Məhkəmə qərarları › İş №2(103)-7348/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7348/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7348/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MMM QBKT-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair 2(004)-4119/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MMM QBKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2302.00 AZN, faiz borcuna görə 401.00 AZN, cərimə borcuna görə 146.40 AZN, cəmi 2849.40 (iki min səkkiz yüz qırx doqquz manat,qırx qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” МММ QBKT-nm xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh işin aidiyyəti üzrə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m 13 ünvanında yaşayır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materialları əsasında müəyyən edilmişdir, Cavabdeh şəxsiyyət vəsiqəsinin surətinə əsasən ünvan 3 ünvanında qeydiyyatdadır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməməsi barədə qərardadı qanuni və əsaslıdır. Belə ki, qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq, iddiaçı “Finca Azerbaijan” MMM QBKT tərəfindən hazırkı iş üzrə iddia ərizəsi Cavabdeh rəsmi qeydə alındığı yerin məhkəməsinə verilmişdir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4119/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar