Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6941/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(003)-223/2021 saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mərkəzi avtobus dayanacağında yerləşən alqı-satqı köşkündən çıxarılması, köşkün boşaldılaraq onun mülkiyyətinə qaytarılması və ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(003)-223/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(103)-6941/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 02 aprel 2021-ci il tarixli 2(003)-223/2021 saylı qətnaməsindən üçüncü şəxs X2 da apellyasiya şikayəti verməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(103)-6941/2021 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(003)- 223/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş üçüncü şəxs X2 apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021ci il tarixli 2(103)-6941/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(003)-223/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(003)-223/2021 saylı qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6941/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6941/2021
19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver