq edilərək endirim təqdim edilmişdir. İddiaçı həmin avtomobili xx.xx.2021-ci ildə X3, bundan sonra avtomobilə dair Z.R.Acalovun mülkiyyət hüququ qeydə alınmışdır. Avtomobil satıldıqdan sonra Z.R.Acalov xx.xx.2022-ci il tarixində qəza törətmiş, xx.xx.2022-ci il tarixli İXP4685536 nömrəli protokola, TP ******* saylı elektron qərara əsasən, AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Daha sonra Paşa Sığorta Şirkəti tərəfindən verilən məlumata əsasən, İcbari Sığorta Bürosu tərəfindən sistemə daxil edilən məlumata əsaslanaraq avtomobil satılmadan öncə icbari sığorta müqaviləsi iddiaçı tərəfindən bağlandığı üçün İddiaçı cəza bonus-malus 3 tətbiq edilmiş, iddiaçıya məxsus olan növbəti avtomobili sığortaladığında hər dəfə İcbari Sığorta Sistemində bonus-malus əmsalı 3 tətbiq edildiyi üçün sığorta haqqı 75 manat olduğu halda 3 dəfə artıq 225 manat ödəmişdir. Hazırda iddiaçı ona xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, sığorta qanunvericiliyi hüququn xüsusi sahəsi olsa da, mülki qanunvericiliyin tərkib hissəsidir və buna görə də mülki qanunvericiliyin prinsipləri, ümumi müddəaları həmin sahəyə də aid edilməlidir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası”nın 1.2.1-ci bəndində qeyd olunur ki, bonus-malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Kollegiya qeyd edir ki, bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək vəzifəsi deyil, hüququdur. Belə ki, icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Göründüyü kimi bonus-malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemi olduğundan, icbari sığorta təminatının əldə edilməsi barədə bağlanmış icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində əmlakın mülkiyyətçisi dəyişdikdə müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmadığından, qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə şamil edildiyindən, iddiaçı barəsində bonus-malus 3 əmsalının təbiq edilməsini əsasız hesab edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsasslıdır. Belə ki, bonus-malus sisteminin mahiyyəti sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) etməkdən, əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artırılmasından (malus) ibarətdir. Nəticədə bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Ona görə də şəxsin törətmədiyi, təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə onun sığorta haqqının 3 dəfə artıq hesablanmasına gətirib çıxaran bonus-malus 3 əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Qeyd edildiyi kimi bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədi daşıyır, yəni bonus-malus sisteminə görə intizamlı sürücü intizamsız sürücünün hərəkətinə görə məsuliyyətə cəlb edə bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “İcbari Sığorta Bürosu” X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3987/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver