Məhkəmə qərarları › İş №2(103)-7494/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7494/2020

23.09.2020 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7494/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 Ənvər oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Ənvər oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Patent və X2 publik hüquqi şəxsə qarşı “müəllif hüququnun müdafiəsi, vurulmuş maddi və mənəvi zərər”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə Cavabdeh4 Ənvər oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək, mülki iş materiallarının məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh4 Ənvər oğlunun nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 Ənvər oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsi aidiyyət haqqında qərardaddan verilmiş şikayəti apellyasiya instansiyası məhkəməsinə deyil, kasasiya instansiyası məhkəməsinə göndərməlidir. Qeyd olunan hallardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələbinə riayət etmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 387/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 Ənvər oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1858/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver