Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7805/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadından İddiaçı1 Firudinovnanın və İddiaçı2 nümayəndələri tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması”, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, zirzəmidən istifadəyə olan maneələrin aradan qaldırılması” tələbləri üzrə icraata Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə xitam verilmiş, həmin qərardaddan İddiaçı1 Firudinovnanın və İddiaçı2 nümayəndələri tərəfindən verilmiş şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir; halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.2.-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsindən şikayət verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi şikayəti qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2021 saylı iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadından İddiaçı1 Firudinovnanın və İddiaçı2 nümayəndələri tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7805/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7805/2021
16.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver