Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6858/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Şeyda Ədalət qızı Məhərrəmova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1333/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən özünün 01.06.1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində yerləşən “Çənlibel” adına kolxozda fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(010)-1333/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 01.06.1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində “Çənlibel” adına kolxozda fəhlə işləməsi faktı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1333/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ilə verilmiş apelyasiya şikayəti maraqlı şəxsə geri qaytarılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində apelyasiya şikayəti verilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(010)-1333/2021 saylı qətnaməsi 29.03.2021-ci il tarixdə rəsmi qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuşdur. Həmin qətnamədən 26.04.2021-ci il tarixində şikayət verilmişdir. Bunu sənədlərin təhvil verilməsi haqqında müvafiq poçt qəbzlərinin üzərindəki, möhrdə təsdiq edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1333/2021 saylı 09 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikаyət mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1333/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apelyasiya və kasasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən isə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 360-cı maddəsinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Birinci instansiya məhkəməsi məhkəməsi gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsi 29.03.2021-ci il tarixdə maraqlı şəxsin ünvanına çatmış və bu barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Hazırkı apellyasiya şikayəti məhkəməyə bir aylıq prosessual müddət keçdikdən 1 gün sonra daxil olmuşdur. Məhkəmə qeyd etmişdir ki, əgər şikayət sonuncu gün olan 29.04.2021-ci il, saat 24:00-a qədər poçta verilmişdirsə bunu sübut etmək maraqlı şəxsin üzərinə düşür. Şikayətə əlavə edilmiş zərfə vurulmuş poçt möhürü əsasında isə zərfin göndərilməsi üçün poçta verildiyi tarixi müəyyən etmək mümkün olmamışdır. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət maraqlı şəxs tərəfindən buraxılmış hesab edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 may 2021-ci il tarixli şikatəyinə əlavə etdiyi poçt qəbzinin təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, Ərizəçi Ağamməd oğlunun işi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanan apelyasiya şikayəti 26.04.2021-ci il tarixdə poçta təqdim edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(010)-1333/2021 saylı qətnaməsini 29.03.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul etmiş və 26.04.2021-ci il tarixdə apelyasiya şikayəti poçt şöbəsinə təqdim etməklə apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddəti ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1333/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1333/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6858/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6858/2021
05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver