Məhkəmə qərarları › İş №2(103)-7597/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7597/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7597/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı yaşayış sahəsindən çıxarılması, pul və digər tələblərinə dairmülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən və xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsindən X1 şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh10, Cavabdeh8, Cavabdeh6, Cavabdeh5, Cavabdeh9 qarşı iddia əriəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlərin iddiaçının əmlakı olan ünvan 1 ünvanında yerləşən şəxsi yaşayış evindən hər birinin pasport qeydiyyatında çıxarmaqla hər birinin həmin evdən çıxarılması, evindən çıxan günədək onlar tərəfindən bütün kommunal xərclərin ödənilməsi, iddiaçıya dəymiş maddi ziyana və əlindən çıxmış faydaya görə hamısından birlikdə mənzil boşaldılan günədək aylıq 1000 manat və eyni zamanda hamısından birlikdə 3000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra İddiaçı əlavə qətnamə çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsi ilə ərizə təmin edilmişdir . Cavabdeh X3 qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu haqqında qəbz X3 tərəfindən deyil, X4 tərəfindən ödənilmişdir. İş materiallarında X2 X1 nümayəndəsi və vəkili olması barədə sənədlər müəyyən edilməmişdir.Həmçinin, iş materiallarının 183-cü səhifəsində olan ödəniş sənədinə əsasən rüsum ödənilsə də ödənişin təyinatı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. İş materiallarının 183-cü səhifəsində olan ödəniş sənədinə əsasən rüsum qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə tələblərinə görə Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən və xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Sərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver