Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7549/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, X1 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Borclu iştirakı ilə Kreditor “xxxxxxxxxxxx” ASC-nin Borclu və X4 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)-5963/2015 saylı məhkəmə əmri ilə Borclu və X3 müştərək qaydada kreditor “KapitalBank” ACS-nin xeyrinə 4.349 manat əsas, 3.688 manat 33 qəpik faiz, cəmi 8.037 manat 33 qəpik borc və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. Borclulardan Borclu xx xxxx 2020-ci il tarixində əmrdən etiraz verərək, əmrin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)-5963/2015 saylı məhkəmə əmrinə etirazı vaxtında verilmədiyndən təmin edilməmişdir. Borclu Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia icratı keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5963/2015 saylı xx xxxxxxxx 2020-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Kreditor “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi və borclu X6kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən Borclu izahatını dinləyib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı, Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)- 5963/2015 saylı məhkəmə əmrinə etirazına baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Borclu etirazın təmin edilməməsi nəticəsinə gələrək, qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)- 5963/2015 saylı məhkəmə əmri kreditora və borclulara poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon İcra şöbəsinin icra məmurunun xx xxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)-5963/2015 saylı məhkəmə əmri üzrə icraat başlanmış, Borclu 10 gün müddətində icranı könüllü təmin edilməsi təklif edilmişdir. Lakin iş materialarında qeyd olunan məhkəmə əmrinin və Qaradağ rayon İcra şöbəsinin icra məmurunun xx xxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın Borclu rəsmi şəkildə alması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan ziddiyətləri araşdırmadan, Borclu hazırkı iş üzrə məhkəmə əmri və Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında qərarın alınmasını araşdımadan, lazımi hüquqi qiymət vermədən etirazı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)-5963/2015 saylı məhkəmə əmrinə etiraza yenidən baxılarkən, tərəflərin iştirakını təmin edərək, icra işini tələb edib, göstərilən ziddiyətlər aradan qaldıraraq, nəticəsindən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(002)- 5963/2015 saylı məhkəmə əmrinə etiraza baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7549/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7549/2020
08.10.2020 · Əmr icraatı - Əmr icraatı üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver