Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-59/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayə ndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2018-cu il tarixli, 2(011)-2508/18 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Nikoyl” İKB ASC,Cavabdeh İddiaçı İKB ASC-nın xeyrinə 234.854.41 ABŞ dolları əsas, 26.303,67 ABŞ dolları faiz və 1.289,48 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 262.447,25 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 mana’ xidmət haqqının tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbaıl rayonu, Rəşid Behbudov küçəsi, 8 saylı evin 37/38 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına "Nikoyl” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 04 fevral 2008-ci ıl tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(011)-2508/18 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh ərizə təqdim edərək apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətindən imtina edərək, apellyasiya icraatına xitam verilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, iddiaçının apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(011)- 2508/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır. Qərardaddan Kassasiya şikayəti verilə bilməz. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-59/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-59/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver