Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7490/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 2500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsi, şərəf və ləyaqətin müdafiə edilməsi barədə iddiasının isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Səbail Rayon Məhkəməsinin 2(009)- 1311/2021 saylı, 05 iyul 2021-ci il tarixli sorğusu daxil olmuş, həmin sorğuda Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyini, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Ə.Məhərrəmli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti ilə bağlı həmin şikayətə münasibət bildirilməsi üçün mülki işin baxışdan çıxarılaraq Səbail Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7490/2021 saylı, 05 iyul 2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1311/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7490/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7490/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver