Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6468/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı iddia ərizəsinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Azər oğluna qarşı “güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən Cavabdeh3 tərəfindən “məhkəmə aktının icrasına möhlət verilməsi” barədə iddia ərizəsi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20.04.2021ci il tarixli qətnaməsindən apellyasiya şikayəti kimi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.3 barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4 şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar. Göründüyü kimi, Cavabdeh3 tərəfindən apellyasiya şikayəti deyil, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən, bununla da, prosessual əsaslar olmadığından, Cavabdeh3 məhkəmə qətnaməsinin icrasına möhlət verilmə ilə bağlı iddia ərizəsi qeyri-mümkün hesab edilməlidir. Kollegiya qeyd edir ki, Cavabdeh3 məhkəmə qətnaməsinin icrasına möhlət verilmə ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, həmin ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsinin icrasına möhlət verilmə ilə bağlı Cavabdeh3 iddia ərizəsi əhkəmə qeyri-mümkün hesab edilsin, həmin ərizə mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələbinə əməl olunması üçün Qaradağ rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6468/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6468/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver