Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-604/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə X3 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və xxxx” MMC-yə və üçüncü şəxslər X1 və xxxx QSC-nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci qətnaməsindən “xxxx” QSC apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və xxxx” MMC-yə və üçüncü şəxslər X1 və xxxx QSC-nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli 368 nömrəli hesabatın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-890/20 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan “xxxx “ QSC apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha sonra üçüncü şəxs “xxxx” QSC xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək (Ərizə xx xxxx 2021-ci il tarixdə dəftərxanada qeydə alınmışdır) hazırkı mülki iş üzrə apellyasiya şikayətindən imtina etdiklərini bildirərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina edilmə barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(001)-890/20 saylı qətnaməsindən cavabdeh “xxxx” QSC-nin apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 369, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və xxxx” MMC-yə və üçüncü şəxslər X1 və “xxxx” QSCyə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv olunması” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-890/20 saylı qətnaməsindən “xxxx” QSC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-604/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-604/2021
18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver