Məhkəmə qərarları › İş №2(103)-7011/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7011/2025

30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7011/2025 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinə, cavabdeh3 BOKT MMC-yə, «X7» MMC-yə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnın * saylı Bakı Ərazi Idarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli *İ-***** saylı icra qeydindən görünür ki, «xxxx» BOKT MMC-nin tələbinin ipoteka müqaviləsi üzrə yüklü edilmiş, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi barədə icra qeydi verilmişdir. Öhdəlik yaradan müqavilə üzrə tələb (borc məbləği) 79.041,26 manat təşkil etmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş ##.##.2020-ci il tarxli qərardan görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli *İ-***** saylı icra qeydi üzrə icraata başlanmışdır.

3. ##.##.2020-ci il tarixli e******/****-*-**-*** saylı bildirişdən görünür ki, icra məmuru tərəfindən İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, ondan Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli 8I ***** saylı icra qeydi üzrə pul vəsaitinin 10 gün müddətində ödənilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş ##.##.2020-ci il tarxli qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı məxsus 4 avtomobilin üzərinə həbs qoyulmuşdur.

5. Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş ##.##.2021-ci il tarxli qərardan görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi üçün «xxxx» MMC-dən mütəxəssis dəvət edilmişdir.

6. «xxxx» MMC-nin ##.##.2021-ci il tarixli ***/** saylı ekspert rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin dəyəri 120.000 manat müəyyən edilmişdir.- Açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, «X8 Mərkəzi» MMC tərəfindən borcluya, tələbkara və icra qurumuna keçirilməsi nəzərdə tutulan hərrac barədə məktub göndərilmişdir.

7. «X8 Mərkəzi» MMC-nin ##.##.2021-ci il tarixli YP seriyalı *** saylı hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ipoteka predmeti olan mənzil (ilkin satış qiyməti 120.000 manat olmuşdur) Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli *İ-***** saylı icra qeydi, Nəsimi rayon Icra və Probasiya şöbəsinin ##.##.2021-ci il tarixli ****-******/**-*-** saylı sifariş məktubuna əsasən 76.500 manata («Ipoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələri nəzərə alınmaqla) «xxxx» BOKT MMC-yə satılmışdır.

8. «xxxx» BOKT MMC-nin ##.##.2024-cü il tarixli ** saylı əmrindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ** saylı evin ** saylı mənzilinin (fərdi yaşayış evinin) 204.000 manata satışının həyata keçirilməsi; mənzilin satışından əldə edilən 87.610 manat pul vəsaitinin BOKT tərəfindən ##.##.2018-ci il tarixli *** nömrəli kreditin bağlanmasına sərf edilmiş borc əvəzinə ödənilməsinin nəzərə alınması; satışdan əldə edilən 116.390 manat artıq qalan pul vəsaitinin həmin kredit müqaviləsinin təminatı qismində ipoteka qoyan keçmiş mülkiyyətçi İddiaçı bank hesabına köçürülməsi əmr edilmişdir (Əsas: Ümumi Yığıncağın ## #### 2024-cü il tarixli ** saylı protokolu).

9. Təqdim olunmuş iddia ərizəsindən görünür ki, cavabdeh3 BOKT MMC İddiaçı qarşı «evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinə, cavabdeh3 BOKT MMC-yə, «X8 Mərkəzi» MMC yə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın * saylı Bakı Ərazi Idarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X8 Mərkəzi» MMC tərəfindən keçirilən ##.##.2021-ci il tarixli *** nömrəli Hərracın yekunları barədə protokolun etibarsız sayılması, eyni zamanda həmin hərracın nəticələrinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 14, ** nömrəli mənzilə dair «xxxx» BOKT MMC-yə (cavabdeh3 BOKT MMC) verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli 008011000557-05101-****** reyestr nömrəli ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sonradan, iddiaçı ərizə ilə (vəsatətlə) məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş «X8 Mərkəzi» MMC-nin adının «X7» MMC olmasının nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə həmin MMC-nin dövlət reyestrində «X8 Mərkəzi» MMC adı ilə ##.##.2006-cı il tarixdə dövlət qeydiyyatından keçməsini və təsisçilərinin qərarına əsasən adının ##.##.2023-cü il tarixdə dəyişdirilərək «X7» MMC olmasını təsdiq edən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## #### 2025-ci il tarixli məktubu, eləcə də həmin məktuba qoşma sənədlər əlavə edilmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı notariat ofisində *İ-***** nömrəli ##.##.2020-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan kimi ona (AZE********, ##.##.2017 ASAN 1) məxsus ipoteka predmeti olan ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2018-ci il tarixdə ona verilmiş 008011000557-05101- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 84,36 m2 olan mənzildən ibarət əmlaka (öhdəlik yaradan müqaviləyə əsasən 65.000 manat borc üzrə) tutma yönəldilmişdir. «xxxx» MMC-nin ##.##.2021-ci il tarixli ****-******/**-*** saylı ekspert rəyinə əsasən Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ** nömrəli evin, ** saylı mənzili 120.000 manat dəyərində qiymətləndirilmişdir. «X8 Mərkəzi» MMC tərəfindən keçirilən hərracda ##.##.2021-ci il tarixli *** nömrəli Hərracın yekunları barədə protokolua əsasən ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev ev 14, ** nömrəli mənzil 76.500 manat «xxxx» BOKT MMC-yə, yəni hazırki cavabdeh3 BOKT MMC-yə satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli 008011000557 05101-****** reyestr nömrəli ********** saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 14, ** nömrəli mənzil cavabdeh3 BOKT MMCnin mülkiyyətindədir. Bütün yuxarıda sadalanmış hüquqi hərəkətlər cavabdehlər tərəfindən onları məlumatlandırmadan və qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar etmədən aparılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qiymətləndiricinin ünvana gəlməsi barədə onda hər hansı məlumat olmamışdır. Bu barədə Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsi və ya qiymətləndirici vasitəsilə ona rəsmi bildiriş göndərilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsi tərəfindən tərəflərə əmlakın ilkin satış qiyməti ilə bağlı qarşılıqlı razılığa gəlib gəlməmələri aydınlaşdırılmamış, icra məmuru bunun üçün lazım olan icra hərəkətlərini etməmişdir. Bildirmək istəyir ki, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində dolğun məlumat verilməmiş və ünvan üzrə bildirişlər göndərilməmişdir. Göründüyü kimi, hərrac həmçinin qanunvericiliyin tələblərinin kobud pozulması ilə keçirildiyindən məhkəmə tərəfindən etibarsız hesab edilməli, eyni zamanda həmin hərracın nəticələrinə uyğun olaraq verilmiş çıxarış ləğv edilməlidir. Eləcə də bildirir ki, 2020-2022-ci illərdə o, ümumiyyətlə ağır xəstəliklərlə mübarizə aparmış, həm gözlərində, həm də ürəyində əməliyyatlar icra edilmiş, daim xəstəxanalarda olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, onların arasında keçən müddət ərzində, hər zaman mənzilinin onun tərəfindən müştəri tapılaraq satılması, satışdan əldə ediləcək məbləğdən «xxxx» BOKT MMC-yə olan borcunun ödənilməsi və qalan məbləğin ona qaytarılması ilə bağlı razılaşmaları olmuşdur. Sonuncu dəfə belə bir razılaşmaları 2024-cü ilin yay aylarında olmuşdur. Hətta ona «xxxx» BOKT MMC-nin Ümumi Yığıncağının ## #### 2024-cü il tarixli, ** №-li protokolu əsasında çıxarılmış ##.##.2024-cü il tarixli, ** №-li əmri də təqdim olunmuşdur. Həmin əmrdə qeyd olunmuşdur ki, «ünvan 3 ünvanında yerləşən, ölçüsü 84,36 m2 olan fərdi yaşayış evinin 204.000 manat qiymətinə satışı həyata keçirilsin. Mənzilin satışından əldə edilən 87.610 manat həcmində pul vəsaitinin BOKT terəfindən ##.##.2018-ci il tarixli, *** nömrəli kreditin bağlanmasına sərf edilmiş borc əvəzinə ödənilməsi nəzərə alınsın. Satışdan əldə edilən 116.390 manat artıq qalan vəsait həmin kredit müqaviləsinin təminatı qismində ipoteka qoyan keçmiş mülkiyyətçi- İddiaçı bank hesabına köçürülsün.» Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, «X8 Mərkəzi» MMC tərəfindən keçirilən ##.##.2021-ci il tarixli *** nömrəli Hərracın yekunları barədə protokol etibarsız sayılmalı, eyni zamanda həmin hərracın nəticələrinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 14, ** nömrəli mənzilə dair «xxxx» BOKT MMC-yə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli 0D8011000557-05101- ****** reyestr nömrəli ********** saylı çıxarış ləğv edilməlidir.

13. Cavabdeh cavabdeh3 BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, Bakı şəhəri ** saylı notariat ofisində *İ-***** nömrəli ##.##.2020-ci il tarixli icra qeydi aparılmış, ipoteka qoyan İddiaçı (AZE********, ##.##.2017 ASAN 1) məxsus ipoteka predmeti olan ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2018-ci il tarixində İddiaçı verilmiş 008011000557-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 84,36 m2 olan mənzildən ibarət əmlaka (öhdəlik yaradan müqaviləyə əsasən 65.000 manat borc üzrə) tutma yönəldilmişdir. «xxxx» MMC-nin ##.##.2021-ci il tarixli ****-******/**-*** saylı ekspert rəyinə əsasən Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ** nömrəli evin, ** saylı mənzili 120.000 manat dəyərində qiymətləndirilmişdir. «X8 Mərkəzi» MMC tərəfindən keçirilən hərracda ##.##.2021-ci il tarixli *** nömrəli Hərracın yekunları barədə protokoluna əsasən ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev ev 14, ** nömrəli mənzil 76.500 manat «xxxx» BOKT MMC-yə (hazırda cavabdeh3 BOKT MMC) satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021ci il tarixli 008011000557 05101-****** reyestr nömrəli ********** saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ev 14, ** nömrəli mənzil cavabdeh3 BOKT MMC-nin mülkiyyətindədir. İddiaçı cavabdeh3 BOKT MMC-yə dəfələrlə yaxınlaşmış, özü də qeyd etdiyi kimi, əmlakın yenidən BOKT-nin mülkiyyətindən geri qaytarılması ilə bağlı danışıqlar aparmışdır. Ona əmlakın hal-hazırda yenidən qiymətləndirilməsinin keçirilməsi ilə bağlı məlumat verilmişdir. Artıq uzun illərdir ki, tam dəqiq ifadə etdikdə ##.##.2021-ci il tarixdən əmlakın mülkiyyətçisi cavabdeh3 BOKT MMC olmasına baxmayaraq İddiaçı mülkiyyətdən çıxmamış, evi boşaltmamışdır. Iddia ərizəsinə etirazda qeyd olunan və qanunvericiliklə nəzərdə tutulmuş hallara əsasən İddiaçı qanunsuz olaraq cavabdeh3 BOKT MMC-yə məxsus mülkiyyətdən istifadə və sahiblik edir. Ona mənzildən çıxarılma, evin boşaldılması barədə pretenziya məktubu göndərilmiş, lakin nəticə olmamışdır. Bununla əlaqədar BOKT tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə mənzildən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunmuşdur. Icra qeydinin aparılması, mənzilin qiymətləndirilməsi, hərracın keçirilməsi bütün sadalanan proseslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. Hesab edir ki, mənzildən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra müddəti süni olaraq uzatmaq məqsədi ilə guya baş verən hallar barədə məlumatsız olmasını bildirərək hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi «sonuncu dəfə 2024cü ilin yay aylarında razılaşmamız oldu» cümləsi ilə də təsdiq edir ki, ilk vaxtlardan bu günə qədər işin bütün halları barədə məlumatlı olmuş və mütəmadi olaraq cavabdeh3 BOKT MMCyə gəlib getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 354.1ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində qeyd olunduğu kimi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmiş və müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmçinin iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il # #### tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Burdan da görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüş, ##.##.2021-ci il tarixdən bu vaxta qədər hərracın nəticələri barədə məlumatlı olmuş və etiraz etməmişdir. Hesab edirik ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsassızdır. Qeyd etdiyi xəstəliklə bağlı heç bir sənəd əlavə edilməmişdir. Onun bir neçə dəfə cavabdeh3 BOKT MMC-yə gəlməsi, danışıq aparması da onu göstərir ki, o, evinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra qeydi əsasında hərraca çıxarılması, proseslərin gedişatı barədə yetərincə məlumatı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı tərəfindən verilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin əsassız olması və müraciət etmək müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – Ceyhun Tağıyev) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyinə görə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı bunun üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, açıq hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər iddiaçı tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Iddiaçının hərracın keçirilmə tarixi, vaxtı və hərracla əlaqəli digər zəruri məlumatlardan xəbəri olmuşdur və aidiyyəti hərrac qurumu tərəfindən iddiaçı vaxtında, qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Iş materiallarına əlavə olunmuş hərracın yekunları barədə protokoldan və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilədən görünür ki, qanunvericiliyin tələblərinə riayət edilməklə keçirilmiş hərrac baş tutmuş, ipoteka predmeti müvafiq icra vərəqəsi və icra qurumunun sifariş məktubuna əsasən hərracdan satılmış, ipoteka predmeti BOKT tərəfindən alınmışdır. Yuxarıda sadalananlardan göründüyü kimi, «X7» MMC tərəfindən hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçının hüquqları pozulmamış, qanuni mənafeyinə xələl gəlməmişdir.

16. Iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh BOKT-nin ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, əmlak hərracdan satılmamışdan öncə, satılandan sonra da, iddiaçının bütün proseslərdən xəbəri olmuş, hərracdan sonrakı dövrdə də, əvvəllər olduğu kimi iddiaçı BOKT-yə müraciət edərək, ona borcun ödənilməsi üçün vaxt verilməsini, mənzildən çıxarılmamalarını xahiş etmiş, BOKT iddiaçının xahişlərini nəzərə alaraq, uzun müddət ərzində icra sənədi üzrə borcun ödəniləcəyini gözləmişdir. Hətta BOKT tərəfindən iddiaçıya qarşı çox həssas münasibət göstərilmiş, bu illər ərzində iddiaçının mənzildən çıxarılması üçün əməli tədbir görməmiş, iddiaçının borcu ödəyəcəyini gözləmişdir. BOKT-nin xoş niyyətli olmasını iddia ərizəsində adı çəkilən əmrin qəbul edilməsi bir daha sübut edir. Qeyd olunan münasibətlər onu göstərir ki, iddia müddətinin axımı (kəsici müddət) baxımından iddiaçı iddia müddətini ötürməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, hərrac etibarlı olduğundan, hərracın nəticələrinə dair tərtib olunmuş rəsmi sənədlərə uyğun şəkildə dövlət reyestrini aparan orqan tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış da ləğv edilə bilməz.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1-ci; “Ipoteka haqqında” Qanunun 42.1, 43.1, 43.5, 44-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 88, 14.2, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olduğundan, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia müddətinin axımı (kəsici müddət) baxımından iddiaçı iddia müddətini ötürməmişdir. Lakin iddia özü-özlüyündə əsassızdır, hərrac qanuna ciddi şəkildə riayət olunmaqla keçirilmişdir, bundan öncə və sonra cavabdehlərin heç biri iddiaçının hüquqlarını hər hansı şəkildə pozmamışlar. Hansı ki, qiymətləndiricinin ünvana gəlməsi barədə iddiaçıda hər hansı məlumat olmamışdır. Bu barədə Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsi və ya qiymətləndirici vasitəsilə iddiaçıya rəsmi bildiriş göndərilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsi tərəfindən tərəflərə əmlakın ilkin satış qiyməti ilə bağlı qarşılıqlı razılığa gəlib-gəlməmələri aydınlaşdırılmamış, icra məmuru bunun üçün lazım olan icra hərəkətlərini etməmişdir. Eləcə də hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində dolğun məlumat verilməmiş və ünvan üzrə bildirişlər göndərilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, 2020-2022-ci illərdə iddiaçı ümumiyyətlə ağır xəstəliklərlə mübarizə aparmış, həm gözlərindən, həm də ürəyindən əməliyyatlar etdirmiş, daimi olaraq xəstəxanalarda olmuşdur. Eləcə də bildirməlidir ki, tərəflər arasında (iddiaçı və cavabdeh cavabdeh3 BOKT MMC) keçən müddət ərzində, hər zaman mənzilin iddiaçı tərəfindən müştəri tapılaraq satılması, satışdan əldə ediləcək məbləğdən “xxxx” MMC-yə (hazırki cavabdeh3 BOKT MMC) olan borcunun ödənilməsi və qalan məbləğin iddiaçıya qaytarılması ilə bağlı razılaşmalar olmuşdur. Sonuncu dəfə belə bir razılaşma 2024cü ilin yay aylarında olmuşdur. Hətta iddiaçıya “xxxx BOKT”MMC nin Ümumi Yığıncağının ## #### 2024-cü il tarixli, 09№-li protokolu əsasında çıxarılmış ##.##.2024 cü il tarixli, 41№-li əmri də təqdim olunmuşdur. Həmin əmrdə qeyd olunmuşdur ki, “ünvan 3 ünvanında yerləşən, ölçüsü 84.36 kv.m olan fərdi yaşayış evinin 204000 (iki yüz dörd min) AZN qiymətinə satışı həyata keçirilsin. Mənzilin satışından əldə edilən 87610 (səksən yeddi min altı yüz on) AZN həcmində pul vəsaitinin BOKT tərəfindən ##.##.2018-ci il tarixli, *** nömrəli kreditin bağlanmasına sərf edilmiş borc əvəzinə ödənilməsi nəzərə alınsın. Satışdan əldə edilən 116390 (bir yüz on altı min üç yüz doxsan) AZN artıq qalan vəsait həmin kredit müqaviləsinin təminatı qismində ipoteka qoyan keçmiş mülkiyyətçi– İddiaçı bank hesabına köçürülsün.” Eyni zamanda qeyd olunmalıdır ki, tərəflər arasında danışıqlar getdiyi müddətdə iddiaçı, cavabdeh BOKT tərəfindən ödənişlər olunmasına məcbur edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2022- 2024-cü illər arasında cavabdeh BOKT-yə 8000 manatadək ödənişlər edilmişdir. Həmin ödənişlərlə bağlı iddiaçıda cəmi 3 qəbz qalmışdır– ##.##.2023-cü il tarixdə 2000 (iki min) manat, ##.##.2023-cü il tarixdə 500 (beş yüz) manat, ##.##.2024-cü il tarixdə 500 (beş yüz) manat. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilənləri araşdırmadan, digər cavabdehlərin, xüsusilə də «X7» MMC-nin iştirakını təmin etmədən, müvafiq sənədlərin əldə edilməsi üçün hər hansı bir tədbir görmədən iddia tələbini əsassız olaraq təmin etməmişdir. Məhkəmə öz qətnaməsində sübutları düzgün dəyərləndirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməli olduğu halda, qanunvericiliyin tələblərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iddiaçının nümayəndəsi və vəkili Vəkil bankla aralarında danışıqlar olduğunu, lakin razılıq əldə edə bilmədiklərini bildirdi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh3 BOKT MMC-nin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

25. Azərbaycan Respublikasının “Ipoteka haqqında” Qanunu (əvvəlki redaksiya) Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4 Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində tələbini belə əsaslandırır ki, qiymətləndiricinin ünvana gəlməsi və hərracın keçirilməsi barədə Icra Şöbəsi tərəfindən iddiaçıya rəsmi bildirişlər verilməmiş, kütləvi informasiya vasitələrində dolğun məlumat dərc edilməmiş, əmlakın ilkin satış qiymətinə dair tərəflərin razılığı aydınlaşdırılmamışdır.

32. Həmçinin apellyator 2020–2022-ci illərdə ağır xəstəliklərlə mübarizə apardığını, göz və ürək əməliyyatları keçirdiyini, bundan əlavə, cavabdeh BOKT ilə mənzilin satılaraq borcun ödənilməsi və qalıq məbləğin ona qaytarılması barədə 2024-cü ilin iyul ayınadək razılaşmaların (o cümlədən ##.##.2024-cü il tarixli protokol və ##.##.2024-cü il tarixli əmrin) olduğunu, bu müddətdə BOKT-yə 8000 manatadək ödəniş etdiyini qeyd edərək, məhkəmənin müvafiq sənədləri tələb etmədən, digər cavabdeh MMC-nin iştirakını təmin etmədən və sübutları obyektiv dəyərləndirmədən iddia tələbini əsassız olaraq təmin etmədiyini bildirmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının dəlilləri əsassızdır.

34. Belə ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli *İ-***** saylı icra qeydinə əsasən «xxxx» BOKT MMC-nin tələbinin ipoteka müqaviləsi üzrə yüklü edilmiş, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon A.Mustafayev küçəsi ** saylı evin ** saylı mənzilinə yönəldilməsi nəzərdə tutulmuşdur. Öhdəlik yaradan müqavilə üzrə tələb (borc məbləği) 79.041,26 manat təşkil etmişdir.

35. Icra qeydi icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş ##.##.2020-ci il tarxli qərara əsasən Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli *İ-***** saylı icra qeydi üzrə icraata başlanmış, icra məmuru tərəfindən göndərilmiş ##.##.2020-ci il tarixli e******/****-*-**-*** saylı bildirişlə İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, ondan Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli 8I ***** saylı icra qeydi üzrə pul vəsaitinin 10 gün müddətində ödənilməsini xahiş edilmişdir.

36. Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş ##.##.2021-ci il tarxli qərarla ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi üçün «xxxx» MMC-dən mütəxəssis dəvət edilmişdir.

37. «xxxx» MMC-nin ##.##.2021-ci il tarixli ***/** saylı ekspert rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin dəyəri 120.000 manat müəyyən edilmişdir. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, «X8 Mərkəzi» MMC tərəfindən borcluya, tələbkara və icra qurumuna keçirilməsi nəzərdə tutulan hərrac barədə məktub göndərilmişdir.

38. «X8 Mərkəzi» MMC-nin ##.##.2021-ci il tarixli YP seriyalı *** saylı hərracın nəticələrinə dair yekun protokoldan görünür ki, ipoteka predmeti olan mənzil (ilkin satış qiyməti 120.000 manat olmuşdur) Bakı şəhəri ** saylı Notariat Kontorunun ##.##.2020-ci il tarixli *İ-***** saylı icra qeydi, Nəsimi rayon Icra və Probasiya şöbəsinin ##.##.2021-ci il tarixli ****-******/**-*-** saylı sifariş məktubuna əsasən 76.500 manata («Ipoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələri nəzərə alınmaqla) «xxxx» BOKT MMC-yə satılmışdır.

39. Iddiaçı hərracın keçirilməsi ilə bağlı ona bildiriş göndərilmədiyini iddia etsə də iş materiallarında əlavə edilmiş X8 Mərkəzi» MMC-nin ##.##.2021-ci il tarixli, 459 nörməli bildirişin surətindən görünür ki, «X8 Mərkəzi» MMC tərəfindən borcluya, tələbkara və icra qurumuna ##.##.2021-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac barədə məlumat verilmiş, həmçinin hərracın keçirilməsi barədə elanın “Market” qəzetində və HYPERLINK "http://www.tap.az" www.tap.az internet səhifəsində dərc edildiyi qeyd olunmuşdur.

40. Həmçinin işdən görünür ki, əmlak hərracdan satılmamışdan öncə, satılandan sonra da, iddiaçının bütün proseslərdən xəbəri olmuş, hərracdan sonrakı dövrdə də, əvvəllər olduğu kimi iddiaçı BOKT-yə müraciət edərək, ona borcun ödənilməsi üçün vaxt verilməsini, mənzildən çıxarılmamalarını xahiş etmiş, BOKT iddiaçının xahişlərini nəzərə alaraq, uzun müddət ərzində icra sənədi üzrə borcun ödəniləcəyini gözləmişdir. Hətta BOKT tərəfindən iddiaçıya qarşı çox həssas münasibət göstərilmiş, bu illər ərzində iddiaçının mənzildən çıxarılması üçün əməli tədbir görməmiş, iddiaçının borcu ödəyəcəyini gözləmişdir.

41. Hazırkı apellyasiya mrhələsində də tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada həlli üçün tərəflər arasında danışıqlar olsa da, qarşılıqlı razılıq əldə edilməmişdir.

42. Beləlillə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver